Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7496/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər LPO “xxxxxxxxxxxxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-671/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı cavabdehlər LPO “xxxxxxxxxxxxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, LPO “xxxxxxxxxxxxxx” ASC ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli 10 saylı ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-671/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, məhkəməyə Xətai Rayon Məhkəməsindən xx xxxxxxx 2020-ci il tarixli 2(011)-671/2020 saylı məktub daxil olmuşdur və məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-671/2020 nömrəli qərardadından cavabdehin etibarnamə üzrə nümayəndəsi Samir Muradzadə tərəfindən verilməklə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş şikayətə baxılması üçün sözü gedən mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər LPO “xxxxxxxxxxxxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7496/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7496/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver