Məhkəmə qərarları › İş №2(103)-7510/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7510/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7510/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh1 qarşı “əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı iddianı təmin etmə tədbiri qismində yataq mebeli- (dəyəri) 8000 manat, televizor - Samsunq qara - (dəyəri) 500 manat, yorğan-döşək - (dəyəri) 300 manat, 2 ədəd yastıq - (dəyəri) 150 manat, Sintfon (silikon) yorğan - (dəyəri) 250 manat, pərdələr, jalüz (2 otaq, mətbəx) - (dəyəri) 1500 manat, yataq otağı üçün lyustra - (dəyəri) 100 manat, nişan paltarı -(dəyəri) 160 manat, 3 ədəd don (ziyafət) - (dəyəri) 160 manat, şuba uzun qolsuz - (dəyəri) 450 manat, şuba uzunqol - (dəyəri) 1300 manat, iri balonka - (dəyəri) 100 manat, liyanın donu - (dəyəri) 101 manat, 1 ağ kulok yay paltarları - (dəyəri) 300 manat, sumkalar (qadın çantaları)-(dəyəri) 300 manat,dikdaban ayaqqabılar (Kabluklar) - (dəyəri) 120 manat, şalvarlar, köynəklər - (dəyəri) 300 manat, qəhvəyi rəngdə kostyum - şalvar - (dəyəri) 160 manat, sapojki (2 ədəd) - (dəyəri) 150 manat, botinka (qəhvəyi rəngdə) -(dəyəri) 60 manat, yaz-yay ayaqqabıları - (dəyəri) 160 manat, uşaq paltarları (yaz-yay-qış üçün) - (dəyəri) 300 manat, kurtka Liyanın (zərli,cins) - (dəyəri) 50 manat, balonka qara qolsuz - (dəyəri) 30 manat, əl-üz dəsmalları - (dəyəri) 500 manat, yorğan, postel, süfrələr - (dəyəri) 1500 manat, divar saatı - (dəyəri) 80 manat 28.4 qablı şam - (dəyəri) 40 manat, qəhvəyi rəngdə pokrıval (yataq örtüyü)+ ağ pokrıval (yataq örtüyü) - (dəyəri) 200 manat, jiletlər - (dəyəri) 200 manat, fen + ətirlər + zakolkalar - {dəyəri) 300 manat, ev paltarları (alt paltarları) -(dəyəri) 150 manat, kitab -1 ədəd, stol, stul, servant -(dəyəri) 4500 manat, qırmızı tozsoran - (dəyəri) 100 manat, mətbəx mebel dəsti - (dəyəri) 3000 manat, soyuducu -(dəyəri) 1500 manat, divan - (dəyəri) 800 manat, qaz aspiratoru - rakovina (mətbəq çanağı) - (dəyəri) 4000 manat, mətbəx stolu - (dəyəri) 50 manat, bir ədəd mətbəx servisi (18 nəfərlik) -(dəyəri) 500 manat, qonaq üçün 12 nəfərlik yemək və çay dəsti - (dəyəri) 3000 manat, balaca güllü (çay-yemək) dəsti - (dəyəri) 3000 manat, qəhvəyi güllü yemək dəsti - (dəyəri) 2000 manat, çəhrayı rəngli çay dəsti - (dəyəri) 1800 manat, sultan (markalı) xrustal böyük - (dəyəri) 200 manat, sultan (markalı) xrustal kiçik - (dəyəri) 180 manat, ir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəsti, - (dəyəri) 1300 manat, bir çemodan qaşıq 12 ədəd - (dəyəri) 250 manat, 2 ədəd xrustal, 12 ədəd armudu stəkan -(dəyəri) 500 manat, nəlbəki armudu + (nəlbəki) adi - (dəyəri) 300 manat, limon qabı böyük + limon qabı balaca + rozetka - (dəyəri) 250 manat, çərəz qabları -2 ədəd -(dəyəri) 180 manat, kuvşin (qrafın) 6 stəkanlıq - (dəyəri) 80 manat, bokallar (3 cür tək) -(dəyəri) 1000 manat, yenə meyvə qabı - 230 manat + 2 balaca ( 200 manat) - (dəyəri) 430 manat, podnos (məcməyi) - 3 ədəd - (dəyəri) 70 manat, ləpə (çərəz) qabları -(dəyəri) 200 manat, tefal tava - 4 ədəd - (dəyəri) 400 manat, ət maşını + şirəçəkən maşın - (dəyəri) 400 manat, tefal çaydan - (dəyəri) 50 manat, elektrik sobası - (dəyəri) 150 manat, mətbəx dəsti - (dəyəri) 150 manat, çaydan, plastik ləyənlər, aşsüzən - (dəyəri) 400 manat, 2 cür qazan dəsti - (dəyəri) 300 manat, çay dəsmalları - (dəyəri) 100 manat, toster + kofemolka (kofe üyüdən)+ çörəkqabı - (dəyəri) 200 manat, ədviyyat qabları, taxta qaşıqlar, dəmir qaşıqlar - (dəyəri) 200 manat, bütün xrustal qablar (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar - (dəyəri) 2500 manat, balıq qabları + xırdavatlar (dəyəri) 500 manat ibarət olan əşyalarının üzərlərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh1 qərardadından şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad düzgün qəbul edilməmişdir. Belə ki, istər qərardadın məzmunu ilə tanış olduqda, istərsə də iddia ərizəsinin məzmununa baxdıqda aydın olur ki, iş üzrə cehiz əşyaları dəqiq göstərilməmiş, məhkəmə bununla bağlı qərardadında da bu hallarla bağlı aydın olmayan mövqe ilə bağlı münasibət bildirməyərək düzgün olmayan mövqe sərgiləmişdir. Çünki məhkəmə cehiz əşyaları ilə bağlı qərardadına sayları müəyyən edilməmiş əşyaların üzərinə də həbs qoyulmasını qərardadında qeyd etmişdir. Hansı ki iş üzrə iddiaçıya tərəflərindən verilmiş suallar zamanı da tərəf əşyaları sayı ilə bağlı sonsuz sayda əçyanı cehiz kimi gətirdiyini qeyd etmiş, məhkəmə də iddiaçının sonsuz sayda mövqeyi ilə razılaşaraq qərardad qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2561/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinəəsasən, əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbirləri iddianı təmin etmək üçün görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Buna görə də kollegiya hesab edir ki, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti olaraq iddianı təmin etmə tədbiri kimi ərzədə adları çəkilən əşyalarının üzərlərinə həbs qoyularaq siyahıya alınması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Bu, tərəflər arasında mübahisənin yaranmasına qədərki vəziyyətin qorunub saxlanmasına xidmət etməklə, həm də ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2561/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar