Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7354/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı hüquqların pozuntularının tanınması, daşınmaz əmlakın məhv edilməsi ilə bağlı dəymiş ziyana görə kompensasiyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən iddiaçının mənzilinin məhv edilməsinin onun mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 130000 manat kompensasiya, gecikdirilməyə görə 41328,35 manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 130000 manat məbləğinə illik 5 faizə bərabər kompensasiya, əsassız varlanmaya görə 60398,70 manat və iddia ərizəsi verilən gündən 130000 manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uygun kompensasiya, iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 26400 manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 300 manat), mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 50000 manat məbləğində kompensasiya, ödənilmiş dövlət rüsumu, habelə vəkil xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2ndən İddiaçı xeyrinə maddi zərərə görə 130000 (yüz otuz min) manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə 38910 (otuz səkkiz min doqquz yüz on) manat, əsassız varlanmaya görə 59297,60 (əlli doqquz min iki yüz doxsan yeddi manat altmış qəpik) manat, ödənilməmiş kirayə haqqı üçün 19300 (on doqquz min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat kompensasiya, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, vəkil xərci olaraq 500 (beş yüz) manatın tutulması, qalan hissədə iddia təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatın Cavabdeh2ndən tutularaq “X2” MMCnin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.2-ci maddəinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti Vəkil olğlu tərəfindən elektron imza ilə təsdiq edilmişdir. Lakin vəkilin şikayəti imzalamaq hüququnu təsdiq edən etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı hüquqların pozuntularının tanınması, daşınmaz əmlakın məhv edilməsi ilə bağlı dəymiş ziyana görə kompensasiyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7354/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7354/2024
27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver