Məhkəmə qərarları › İş №2(103)-7312/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7312/2022

22.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7312/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmək haqqı və pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 104/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “əmək haqqı və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 7000 (yeddi min) manat əmək haqqının, öhdəliyinin icra edilməməsi nəticəsində əldə edəcəyi 12450 (on iki min dörd yüz əlli) manat gəlirin (əldən çıxmış fayda), vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat təzminatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra Cavabdeh MTK) qarşı “əmək haqqı və pul tələbinə dair” iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şifahi razılaşma əsasında Cavabdeh Mənzil Tikinti Kooperativində əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq ona ödənilməyən (7 aylıq əmək haqqı aylıq 600 manatdan hesablanmaqla) 4200 manat məbləğində əmək haqqının və mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın, cəmi 5200 (beş min iki yüz) manat məbləğində pulun ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh Mənzil Tikinti Kooperativi qeyd edilən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Mənzil Tikinti Kooperativi daha sonra xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadından şikayət verərək, iddiaçı tərəfindən irəli sürülən tələbin əməyin ödənilməsi ilə bağlı olduğunu, bu tələbin də dövlət rüsumundan azad olunduğunu əsas gətirərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadı ilə Cavabdeh Mənzil Tikinti Kooperativin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4740/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Mənzil Tikinti Kooperativi yenidən apellyasiya şikayəti verərək, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadı ilə Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 104/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti 2(011)-104/2022 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və işə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadından şikayət verdiyi üçün və həmin şikayətə baxılması üçün hazırki işin icraatdan çıxarılaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmçinin, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə məktub ünvanlanaraq həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(011)- 104/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün işin Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsini müdafiə edərək, hazırki işin icraatdan çıxarılaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Kollegiya hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmək haqqı və pul tələbinə dair” mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-104/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq qiymət verilməsi üçün apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 22 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar