Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7326/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh və X2 qarşı “müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-5836/2015 saylı qətnaməsi ilə qismən təmin edilmiş, “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 12002-0096/128495 saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsinə əsasən 37518,88 ABŞ dolları məbləğində pul vəsaitin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh alınması və “xxxxxxxxxxxxxxx” ASC-yə verilməsi, tutma ipoteka predmeti olan, Cavabdeh məxsus “Mercedes Benz 350” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, həmin avtomaşının açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehin “xxxxxxxxxxxxxxx” ASC-yə olan borcun ödənilməsi, borc tam ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul vəsaitinin Cavabdeh alınması və “xxxxxxxxxxxxxxx” ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun 02 manat hissəsi iddiaçıya aid edilməsi, iddia ərizəsinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 Rayon Məhkəməsinin 2(010)- 5836/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə düzəliş verilməsinə dair ərizə ilə məhkəmə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə düzəliş verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı “xxxxxxxxxxxxxxx” ASC şikayət verərək, qərardadın ləğv edilməsini Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin qət etdi hissəsindəki yanlışlıqlar düzəldilərək, həmin qətnamə üzrə tutulmalı olan kredit borcunun cavabdehlər Cavabdeh və X1 müştərək qaydada iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Faiq Manafovun Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5836/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə düzəliş verilməsinə dair ərizəsinə yenidən baxılması üçün işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlıqların aradan qaldırılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh X3 şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət ətmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)- 5836/2015 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(010)-5836/2015 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, təxminən 5 ildən sonra apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilib-edilmədən verildiyini yoxlamadan mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7326/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7326/2020
07.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver