Məhkəmə qərarları › İş №2(103)-7538/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7538/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7538/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı «mənzilin alqı-satqısından əldə edilmiş pulun 2/3 hissəsinin ona verilməsi və cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(005)-318/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqısından əldə edilmiş 50000 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 33333 manat məbləğində pulun Cavabdehndən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 07 dekabr 2021-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 3 ünvanda yerləşən 170 saylı mənzilində (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) qalmış cehiz əşyalarının- dəyəri 2100 manat olan yataq dəstinin, dəyəri, 1100 manat olan mətbəx mebelinin, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stulun, dəyəri 9 manat olan uşaq mebelinin, dəyəri 350 manat olan elektrik peçinin (duxovkanın), dəyəri 450 manat olan 3 ədəd pərdənin, dəyəri 900 manat olan soyuducunun, dəyəri 600 manat paltaryuyanın, dəyəri 600 manat olan paltar şkafının Cavabdeh alınaraq ona verilməsi, olmayan əşyaların dəyərinin ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri İddiaçı adına alınmış “Hunday Elantra” markalı, **-RS-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə onun payının, ½ hissədə cavabdeh İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən, qarşılıqlı iddia ərizəsi tam olaraq təmin edilməsi qət edilmişdir. Tərəflər həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılmışdır (şikayətin verilmə qaydasına qiayət olunmamasına görə). Daha cavabdeh İddiaçı yenidən qətnamədən apellyasiya şikayəti vermiş, mülki iş İddiaçı və Cavabdeh apelyasiya şikayətləri ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3756/2022 saylı qərardadı ilə İddiaçı və Cavabdeh apelyasiya şikayətləri qeyri-mümkün hesab edilərək mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı və Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4110/2022 saylı qərardadı ilə kassasiya şikayətlərinin icraata qəbul olunmasından imtina edilmiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Buna uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 3756/2022 saylı qərardadı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri qaytarılmış və mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Sonradan tərəflər ayrı-ayrılıqda apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətlərin bərpa olunması barədə ərizələrlə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 318/2022 saylı qərardadı ilə İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizələri təmin edilməyərək müddətin bərpasından imtina edilmiş, apellyasiya şikayətləri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən şikayət verilmiş, şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş (Bakı Apellyasiüya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin olunmuş, qərardad ləğv olunmuş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün baxılmış prosessual müddətin bərpa olunması qərara alınmışdır), İddiaçı verdiyi şikayət isə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qaytarılmışdır (elektron qaydada verilmədiyindən). Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) şikayətin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı isə şikayəti qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) riayət etmədən poçt vasitəsilə vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı tərəfindən verilmiş şikayətin qeyd olunan əsaslarla qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «mənzilin alqı-satqısından əldə edilmiş pulun 2/3 hissəsinin ona verilməsi və cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(005)-318/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(005)-318/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar