Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7341/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Kreditor Borclu qarşı “pul tələbi” barədə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4364/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadından kreditor tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu onun xeyrinə 170000 manat vəsaitin və 100 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4364/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Kreditor qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4364/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayət qaytarılmışdır (qərardaddan şikayətin verilməsinin nəzərdə tutulmaması əsası ilə). Kreditor həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəifndən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 279.1-ci maddəsinə əsasən, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. MPM-in 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin sadalanan normalarının mənasından göründüyü kimi, məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından isə şikayət verilə bilməməsi birbaşa qanunvericilikdə təsbit edilmişdir. Qərardadda da göstərilmişdir ki, hazırki iş üzrə Kreditor məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4364/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermək hüququ yoxdur. Eyni zamanda həmin qərardadla kreditora eyni tələblə iddia icraatı qaydasında iddia vermək hüququ da izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmuşdur. Çünki, yuxarıda da qeyd edildiyi kimi məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbulundan imtina olunması barədə qərardadan şikayətin verilməsi nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, MPM-in 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kreditor Borclu qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4364/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadından kreditor tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4364/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7341/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7341/2023
05.12.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver