Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-730/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçının vəkili X5, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə (üçüncü şəxs qismində X4 cəlb edilməklə) qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1078/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası “xxxx” MMC-yə və Bakı şəhəri Binəqədi rayon İcra və şöbəsinə qarşı "daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(61)-1992/2017 saylı qətnaməsi ilə iddiaçı X1 ona qarşı «pul tələbinə dair» mulki ış üzrə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 10.000 manat pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir.Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Binəqədı rayon İcra və Probasiya şöbəsinə gönədirilmiş və xx xxx 2018-ci il tarixli 105297 saylı icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh2 icraatında olan icra işini aidiyyatı üzrə Tərtər rayon İcra və Prorbasiya şöbəsinə göndərmişdir.Tərtər rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 8(061 )-264/2019 saylı qərardadı ilə onun ikidə bir hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi üzərinə həbs qoyulmuş və iş icra üçün yenidən əmlakın olduğu yerin aidiyyəti üzrə Bakı şəhəri Cavabdeh2nə göndərilmişdir. Cavabdeh2 xx/xx- 105297-16 saylı xx xxxxxx 2019-cu il tarixli sifarişinə əsasən cavabdeh Azərbaycan Respublikası "xxxx” MMC-nin 12 dekabr2019-cu il tarixli 264 saylı hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda yerləşən 0,01 ha torpaq sahəsinin fakt üzrə ekspertiza qiymətləndirilməsi aparılmış və torpaq sahəsi 9.000 (doqquz min) manat qiymətləndirilmşdir. Qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(001)- 10834/2015 saylı qətnaməsi ilə onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən evə köçürülməklə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 0.01 ha torpaq sahəsinin 1/2 hissəsinə payı müəyyən edilmişdir. Həmin hissədə torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Bakı Ərazi İdarəsı tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı ünvanda 0.01 ha torpaq sahəsinə paylı mülkiyyətə dair xx xxxxxx 2016-cu il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. O, mülki qanunvericilik normalarına əsasən X3 qarşı birgə nikah müddətində əldə etdikləri əmlakın hərracdan satışı və satışdan əldə olunmuş gəlirin paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası «xxxx» MMC tərəfindən ünvan 2 ünvanda yerləşən 0,01 ha torpaq sahəsinin 9.000 (doqquz min) manat qiymətləndirməsi hazırkı bazar qiymətləri ilə uyğun deyildir, həqiqiliyi şübhə doğurur,qərəzlidir və reallığı əks etdirmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qiymətləndirmənin 1000 manat aşağı göstərilməsi kifayət qədər iddia tələbinin qismən də olsa təmin olunmasına rəvac verir. İkincisi, niyə İddiaçı qiymətdə min manat itirməli, qarşı tərəf isə qazanmalıdır. Üçüncüsü, məhkəmə ədalət mühakiməsini həyata keçirərkən tərəflərin qarşılıqlı münasibətlərini qərəzli olaraq düzgün qiymətləndirməmiş, qarşı tərəfin aşkar üstünlüyünü və ayrıseçkiliyi ehtiva edən mövqe nümayiş etdirmişdir. Məhkəmə işdə olan bu sübutları müqayisli şəkildə tədqiq etmədən əsassız və qanunsuz olaraq iddianın təmin edilməməsi kimi səhv nəticəyə gəlmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən sahənin qiymətinin aşağı göstərilməsi (min manat fəqri ilə) barədə İddiaçı dəlili əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(61)-1992/2017 saylı qətnaməsi ilə iddiaçı X1 ona qarşı «pul tələbinə dair» mulki ış üzrə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 10.000 manat pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsi İddiaçı və X1 adına qeydiyyatdan keçirilmişdir. Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 8(061)-264/2019 nömrəli qərardadı ilə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi 25 saylı sahənin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat ilə İddiaçı və X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9.000 (doqquz min) manat müəyyən edilmişdir. “xxxx” MMC-nin QMX 303M nömrəli, xx xxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin 2019-cu il tarixə və hazıra bazar dəyəri 10.000 (on min) manat təşkil edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 51.1-ci maddəsindən görünür ki, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Kollegiya qeyd edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9.000 (doqquz min) manat; “xxxx” MMC-nin QMX 303M nömrəli, xx xxxx 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin 2019-cu il tarixə və hazıra bazar dəyəri 10.000 (on min) manat müəyyən edilmişdir. Buna baxmayaraq kollegiya tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş “X9” MMC-nin ƏEM/F 98- 130/21 saylı xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin üzərində olan tikili ilə birlikdə hazırkı respublika daxili bazar dəyəri 63.500 manat təşkil edir. Həmin rəydən həmçinin görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin üzərində olan tikili nəzərə alınmadan bazar dəyəri 14.000 manat tə.kil edir. Göründüyü kimi, Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(61)- 1992/2017 saylı qətnaməsinin icrası mərhələsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 saylı ünvanda yerləşən 01 ha torpaq sahəsinin müvafiq olaraq 9.000 manat və 10.000 manat müəyyən edilməsi, həmin əmlakın real bazar dəyərini əks etdirmir. Belə olan halda, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticələri həqiqəti əks etdirmədiyindən etibarsız hesab edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 264 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı etibarsız hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-730/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-730/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver