Məhkəmə qərarları › İş №2(103)-7525/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7525/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7525/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin 50 faizinin yetkinlik yaşına çatmayan uşağının adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ödənilmiş dövlət rüsumunun qaytarılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında düzəliş edilməsi barədə “xxxxxxxxxxxx” ASC-nin ərizəsinin rədd edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-7281/2019 nömrəli qərardadından “xxxxxxxxxxxx” ASC tərəfindən verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin 50 faizinin yetkinlik yaşına çatmayan uşağının adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2292/2019 nömrəli qətnaməsi əsasında xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğindən alimentin və xx.xx.2017-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər 200 miqdarında tutulan alimentin 50 faizinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7281/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin 50 faizinin yetkinlik yaşına çatmayan uşağının adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7281/2019 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7281/2019 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonradan, İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ödədiyi 30 manat dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1367/2020 nömrəli qərardadı ilə İddiaçı şikayəti rədd edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7281/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-7281/2019 nömrəli qərardadı ilə xx.xx.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət Ödəniş Portalı vasitəsilə “xxxxxxxxxxxx” ASC-nin Badamdar filialında Bakı şəhəri Yasamal rayon Məhkəməsinə ödənilmiş 20,00 (iyirmi) manat dövlət rüsumunun İddiaçı qaytarılması “xxxxxxxxxxxx” ASC-yə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə havalə edilmişdir. “xxxxxxxxxxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-7281/2019 nömrəli qərardadının müvafiq hissəsinə düzəliş edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, dövlət rüsumu ödənişləri “xxxxxxxxxxxx” ASC vasitəsilə dövlət büdcəsinə köçürülmüş və Bank rüsumun ödənilməsi üçün yalnız vasitəçi rolunu oynayır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-7281/2019 nömrəli qərardadı ilə “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının müvafiq hissəsinə düzəliş edilməsi barədə ərizəsi rədd edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-7281/2019 nömrəli qərardadından şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən “xxxxxxxxxxxx” ASC-nin səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı,Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət Ödəniş Portalı vasitəsilə “xxxxxxxxxxxx” ASC-nin Badamdar filialında Bakı şəhəri Yasamal rayon Məhkəməsinə 20,00 manat dövlət rüsumu ödəmişdir. Bank həmin rüsumun ödənişində vasitəçi rolunu oynamasını qeyd etsə də, məhkəmə həmin məbləğin “xxxxxxxxxxxx” ASC-dən tutulmasını qeyd etməmişdir. “xxxxxxxxxxxx” ASC-nin vəzifəsi ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu məbləğini, dövlət büdcəsindən geri qaytarılmasını (texniki cəhətdən) təmin etməklə, iddiaçıya qaytarmalıdır. Bu vəsaiti “xxxxxxxxxxxx” ASC öz vəsaiti hesabına qaytarmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən dövlət rüsumunun ödəyicisi dövlət rüsumunun büdcədən qaytarılması üçün həmin rüsumu tutan orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.2020-ci il tarixli qərardadında xx.xx.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət Ödəniş Portalı vasitəsilə “xxxxxxxxxxxx” ASC-nin Badamdar filialında Bakı şəhəri Yasamal rayon Məhkəməsinə ödənilmiş 20,00 (iyirmi) manat dövlət rüsumunun İddiaçı qaytarılmasını “xxxxxxxxxxxx” ASC-nə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə havalə edərkən, ödənişin edilməsinin bank vasitəsilə həyata keçirildiyini əsas götürməklə, həmin vəsaitin dövlət büdcəsindən iddiaçıya geri qaytarılmasının da bankın vasitəsilə edilməli olmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətin dəlilləri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğvi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar