Məhkəmə qərarları › İş №2(103)-7339/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7339/2021

17.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7339/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi X5, Cavabdeh iştirakları iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-8106/17 saylı işi üzrə 12.04.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.08.2010-cu ildə anadan olmuş oğlu X3 və 21.10.2012- ci ildə anadan olmuş oğlu X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-8106/2017 saylı, 03.08.2017-ci il tarixli qətnaməsi ilə 21.08.2010-cu il təvəllüdlü X6 və 21.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 03.08.2017-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə hər ay hər uşağa görə 137 manat, cəmi 234 manat miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 03.08.2017-ci il tarixli, 2(008)- 8106/2017 saylı qətnamənin nəticə hissəsində buraxılmış yanlışlığın aradan qaldırılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8106/17 saylı işi üzrə 12.04.2021ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-8106/2017 saylı, 03.08.2017-ci il tarixli qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlıq aradan qaldırılması və qətnamənin qət etdi hissəsində qeyd olunmuş "03 avqust 2017-ci il tarixdən başlayaraq” sözləri, "03 iyul 2017-ci il tarixdən başlayaraq” kimi və "Cavabdeh xeyrinə” sözü "İddiaçı xeyrinə” kimi oxunması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinə istnadıən qeyd edilmişdir ki, qətnamənin nəticə hissəsində texniki səhvə yol verilərək, alimentin tutulması vaxtı 03 iyul 2017-ci il qeyd edilməsi əvəzinə səhvən 03 avqust 2017-ci il tarixdən başlayaraq kimi qeyd edilmişdir. Həmçinin hər ay hər uşağa görə 137 manat, cəmi 234 manat miqdarında aliment Cavabdeh xeyrinə deyil İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh şikayət vermiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-8106/2017 saylı iş üzrə 12.04.2021-ci il tarixli Qərardadının ləğv edilməsi və iş üzrə yeni qərardad qəbul edilməsi və “iddianın təmin edilməsi hissəsində“ iddia ərizəsini təmin edilmməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Şikayətdə qeyd edilmişdir ki, Cəbrailin anası ona və övladlarına baxacağınıı bildirsə də , lakin onlara lazımı qaydada bax bilməmişdir. Bunu o sonradan öyrənmişdir. Həmin vaxtı Cəbrailin anası məsələni həll edəcəyini bildirmiş və ona qısa müddətdə evdən atası evinə getməyini bildirmişdir. O zaman övladlarını özü ilə aparacağını bildirdikdə Cəbrailin anası uşaqların onların yanında qalmasını təkidlə xahiş etmişdir. Həmin vaxtdan Cəbrailin anası uşaqların saxlanması üçün heç bir maddi yardıma ehtiyac olmayacağnı bildirmişdir. Lakin Cəbrail qeyri qanuni hərəkətinə görə həbs edilmişdir. Ona görə onun Cəbraillə bütün münasibətləri pozulmuşdur. 2017-ci ilə kimi övladlarında bağlı heç bir problem olmamışdır. Həmin vaxtı dəfələrlə ki, uşaqlarını götürmək istəsə də, lakin qayınansı övladlarını qaytarmamışdır. Lakin o zaman övladlarını məhkəmə qaydası ilə tələb etməmişdir. Həmin vaxtı Cəbrailn anası bildirmişdir ki, artıq uşalara çox öyrənmiş və uşaqlarsız yaşaya bilməyəcdir. Həmin vaxtı yaxınlıqda yaşadığı üçün bunu fərqinə varmamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Cəbrail 2017-ci ildə həbsdən çıxandan sonra ona heç bir məlumat vermədən məhkəməyə müraciət etmiş və güya uşaqları saxlamaqda çətinlik yarandığını bildirərək aliment tələb etmişdir. Belə ki, o məhkəməyə müraciətində , uşaqlarını tək saxlamaqda çətinlik çəkdiyinə görə ondan hər ay sabit pul məbləğində hər uşağa görə 200 manat, cəmi 400 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul etmişdir. O zaman məni məhkəməyə dəvət etməmişlər. Halbu ki, Cəbrail həm ünvanını , həm də mobil telefon nömrələrini bilirdi. Lakin Cəbrail məqsədli şəkildə bunu etməmişdir. Bununla belə işə baxan məhkəmə övladlarına görə alimentin Cəbraildən tutularaq ona verilməsi hissəsində düzgün qərtnamə qəbul etmişdir. Həmin qətnamədə texniki səhv “iddianın təmin edilməsi hissəsində “ olmuşdur. O, uzun müddət həmin qətnamədən xəbər tutmamış və yalnız işin icra mərhələsində qətnamədən xəbər tutsa da, aliment üçün müraciət etməmiş və hesab etmişdir. Həbsxanada təzə çıxmış adamdan aliment tələb edilməsi mentalitetimzə uyğun deyildir. Eyni zaman da qeyd edir ki, Cəbrail təkrar qeyri qanuni əməllərinə görə yenidən həbs edildiyindən məhkəmə qətnaməsi icra edilməmiş və bu məsələ açıq qalmışdır. O zaman Cəbrailin və onun anasının sözünə inanmış və övladlarını yaşadığı mənzilə gətirməmiş və tez-tez övladlarında ünsiyyətdə olduğundan buna zərurət olmamışdır. X10 arasında razılaşmaya əsasən nə o ondan aliment tələb etməyəcəkdir , o da övladlarını himayəsinə verilməsini ondan tələb etməyəcəkdi. Sonradan Cəbrailin anası vəfat etdiyindən, ona məlum olmuşdur ki, Cəbrail 2017-ci ildə aliment məsələsi qaldırılmış və iş üzrə məhkəmə qətnamə qəbul etmişdir. O zaman Cəbrail etmiş olduğu cinayət əməlinə görə həbs edildiyindən iş üzrə qətnamə icra edilmədən saxlanılışdır. Lakin 2020-ci ildə Cəbrail həbsdə olduğu vaxt , onun nümayəndəsi məhkəmə qətnaməsinin icra edilməsini tələb etmişdir.Həmi vaxtı övladlarını Cəbrailin bacısı zorla öz evində saxlayırdı. Cəbrailin bacısı uşaqlara görə aliment məsələsini qaldırdığından , qətnamənin yarımçıq oldudğu aydınlaşmışdır. Hazırda mən hesab edirəm ki, iş üzrə qəbul edliş qətnnamənin aliment hissəsində qanuni və iddianın təminedilməsi hissəsində isə əsasızdır. Ona görə hazırda məhkəmə tərəfindən güya qətnamə qəbul edilərkən texniki səhv kimi göstərməklə qətnamənin mahiyyətinin dəyişdirilməsi əsasızdır və ona görə iş üzrə qəbul edilmiş qərardad əsasızdır və ləğv edilməlidir.Həmçinin, Sabunçu Rayon Məhkəməsinin 2(008)-8106/2017 saylı, 03.08.2017-ci il tarixli qətnaməsinə düzəliş edilməsi, Qətnamənin nəticə hissəsində göstərilmiş “03 avqust 2017-ci il ” tarixi “ 03 iyul 2017-ci il” kimi və “Cavabdeh xeyrinə” sözü “İddiaçı xeyrinə” kimi oxunması kimi qeyd etməklə onu süni sürətdə böyük məbləğdə borclu çıxarması qanusuzdur. Sabunçu Rayon Məhkəməsinin 2(008)-8106/17 saylı işi üzrə 07.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uşaqlarının onun yanında qalması barədə məhkəmədə işin davam etdirildiyini, bundan sonra qarşı tərəfin aliment tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qarşı tərəfin uşaqlardan imtina barədə ərizəsinin notariusda təqsdiq edildiyini, uşaqları alimnet vərməmək üçün tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 cavabdehin uşaqlardan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 228,385.387 397.2, 398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, yanlışlığı həll edən məhkəmə pozuntuya yol verməmişdir və mahiyyəti üzrə olan şikayət qətnamənin həll etdiyi məsələlərə aiddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8106/17 saylı işi üzrə 12.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar