Məhkəmə qərarları › İş №2(103)-748/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-748/2021

04.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-748/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “Schlumberger logelco İnc” Azərbaycan nümayəndəliyinin nümayəndəsi və vəkili X5, digər nümayəndəsi Sevinch Kuliyevanın iştirakı ilə İddiaçı1, İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı10 və X1 “Schlumberger logelco İnc” Azərbaycan nümayəndəliyinə qarşı “əmək haqqına əlavələrin ödənilməsi, vəzifə və peşələrin zərərli hesab edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı10, və X4 “Schlumberger logelco İnc” Azərbaycan nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəniz əmsalına görə 75 faiz, zərərli işə görə 24 faiz və susuzluq əmsalına görə əsas əmək haqqının 40 faizi məbləğində əlavə ödənişlər nəzərə alınmaqla 1 ilə görə hesablanmış pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, cavabdeh şirkətlə əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifə və peşələr üzrə işə qəbul edilmiş, uzun müddətdir həmin şirkətlə əmək münasibətlərində olmaqla hazırda da orada işləməyə davam edirlər. Cavabdeh şirkət onların tutduqları vəzifə və peşələri zərərli hesab etmir, eyni zamanda əmək haqqına əlavələr olan 75 faiz dəniz əmsalına görə, zərərli işə görə 24 faiz, 40 faiz susuzluq əmsalına görə əlavə ödənişləri o səbəbdən ödəmir ki, onlara bonus ödəyir və qeyd olunan bu ödəmələr bu bonusun tərkibindədir. Bundan başqa cavabdeh şirkət, əmək münasibətlərində olduqları dövrdə onlara Əmək Məcəlləsinin 159-cu maddəsinin və bu maddəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların mənləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü maddəsinə uyğun olaraq əmək haqqına dəniz əmsalına görə tarif vəzifə maaşının 75 faizi məbləğində əlavə ödəniş etməmişdir. Cavabdeh şirkətdə 1/VCS seqmentləri üzrə sahə mütəxəssisləri və seqmentlər üzrə avadanlıq operatoru vəzifə və peşələrində işləməklə həmin şirkətlə uzun müddətdir ki, əmək münasibətindədirlər və hesab edirlər ki, tutduqları vəzifə, peşə və sahələr ağır və zərərli iş şəraitində olan vəzifə, peşə və sahələrə aiddir. Eyni zamanda hesab edirlər ki, ölkənin susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 40 km-dək uzaqda yerləşən obyektdə işlədiklərindən, susuzluğa görə 1,4 faiz əlavə əmək haqqı da əmək münasibətlərində olduqları son 1 il müddətinə hesablanmaqla cavabdehdən tutulmalıdır. Eyni zamanda, cavabdeh əmək hüquqlarını pozduğundan və normadan artıq işə görə əmək haqqlarını ödəmədiyindən, maddi və mənəvi ziyan kimi 10 000 manat da xeyirlərinə tutulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, “Schlumberger logelco İnc” Azərbaycan nümayəndəliyindən İddiaçı5 xeyrinə 11,497,90 manat; İddiaçı6 xeyrinə 4,059,40 manat; İddiaçı8 xeyrinə 6,680,40 manat; İddiaçı1 xeyrinə 8,834,70 manat; X2 xeyrinə 9,157,30 manat; İddiaçı11 xeyrinə 7,412,50 manat; İddiaçı4 xeyrinə 11,674, 50 manat; Tayibov Hafiz Şövkət oğlunun xeyrinə 12,931,30 manat; İddiaçı2 xeyrinə 6,649,60 manat; X3 xeyrinə 7,175,10 manat; İddiaçı7 xeyrinə 7,161, 40 manat manat məbləğində pul vəsaitinin tutulması, ekspertiza tədqiqatlarının 390 manat olan dəyərindən 195 manatın iddiaçılar müştərək qaydada, digər 195 manatının isə “Schlumberger logelco İnc” Azərbaycan nümayəndəliyindən tutulub dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməsi ilə bağlı hissədə ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı müxtəlif tarixlərdə məhkəmə iclasları keçirilmiş, dəfələrlə məlumatlandırılmış iddiaçılar məhkəməyə gəlməsələr də, sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi onların notarial təsdiqli ərizələrini təqdim edərək aralarında barışıq sazişi bağladıqlarını və mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini, buna görə də iddiaçıların iddialarından imtina etdiklərini bildirmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçıların iddiadan imtinaları qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiadan imtinaları qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 390 (üç yüz doxsan) manat “Schlumberger logelco İnc” Azərbaycan nümayəndəliyindən tutularaq müvafiq hesaba köçürülməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı10 və X1 iddiadan imtinaları qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-29/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 390 (üç yüz doxsan) manat “Schlumberger logelco İnc” Azərbaycan nümayəndəliyindən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) keçirilsin; iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar