Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7536/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X1rşı “müqavilənin ləğvi tələbinə dair” ilkin, Cavabdeh X2 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pul tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)-3219/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh X5 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun mağazanı boşaltmasını, mağaza üçün yaranmış bütün kommunal borclarını ödəməsini və Cavabdeh X4 vurduğu 2100 manat dəyərində maddi (7 aylıq icarə haqqı, hər ay 400 manatdan hesablanmaqla), 2000 manat dəyərində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Ticarət Mərkəzin”də icarəyə yer götürərək qadın üst geyimlərinin, xəz dəri paltoların satışı ilə məşğuldur. 1996-ci ildə o, “Bakıxanov Ticarət Mərkəzi”ndə icarəyə yer götürən zaman həmin sahə müəyyən arakəsmələrdən ibarət olan təxminən 20 kv.m olan yer olmuş, o, 1997-ci ildə “Bakıxanov Ticarət Mərkəzi ”nin rəhbəri ilə danışıqlar apararaq ticarət mərkəzinin içində 45 kv.m olan mağaza tikdirmiş, həmin mağazanın tikilməsində bütün zəruri xərcləri o çəkmişdir. Ticarət Mərkəzinin rəhbərliyi tikdirdiyi mağazaya görə ona hər hansı bir qaydada maddi köməklik göstərməmişdir. Beləcə, həmin mağazanın tikintisinə və təmir xərclərinə 11700 manat pul xərcləmişdir. Daha sonra o, 2001-ci ildə “Bakıxanov Ticarət Mərkəzi” ilə icarə müqaviləsi bağlayıb fəaliyyət göstərməyə başlamışdır. Müqavilə bağlanıldıqdan sonra Ticarət Mərkəzinin aylıq icarə ödənişləri fərqli olmuşdur. Belə ki, müxtəlif aylar üzrə təxminən 200 ABŞ dolları civarından 1200 manatadək ödəniş haqqı olmuşdur. 2014-cü il tarixdən bugünkü günədək aylıq icarə haqqı 400 manat, mühafizə üçün ödənilən məbləğ 60 manat və həmçinin digər kommunal xərclər olmuşdur. 2018-ci ilin dekabr ayında aylıq 400 manat icarə haqqını ödəyə bilmədiyi üçün onun istifadəsində olan mağazanın elektrik xəttləri Ticarət Mərkəzinin rəhbərliyinin göstərişi ilə dayandırılmışdır. Beləliklə, 2 ay müddətində o, həmin mağazadan malların satışını həyata keçirə bilməmişdir. Bu 2 ay ərzində qış dövrünə təsadüf etdiyindən onun satışını həyata keçirdiyi qış malları elə mağazada da qalmış və o, maddi ziyan çəkmişdir. O, 2 ay sonra icarə haqqı olan 400 manatı ödədikdən sonra elektrik xəttinin açılışını təmin etmişlər. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə onun istifadəsində olan mağazanın elektrik xəttləri Ticarət Mərkəzinin rəhbərliyinin göstərişi ilə dayandırılmışdır. Hazırda o, yenə mağazada satış həyata keçirə bilmir. Daha sonra ona məlum olmuşdur ki, guya Cavabdeh X5 ilə onun arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Cavabdeh X5 ilə xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsi bağlamamışdır. Həmin icarə müqaviləsindəki imza ona məxsus deyildir. Həmçinin müqavilədəki şərtlərə diqqət yetirilsə görünür ki, ödənilən icarə haqqı belə qeyd edilməmişdir. Cavabdeh X3rşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Firmaya böyük məbləğlərdə ziyan vurmuşdur. Firma tərəfindən heç bir mağazanın işığı kəsilməmişdir. İcarəçinin istifadə edib ödəmədiyi elektrik borcuna görə “xxxxxxxx” ASC-nin Sabunçu rayonu Enerji Techizatı və Satışı İdarəsi tərəfindən xəbərdarlıqlar olunmasına baxmayaq, ödəmədiyindən elektrik xətti kəsilmişdir. Əgər ərizədə qeyd edildiyi kimi həmin mağazanı öz hesabına tikmişdirsə, o zaman niyə öz tikdiyi mağaza üçün icarə müqaviləsi bağlayır və aylıq icarə haqqı ödəyir. Ticarət Mərkəzinin daxilində olan bütün mağazalar Ticarət Mərkəzi tərəfindən inşa olunmuş, mülkiyyət hüququ ilə Cavabdeh X4 məxsusdur. İddiaçı həmin mağazanı artıq 7 aydır ki, bağlı saxladığından və heç bir icarə haqqı ödəmədiyindən 2100 manat dəyərində maddi, 2000 manat dəyərində mənəvi zərər vurmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl olunmadığı üçün xx xxxxxx 2018-ci il tarixdə Ticarət Mərkəzinin daxilində 11 sırada yerləşən 93 saylı mağazanın icarəçisi İddiaçı ilə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli icrarə müqaviləsi ləğv edilmiş, buna baxmaraq İddiaçı bu günə kimi mağazanı fəaliyyət göstərməyən şəkildə qapısını bağlı saxlamaqdadır. Bu isə mülkiyyətçi kimi onların hüquqlarına toxunmaqdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 3219/2019 saylı qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh X4 məxsus mağazanın boşaldılması, İddiaçı 2100 manat dəyərində icarə haqqının alınaraq Cavabdeh X2 xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. İcarə müqaviləsi yalnız kserosurətdir və müqavilənin əsli mövcud deyildir, cavabdeh həmin müqavilənin əslini məhkəməyə təqdim edə bilməmişdir. İcarə müqaviləsində müqavilənin predmeti olan mağazanın yerləşdiyi yer, nömrəsi, sahəsi və mağazaya görə ödənilməli olan icarə haqqı öz əksini tapmamış, icarə müqaviləsi tərəflərin iradəsini əks etdirməmiş, həmin müqavilə ilə hansı mağazanın mübahisə edilməsi aydın deyildir. Müqavilədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi qeyd olunmuşdur, halbuki, o, vergi ödəyicisi kimi fəaliyyətini 2016-cı ildə 5 il müddətinə dayandırmışdır. İcarə müqaviləsinin bağlanmasından onun məlumatı olmamış, imza ona məxsus deyildir, mağazanın elektrik enerjisi dayandırıldıqdan sonra məlumatlı olmuşdur. Həmin müqavilə qanunsuz olaraq sonradan hazırlanmışdır. Onun istifadəsində olmadığı və ona məxsus hər hansı bir əşya olmadığı halda məhkəmə onun mağazanı boşaltması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, 2016-cı il tarixdən həmin mağaza fəaliyyət göstərmir, 2018-ci ildə o, mağazanı yenidən açmaq istəmiş, lakin işıqlar yanmadığına görə aça bilməmişdir. Sözügedən icarə müqaviləsini o, imzalamamış, onunla belə bir müqavilə bağlanmamışdır. Hazırda mağazada ona məxsus hər hansı əşya yoxdur, mağazanın açarını isə nəzarətçiyə təhvil vermişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh X5 ilə İddiaçı arasında 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh X4 müraciət edərək, tərəflər arasında bağlanılması iddia olunan xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin 3 gün ərzində ləğv edilməsini xahiş etmiş, əks halda bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirilmişdir. xx xxxxxx 2018-ci il tarixli Cavabdeh X5 tərəfindən verilmiş əmrdən görünür ki, Ticarət Mərkəzinin daxilindəki 11-ci sırada yerləşən 93 saylı mağazanın icarəçisi İddiaçı ilə firma arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbində həmin müqavilənin ləğv edilməsini xahiş edərək, elə bir müqavilə bağlamadığını, həmin müqavilədəki imzanın ona məxsus olmadığını iddia edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh X5 müqavilənin şərtlərinə əməl olunmadığı üçün xx xxxxxx 2018-ci il tarixdə ləğv edildiyini bildirərək, İddiaçı həmin mağazanı boşaltmasını, mağaza üçün yaranmış bütün kommunal borclarını ödəməsini və vurduğu maddi və mənəvi zərərin ödənilməsini xahiş edir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır. Göründüyü kimi, İddiaçı mübahisələndirdiyi müqaviləni bağlamadığını, imzanın ona məxsus olmadığını iddia edir. Birinci instansiya məhkəməsi isə iddiaçının dəlillərini yoxlamamış, icarə müqaviləsinn artıq xx.xx.2019-cu il tarixli əmrlə ləğv edilməsi səbəbindən İddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmaması qənaətinə gəlmişdir. Yəni, məhkəmə tərəflər arasında xx xxxxxxx 2018-ci il tarixdə icarə müqaviləsinin bağlanması ilə razılaşmış, lakin artıq müqavilənin ləğv edilməsinə istinad etmişdir. Beləliklə, məhkəmə icarə müqaviləsinin etibarlı olması qənaətinə gəlmiş, bu əsasla da qarşılıqlı iddianı icarə haqqı və mağazanın boşaldılması hissəsində təmin etmiş, qalan hissədə isə sübut olunmaması əsası ilə təmin etməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında mübahisələndirilən müqavilənin əsli yoxdur, cavabdeh həmin müqavilənin mövcudluğunu iddia edərək, xx.xx.2019-cu ildə ləğv edildiyini bildirmiş, müqavilə üzrə ödənilməmiş icarə haqqını tələb etmişdir, halbuki cavabdeh tərəfindən təqdim edilmiş icarə müqaviləsinin nüsxəsi də rəngli kserosurətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Tərəflər arasında həmin müqavilənin həqiqətən bağlanması halı öz təsdiqini tapmır və iş materialları əsasında belə bir müqavilənin mövcudluğunu müəyyən etmək mümkün olmamışdır (iddiaçı belə bir müqavilənin bağlanmadığını iddia edir, cavabdeh isə həmin müqaviləyə istinad etsə də, müqavilənin əslini təqdim edə bilməmişdir). Belə olan halda, Kollegiya qeyd edir ki, mübahisələndirilən müqavilənin bağlanıbbağlanılmamasını müəyyən etmək mümkün olmadığından, həmin müqavilənin ləğvi barədə tələb əsassızdır, həmçinin həmin müqaviləyə əsaslanaraq, Firmanın İddiaçı ödənilməmiş icarə haqqı tələb etməsi də əsassızdır. Eyni zamanda Kollegiya qeyd edir ki, qarşılıqlı iddia tələbi mənəvi zərər hissəsində əsassızdır, qarşılıqlı iddia üzrə “mənəvi ziyan” tələbinin törəmə tələb olduğunu və bu tələbin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi “mənəvi ziyan” hissəsində də təmin edilə bilməz. Eyni zamanda Kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi qeyri-yaşayış sahəsinin boşaldılması və sahədən istifadəyə görə yaranmış bütün kommunal borcların ödənilməsi hissəsində də təmin edilməməlidir, belə ki, bununla bağlı, o cümlədən qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsində olması barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3219/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh X1rşı “müqavilənin ləğvi tələbinə dair” ilkin iddia tələbi və Cavabdeh X2 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pul tələbinə dair” qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7536/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7536/2020
12.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver