Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7320/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2414/2021 saylı işi üzrə 20.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X4 aid 11000 (on bir min) sığorta məbləğinin ödənilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsini icraatı zamanı müəyyən edilmişdir ki; X5 X6i ilə 26.03.1980-cı il tarixdə nikaha daxil olmuş, Osmanova Tamila nikahdan sonra Laçınov soyadını qəbul etmişdir. Onların birgə nikahından 19.11.1986-cı il təvəllüdlü X8 və X7 adlı uşaqları anadan olmuşdur (səh.14), Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 31.05.2006-cı il tarixli qərarından görünür ki, X3 diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı: sol tərəfli eksudativ plevritlə fəsadlaşmış, hər iki ağ ciyərin aşağıt payının infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində, KB (-) mənfi sanasiya olunmuş kiçik ölçülü dağılma boşluğu ilə. Xəstəlik hərbi xidmət dövründə alınmışdır (səh.8), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 №-li Zona Tibbi-Sosial Ekspert Komissiyasının 031708 №-li arayışından görünür ki, X4 hərbi xidmət dövründə xəstə olması ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir (səh.13), AZ-1 seriyalı 261870 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 “bronhopnevimaniya” səbəbindən 21.11.2007- ci il tarixdə ölmüşdür (səh.17), Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 23.02.2012-ci il tarixli 08/Z-101 №-li məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. X8 21.11.2007-ci il tarixdə vəfat etmiş və müraciət müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, mərhumun varislərinə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyrimümkündür. Eyni zamanda “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X1 ilə əlaqədar 09.08.2006-cı il tarixdə Xaçmaz rayon dövlət sığorta filialı tərəfindən 275 (iki yüz yetmiş beş) manat və İİ (ikinci) qrup əlillik dərəcəsi alması il əlaqədar 16.04.2007-ci il tarixdə isə 385 (üç yüz səksən beş) manat (əvvəl ödənilən məbləğ çıxılmaqla) sığorta ödənişi (sığorta məbləğinin 60%) Dövlət Sığorta Şirkəti tərəfindən ödənilmişdir (səh.4). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2414/2021 saylı işi üzrə 20.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 4430 manat alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5; "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 27; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 384.0.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının oğlu X9 hərbi xidmət vəzifəsinin icrası zamanı həqiqi hərbi xidmət dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklə əlaqədar olaraq vəfat etmişdir. Buna görə də onun vərəsəsi İddiaçı baş vermiş sığorta hadisəsi yəni şəxsin ölməsi ilə əlaqədar sığorta məbləğinin ödənilməmiş 40 (qırx) faiz hissəsi, yəni 4.400 manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. İddiaçı apellyasiya şikayəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş və bildirmişdir ki, Hakimin ədalətli yanaşması nəticəsində müddətin ötürülməsində üzürlü səbəb nəzərə alınmışdır. Daha sonra təqdim edilmiş sənədlər araşdırılmış və cavabdehin etirazı dinlənilmişdir. Təəssüf ki, onun İ Xanıma müraciətinə aparatın cavabına diqqət yetirilməmişdir. Azərbaycan Respublikası SHXÇDX İdarəsinin məsələyə münasibətində bildirilir: (17.05.2017-ci il tarixli, L/1673 saylı məktub iddaya əlavə olunub).Azərbaycan Respublikası Qanunun 4, 5(b) maddəsinə əsasən hərbi qulluqçu xidmət zamanı aldığı zədədən üç il müddətinə qədər vəfat etsə sığorta məbləği 100 faiz ödənilməlidir.Hərbi Qulluqçuların dövlət sığortası haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçu 1100(on min yüz) manat məbləğində sığorta olunur. Həmin qanunun 5-ci maddəsinin «b» bəndinə əsasən həqiqi hərbi xidmətdə olduğu zaman xəsarət alıb üç il müddətinə öldükdə sığorta məbləği 100 faiz ödənilir.Sığorta Kommersiya Şirkəti bir miqdar vəsait ödədiyi barədə sənəd təqdim etmişdir.Həm şirkət, həm də hakim qanuna deyil, oğlum üçün ödənilmiş cüzi bir miqdara istinad edirlər. Onlar oğluma ölmüş hərbi qulluqçu kimi 1100 AZN deyil, İİ qr. müharibə əlilinə verilən 6000 AZN məbləği şamil edirlər. Guya həmin məbləğin 1500 AZN hissəsini şirkət ödəmişdir. Ödənilmiş hər iki miqdar (275;385) qətnamədə öz əksini tapmışdır.Hakim düzgün təfsir edir, amma bu məbləğ yaşayan İİ qrup müharibə əlilinə verilir. Etibar Laçınov isə aldığı zədədən qısa bir müddət ərzində həyatını itirmişdir. Burada mübahisə termini yoxdur. Qanunvericilik üç il ərzində aldığı zədədən dünyasını dəyişən hərbi qulluqçunun sığorta məbləğini 100 faiz ödəməli olduğunu təsdiq edir. Azərb.Resp.SHXÇDX-nin məsələyə münasibətində və Qanunun 5-ci maddəsinin «b»bəndində bu öz əksini tapıb. O halda hakimin tərəddüdü başa düşülmür.Deyilənləri nəzərə alaraq hərbi qulluq zamanı zədələnərək həyatını itirmiş oğlu X4 qanunla verilməli olan 1100 AZN miqdarında sığorta məbləğinin tam olaraq ödənilməsi barədə yeni qərar qəbul etməyini xahiş etmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını «Hərbi qulluqçuların statusu haqqında” 2, 13, 27; Mülki Məcəllənin 7.1, 897, 922– 926, 933, 935, ; Mülki Prosesual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, ‘Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2,4,5-ci maddəsi (20 oktyabr 2006-cı il tarixli 169-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 4-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bu Qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilir.), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquq tətbiqetməyə dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı şikayətində sığorta olunanın hərbi qulluq zamanı zədədən dünyasını dəyişdiyini qeyd etsədə işin hallarından onun hərbi xidmət dövründə xəstəlindiyi müəyyən edilmişdir. Sığorta hadisəsi baş verən zaman mövcud olmuş qanunvericiliyə əsasən artıq söğorta ödənişi həyata keçirilmiş, ondan sonra şəxsin ölümünün məhz bu səbəbdən vəfat etməsi mötəbər sübutlarla müəyyən edilməsədə, cavabdehin qətnamədən şikayət verməməsi (mübahisələndirməməsi) səbəbindən bu halların müzakirəsi apellyasiya baxışının hədləri baxımından yolverilməzdir. Bununla belə, iddiaçının şikayətinin təmin edilməsi üçün də hüquqi və faktiki əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2414/2021 saylı işi üzrə 20.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7320/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7320/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver