Məhkəmə qərarları › İş №2(103)-7350/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7350/2021

17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7350/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1762/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 02 sentyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin oğlu Tural İsmayılovla 2020-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 02 sentyabr 2011-ci il tarixdə Nihad adlı övladları dünyaya gəlib. Nizami Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydiyyatı pozulub, birgə nikahdan olan övladı onun himayəsinə verilib və uşağın saxlanılması üçün hər ay 90 manat alimentin ödənilməsi qət edilib. Daha sonra o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir və Nizami Rayon Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 154 manatadək artırılmışdır. 21 dekabr 2020-ci il tarixdə Tural Ukrayna Respublikasında vəfat edib, həmin vaxtdan da,alimentin ödənilməsi dayandırılıb. Cavabdeh isə öz nəvəsi ilə maraqlanmır, ona hər hansı bir yardım göstərmir. O, uşağın maddi tələbatını tam olaraq ödəyə bilmir, buna görə də, məcburiyyət qarşısında qalıb məhkəmədə idda qaldırmışdır.

3. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1762/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 02 sentyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev).

4. Qətnamədən iddiaçı və cavabdeh ayrı ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

5. İddiaçı tərəfindəndən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin oğlu X10 ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Birgə nikahdan 02.09.2011-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01.11.2012-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaq iddiaçının himayəsinə verilmiş və onun saxlanılınası üçün hər ay 90 (doxsan) manat alimentin ödənilməsi qət edilmişdir. Daha sonra təyin edilmiş aliment miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət edərək, nəticədə 06.08.2018-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-3074/2018 saylı qətnaməsi ilə 02.09.2011ci il təvəllüdlü X1 üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin X4 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 21.12.2020-ci il tarixində cavabdehin oğlu X2 Respublikasına vəfat etmişdir. X10 vəfat etdikdən sonra alimentin ödənilməsi də dayanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən baba və nənənin nəvələrini saxlamaq vəzifəsi vardır və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşma çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021 -ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Cavabdehin ümumi gəlirləri 869,50 manat (buraya cavabdehin ailə başçısını itirməyə görə 559,50 manat pensiya və mağazada satıcı kimi işləməsinə »örə əmək haqqısı 300 manat) təşkil etdiyi halda alimentin hər ay 100 manat olmaqla təyin edilməsi konkret olaraq absurd bir qərardır.

6. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə cavabdehin guya iştirakı olmadan baxılması barədə xahişini qeyd etsə də, birinci iclasda cavabdeh səhhəti ilə əlaqədar məhkəmə baxışında iştirak edə bilməməsini yazılı qaydada məhkəməyə bildirmiş, lakin sonradan vəkillə hüquqi yardım barədə müqavilə imzalamışdır. Cavabdehin vəkilinin məhkəmə baxışında iştirak etmək üçün iclasın üzrlü səbəbdən (əvvəldən təyin olunmuş başqa məhkəmə iclası) təxirə salınması barədə vəsatət qaldırılsa da, qətnamədə cavabdeh tərəfin iştirakı barədə yalnız cavabdehin özünün iclasda iştirak etməməsi barədə müraciəti qeyd edilsə də vəkilin iştirakı barədə vəsatət qiymətləndirilməyərək faktiki olaraq iclas cavabdehin hüquqları gözlənilmədən keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası MP.M-nin 9-cu maddəsinə görə isə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarı tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iddianın əsası kimi vurğuladığı Ailə Məcəlləsini 89-cu maddəsinə əsasən iddiaçını övladının ehtiyacını tam ödəyə bilməməsi qənaətinə gəlsə də, bu hal əsaslandırmamışdır. Qeyd olunan maddədə nənədən aliment tutulması üçün əsas şərtlərindən biri yetkinlik yasına çatmavan nəvələr saxlanmaq iicün öz valideynlərindən maddi vardım ala bilməməsidir. Göründüyü kimi qanunverilik övladlarının saxlamaq üçün ilkin vəzifəni məhz valideynlərin üzərinə qoymuş, nənə və babalar isə bu öhdəlikdə ikinci sırada, yəni valideynlər (ana və ya ata, və ya hər ikisi) tərəfindən bu öhdəlik yerinə yetirilmədikdə müəyyən olunmuşdur. Belə ki, burada hər iki valideyndən hər hansı yardım alınmamasından söhbət gedir ki, qanunvericiliyə əsasən bu halda həm ata, həm ananın üzürlü səbəblərə görə (əlillik və s.) işləmədiyi hallar nəzərdə tutulur. Valideynlərdən hər hansı birinin işləməsi və əmək qabiliyyəti olsa da işləməməsi artıq bu öhdəliyin ikinci sıra qohumlara, yəni baba və rənələrə keçməsini aradan qaldırır. İddaçı İddiaçı aylıq gəliri isə qətnamədə 700 manat kimi qeyd olunmuşdur. Yəni, artıq iddiaçının kifayət qədər yüksək gəlirinin olması onun övladının ondan maddi yardım ala bilməsini ehtiva edir. Bundan əlavə, Ailə Məcəlləsində nəvə qarşısında nənə və va babanın aliment öhdəlivinin yaranmasının digər əsası isə nənə və va babanın buna zəruri vəsaitə malik olmasıdır. Məhkəmə qətnaməsində cavabdehin təqaüdü olaraq 559 manat, əlavə olaraq satıcı kimi 300 manat gəliri qeyd olunmaqla, cavabdehin gəlirinin iddiaçıdan 150 manat çox olması səbəbindən 100 manat aliment tutulması qənaətinə gəlmişdir. Halbuki, cavabdehin gəliri ancaq onun dövlət tərəfindən onun maddi tələbatı nəzərə alınmaqla ona təyin olunan təqaüdündən ibarətdir. Qətnamədə cavabdehin satıcı işləməsi qeyd olunsa da, qeyd olunmalıdır ki, cavabdeh həqiqətən təqaüdünün onun 2-ci qrup əlil və şəkər xəstəsi kimi müalicəsinə yetmədiyindən 25.06.2020-ci il tarxindən satıcı kimi işə düzəlmiş, lakin sonradan oğlunu vaxtsız itirməsi ilə əlaqədar xəstəlikləri kəskinləşdiyindən öz ərizəsi əsasında 31.03.2021-ci il tarixindən işdən azad edilmişdir, (müvafiq bildiriş şikayətə əlavə olunur). Odur ki, cavabdehin yeganə gəliri onun 1989-cu ildən həyat yoldaşını itirdiyinə görə aldığı əmək pensiyasıdır. Bundan əlavə, 11 qrup əlil kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Nizami Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışa əsasən cavabdehə “bronxial astma İA forma (tez-tez boğulma tutulmaları ilə, ağır gedişli, UİX gərginlik stenokardiyası fis. İİ xroniki lıepatoxolcsistiti, ağ ciyər çatışmamazlıqı, İİ B.M.) diaqnozu əsasında 2011 -ci ildən müddətli, 29 may 2014-cü il tarixindən müddətsiz İİ qrup əlilik təyin edilmişdir. Əlilliklə yanaşı, cavabdeh artıq uzun illərdir xroniki şəkərli diabet xəstəliyindən müalicə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əhalinin Sağlamlığının Milli Monitorinqi sistemi üzrə Ambulator Xəstənin ******* saylı Tibbi kartası və orada əks olunan sənədlərdən göründüyü kimi, o Nizami rayon 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin endikrinoloji kabinetində dispanser qeydiyyatında olmaqla xroniki şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Nizami rayon məhkəməsinə təqdim olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlaka dair dövlət reyestrindən vermiş olduğu elektron arayışa əsasən cavabdehin adıma daşınmaz əmlak qeydə alınmamışdır. Hazırda o, özünə məxsus ev olmadığından övladlarına məxsus evdə pasport qeydiyyatında olmaqla mütamadi olaraq övladlarının yanında onların ailələri ilə birgə yaşayır. Qeyd olunan hallara dair bütün sənədlər (tibbi sənəd, arayışlar) məhkəməyə təqdim olunsa da məhkəmə cavabdehin 2-ci qrup əlilliyini qeyd etməklə kifayətlənmiş və hətta bu halın iddanın tam deyil, qismən təmini üçün əsas saymışdır. Halbuki, sadalanan xəstəlilklər xroniki olduğundan davamlı olaraq ambulator həkim müşahidəsi altında müalicə tələb etməklə, müalicəsi bahalıdır və cavabdehin təqaüdünün çox hissəsi məhz müalicəyə sərf olunur. Cavabdehin yeganə gəliri isə onun təqaüdüdür. Hətta 66 yaşlı 2-cu qrup əlil-təqaüdçü işləmiş olsa belə (bu halda guya satıcı) bu əmək fəaliyyəti yalnız təqaüd çatışmamazlığı ilə əsaslandırıla bilər və belə olsa belə bu təqaüddən tutularaq ali təhsilli 35 yaşında kifayət qədər gəliri olan iddiaçının övladına baxa bilməməsi əsasından sonuncuya verilməsi hüquq normaları ilə yanaşı, əxlaqi normalara ziddir. Ailə Məcələsində baba və nənədən aliment tutulması əsası kimi nəvənin vardıma ehtivacı olması qeyd olunmuşdur. İddiaçı müraciətində nəvəsinin “emosional olmasından davamlı olaraq psixoloq müşahidəsi altında böyüdüyünü, dərk etməsinin zəif olduğuna görə əlavə müəllim tutmasını” göstərərək bu səbəbləri əlavə xərclər kimi dəyərləndirir. Məhkəmə qarşısında iddiada qeyd olunan yardımı zəruri edən halların araşdırılması üçün sorğuların verilməsi barədə vəsatət qaldırılsa da, görünür ki, yalnız sübutları qiymətləndirməli olan məhkəmə yalnız iddiaçının bu barədə sadəcə sözləri ilə kifayətlənmiş və beləcə bu halları araşdırmaq üçün özünə “əziyyət” verməmişdir. Bütün hallarda, nənə və babalardan aliment almağın ən birinci əsası isə uşağın valideynlərindən yardım ala bilməməsidir. Əlavə olaraq iddiaçı tərəfindən nəvənin zəruri ehtiyacı əsaslandırılmamış, öz ehtimallaıma əsaslanaraq nəvəsini xəstə kimi qələmə versə də buna dair zəruri rəsmi tibbi sənədlər təqdim edilməmişdir. Bu halda Ailə Məcəlləsinin 89-cu maddəsində nənənin nəvəyə aliment ödəməsi üçün heç bir əsas mövcud deyildir. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.

8. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili A.Poladova apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnamsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2018ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2012-ci il tarixli qətnaməsinə əsasən X4 İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış və tərəflərin birgə nikahından doğulmuş 02 sentyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 hər ay 154 manat sabit məbləğində aliment tutulması qət edilmişdir.

11. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 arasındakı nikah 05 iyul 2014-cü il tarixdə pozulmuşdur.

12. Ölüm haqqında şəhadətnamənin natorial qaydada təsdiq olıunmuş surətindən görünür ki, X10 21 dekabr 2020-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində vəfat etmişdir.

13. AZ-İİ seriyalı 772746 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 02 sentyabr 2011-ci ildə doğulmuşdur. X3, anası X5r.

14. Məlumat portalından çıxarışdan görünür ki, X9 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyir və aylıq əmək haqqı 700 manat təşkil edir.

15. Məlumat portalından çıxarışdan görünür ki, Cavabdeh ailə başçısını itirməyə görə 559,50 manat pensiya alır. Bundan başqa, işəgötürən sahibkar X7 məxsus olan (Vöen-**********) mağazada satıcı işləyir və aylıq 300 manat əmək haqqı alır.

16. Məlumat portalından çıxarışdan görünür ki, Cavabdeh müddətsiz olaraq 2-ci qrup əlildir. Hüquqi dəyərləndirmə:

17. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat məbləğində aliment ödənilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 89-cu maddəsinə istinad etmişdir.

18. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edilməsini zəruri hesab edir ki, Ailə Məcəlləsinin qeyd edilən 89-cu maddəsi işin hallarına doğru tətbiq edilməmişdir. Belə ki, qeyd edilən müddəa yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malik olmasını ehtiva edir.

19. Yəni, həmin maddənin məzmununa görə, yetkinlik yaşına çatmayan nəvələrin saxlanılmq üçün baba və nənədən aliment almaq hüququna 2 hal mövcud olduqda malikdirlər: 1) öz valideynlərindən maddi yardım ala bilmədikdə; 2) baba və nənə zəruri vəsaitə malik olduqda.

20. Məhkəmə kollegiyası işin hallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddiaçı valideyn olaraq övladını saxlamaq imkanına malikdir və uşaq onun himayəsindədir. Məlumat portalından çıxarışdan görünür ki, X9 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyir və aylıq əmək haqqı 700 manat təşkil edir.

21. Digər tərəfdən, iş materiallarından görünür ki, Cavabdeh ailə başçısını itirməyə görə 559,50 manat pensiya alır və müddətsiz olaraq 2-ci qrup əlildir.

22. Qeyd edilən halları nəzərə almaqla kollegiya hesab edir ki, Ailə Məcəlləsinin 89-cu maddəsində nəzərədə tutulan şərtlər hazırki işin faktiki halları ilə üst-üstə düşmür. Başqa sözlə, İddiaçı, övladını saxlamaq üçün zəruri imkana malikdir və cavabdeh isə ailə başçısını itirməyə görə pensiya alan 2-ci qrup əlildir. Cavabdehin aldığı təqaüd onun zəruri xərclərinə, eləcə də 2-ci qrup əlil kimi müalicə xərclərinə sərf olunur.

23. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olaraq 300 manat məbləğində maaş alması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 31.03.2021-ci il tarixində Əmək Məcəlləsinin 68.2.a) bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir.

24. Cavabdeh qeyd edilən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi birinci instansiya məhkəməsinə təqdim etmək imkanına malik olmamışdır. Çünki, cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması ilə bağlı ərizəsi təmin edilməmişdir. Bununla bağlı cavabdeh apellyasiya şikayətində də qeyd etmişdir. Bu səbəbdən də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim edilməsi Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinin tələblərinə uyğundur.

25. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində icraat zamanı izahatında bildirmişdir ki, cavabdeh öz istəyi ilə nəvəsinə yardım göstərmək istəmədiyi halda ondan israrla aliment almaq fikrində deyil. İddiaçı həmçinin cavabdeh tərəfindən nəvəsinə bir neçə dəfə könüllü şəkildə maddi yardım etdiyini izahatında qeyd etmişdir.

26. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

31. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1762/2021 saylı, 21.05.2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar