Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7333/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X8 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı (mübahisə predmetı barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X20) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1369/2021 saylı işi üzrə 06 may 2021 -ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.03.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Bakı şəhəri 9 saylı dövlət kontorunun dövlət notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş 19.03.2010-cu il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən X10 (etibarnaməyə əsasən X21) özünə məxsus Bakı şəhəri, Səbaıl rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 hektar torpaq sahəsini 24030 manata alıcı X1 (iş.səh.22), Notariat işinə əlavə edilmiş X21 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş 18.03.2010-cu il tarixli ərizə ilə arvadı - X7 məxsus Bakı şəhəri, Səbaıl rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 torpaq sahəsinin satılmasına etiraz etmir (səh.54), X4 08.04.2021-ci il tarixli iddia ərizəinə dair yazılı izahatında iddia tələbini qəbul etdiyini bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.32). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1369/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 52, 77.1,81, 119.1, 217.4; "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46.2; Mülki Məcəllənin 225.6 ,324.1, 324.2, 324.4, 324.5, 331.1, 337.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Cavabdeh2 mübahisəli torpaq sahəsinin satılmasına dair heç bir razılaşma olmadığına, torpaq sahəsinin adına sənədlədirilməsi məqsədi ilə bağlı etibarnamə verilməsinə, ümumiyyətlə əmlakın 24030 manata satılması ilə razılaşmamasına, onun və uşaqlarının razılığı olmadan edilən alqı-satqı müqaviləsi bağlanması hallarına istinad etməklə iddia tələbini qəbul etməsinə münasibətdə qeyd edir ki, cavabdehin iddianın etirafı qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 52ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etməməlidir. İddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəflər tam sərbəst iradəsi ilə hərəkət etmişdir və göstərilən müqavilənin etibarsız sayılması üçün də hər hansı əsas mövcud deyildir. Hətta iddiaçının iddia tələbində müqavilənin etibarsızlığı ilə tələblərinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində həmin müqavilənin tərəflərinin müqavilə tərəfi kimi azadlığı olmuş, "müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər və müqavilənin etibarsızlığını şərtləndirən hər hansı hal mövcud deyildir. İddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə də bilməmiş, sübut kimi təqdim etdiyi dəlillər iddiasının həqiqiliyi qənaətini formalaşdırmamışdır. İş üzrə təqdim edilmiş sübutlara əsasən qeyd edir ki, iddia ərizəsində alqı-satqı müqaviləsi bağlanarkən iş üzrə iddiaçı yetkinlik yaşına çatmamış şəxs olmuş (11 yaşı), məhkəmədə iddiaçı kimi çıxış etmək hüququna 2017-ci ildən malik olmuşdur. Bu baxımdan, iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti də ötürmüşdür. İddiaçı apellyasiya şikayətini verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)1369/21 saylı, 06.05.2021-ci il tarixli Qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5; Mülki Məcəllənin 28.3, 30.1, 152.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 19.03.2010-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh anası Cavabdeh2 adından atam X21 etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və üzərindəki sənədsiz 4 mərtəbəli yaşayış kompleksini əmisi olan üçüncü şəxs X1. Yaşayış kompleksi hazırda otel kimi fəaliyyət göstərir lakin mülkiyyət sənədi yalnız torpaq sahəsinə verilmişdir. Qeyd edilən yaşyış kompleksi ailələrinə məxsus olmuş, valideynləri arasında nikah pozulanadək və pozulduqdan sonra da həmin yaşayış evində öz evləri kimi yaşamağa davam etmişdir. Torpaq üzərindəki mülk torpaqla birgə hazırkı bazar qiyməti bir milyon manatdan artıqdır. Torpaq üzərindəki əmlak sahibliyindədə və istifadələrində olmasına baxmayaraq nə nikahdan əvvəl nə də nikah pozulandan sonra torpaq üzərindəki əmlaka dair mülkiyyət sənədi alınmamışdır. Bu səbəbdən də formal alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması qeydiyyata alınmışdır. Sonradan Cavabdeh2 və X21 arasında nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra X2 Bəturə Məmmədağa qızı ilə yeni nigaha daxil olmuşdur. Hazırda əmlak X3 istifadəsindədir. Alqı-satqı müqaviləsi bağlanarkən himayədə olan azyaşlı uşaqların torpağın və torpaq üzərində əmlakın alqı-satqısı ilə əlaqədar validenylərin və müvafiq icra hakimiyyətinin Qəyyumluq və himayəçəlik komissiyasının yazılı rəyi alnmamşdır. İş materiallarından da görürdüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüququ, torpaq sahəsi üzərində mövcud olan qanunsuz tikiliyə dair cavabdehlə bərabər orda yaşayan digər şəxslərin istifadə və sahiblik hüquqları mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşma çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən Qəyyumluq və himayəçilik orqanının qabaqcadan İcazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. 19.03.2010-cu il tarixdə İddiaçı 11 yaşı olmuşdur. Qeyd edilən fakt İddiaçı tərəfindən miras əmlakın qəbuluna dair notariat orqanına 2020-ci ilin avqust ayında ərizə təqdim edilərkən aşkar edilmişdir. Sadalanan maddələrin tələbinə müvafiq olaraq daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanması üçün valideynlərin yazılı razılığı tələb edilir. Notariat orqanı tərəfndən isə qanunvericiliyin müəyyən etdiyi imperativ normaların tələbləri kobudcasına pozulmaqla həm torpaq sahəsinə dair, həm də torpaq sahəsi üzərindəki qanunsuz tikiliyə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Əqdin bağlanması nəticəsində həm mülkiyyətdə olan torpaq sahəsindən, həm də torpaq sahəsi üzərində olan qanunsuz tikiliyə olan istifadə və sahiblik hüququndan iddiaçı məhrum edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, uşağın azyaşlı olması ilə bağlı valideyninin onun adından razılıq ərizəsi verməli olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər X11 və Cavabdeh2, mübahisə predmetı barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X12 iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-354, 385-390, 560; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin iddianın mahiyyətinə aiddiyyəti olmayan (yalnız şəxsi mülahizələrdən ibarət olan) və sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1369/2021 saylı işi üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7333/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7333/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver