Məhkəmə qərarları › İş №2(103)-7302/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7302/2021

14.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7302/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(009)-1485/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə mərhum anaları X4 arasında bağlanmış 10.06- 3928/005710 saylı, 03.06.2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin işin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl edilmədiyi və bu qaydanı tətbiq etmək imkanının itirilmədiyi əsası ilə baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə şikayət təqdim edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin icraata götürülməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti əsassız olduğundan təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 iddiaçılar tərəfindən birgə verilmiş şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar Cavabdeh ASC ilə mərhum anaları X4 arasında bağlanmış 10.06-3928/005710 saylı, 03.06.2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəsini baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qanunun yuxarıda qeyd olunan normasının tələblərinə əməl olunmadığından, işin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1485/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar