Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7551/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4368/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-1330/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx xxxxxx 2017-ci il təvəllüdlü X2 onun himayəsinə verilmişdir. Həmin qətnamə ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh oğundan hər ay 150 manat miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflər 2020-ci ilin fevral ayından barışaraq birgə təsərrüfat aparmağa başlamışlar. Buna görə də, iddiaçı Masallı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək aliment tələbimə xitam verilməsini xahiş etmiş və icra üzrə icraata xitam verilmişdir.Lakin xasiyyətlərinin uyğunsuzluğu yenidən aralarında mübahisələrə səbəb oldu və tərəflər yenidən ayrılmışlar.Uşaq iddiaçının himayəsindədir və iddiaçı onu saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4368/2020 nömrəli qətnaməsi iddia tələbi təmin edilərək, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4368/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, həmin 170 manat aliment pulunu iddiaçıya vermək üçün maddi imkanının olmadığını, 240 manat əmək haqqı aldığını və həmin əmək haqqından öz maddi tələbatlarına da xərcləmək məcburiyyətində olduğunu bildirmişdir. Belə ki, özünün də qidalanmağını, kommunal xərclərini ödəməli olduğunu, özünə hər ayda olmasa fəsillərə uyğun geyim almalı olduğunu qeyd etmişdir. Bu səbəbdən də iddiaçının tələb etdiyi və məhkəmə qətnaməsi ilə təmin olunmuş 170 manat alimenti ödəyə bilmir. Həmçinin iddiaçı fiziki cəhətdən tam sağlamdır və işləmək qabiliyyətinə malik olduğunu, lakin iddiaçının işləmədiyini bildirmişdir. Uşağın artıq böyüdüyünü və iddiaçı uşağı valideynlərinin yanında qoyub işləyə biləcəyini qeyd etmişdir. Qanunvericiliyin tələblərinə görə valideynlər uşaqları saxlamağa borcludur, təkcə ata deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin pleniumunun qərarına görə hər iki valideyn uşaqların saxlanılmasında iştirak etməlidir. Bütün bunlara baxmayaraq hakim qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, 240 manat əmək haqqı aldığını məhkəmə iclasında qeyd etməyinə baxmayaraq hakim ondan sabit pul məbləğində aliment tutmuşdur. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq bir uşağın saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həcmində aliment tutulmalı idi. Göründüyü kimi hakim bu hərəkətləri ilə maddi hüquq normalarını kobud şəkildə pozduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdirmişdir ki, Silahlı Qüvvələrinin Baş X4-Damar cərrahiyəsi bölməsinin 6301 saylı Çıxarış Epikrizinə əsasən xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərkən Qubadlı rayonunda yaralanmışdır. Xəstəyə Füzuli MRX-da sol döş qəfəsinin drenləşdirilməsi əməliyyatı icra edilmişdir. Xəstə xx xxxxxxx 2020-ci il tarixdə daha ixtisaslı müayinə və müalicə üçün SQ BKH-a təxliyyə edilmişdir. Aparılan müayinələr sonrası ÜDC bölməsinin reanimasiya palatasına qəbul edilmişdir. Aparılmış əməliyyat: xx xxxxxxx 2020ci il tarixdə ümumi anesteziya altında soltərəfli torokatomiya. Perikard boşluğundan güllənin xaric edilməsi. Sol mədəciyin zirvəsinin və arxa yan divarın tikilməsi əməliyyatı icra olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, uşağın saxlanılması üçün maddi imkanları yoxdur. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-1330/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X3 ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 1272 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşağı - xx xxxxxx 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmiş və uşağın 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Silahlı Qüvvələrinin Baş X4-Damar cərrahiyəsi bölməsinin 6301 saylı Çıxarış Epikrizinə əsasən xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərkən Qubadlı rayonunda yaralanmışdır. Xəstəyə Füzuli MRX-da sol döş qəfəsinin drenləşdirilməsi əməliyyatı icra edilmişdir. Xəstə xx xxxxxxx 2020-ci il tarixdə daha ixtisaslı müayinə və müalicə üçün SQ BKH-a təxliyyə edilmişdir. Aparılan müayinələr sonrası ÜDC bölməsinin reanimasiya palatasına qəbul edilmişdir. Aparılmış əməliyyat: xx xxxxxxx 2020-ci il tarixdə ümumi anesteziya altında soltərəfli torokatomiya. Perikard boşluğundan güllənin xaric edilməsi. Sol mədəciyin zirvəsinin və arxa yan divarın tikilməsi əməliyyatı icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, ... aliment tutulması ... barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. İş Apelyasiya məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş xx.xx.2020-ci il tarixə təyin olunmuş, iş materiallarına əsasən cavabdeh Qarabağ uğrunda döyüşlərlə bağlı xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb olunduğundan xx.xx.2020-cil tarixə və öz xahişi nəzərə alınaraq xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. ... Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi haqlı olaraq təmin edilmişdir. Belə ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən alimentin ödənilməsi üçün yeni əsaslar yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası Cavabdeh cəmi 240 manat əmək haqqı alması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, valideynin az gəlir əldə etməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Beləliklə, müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-1330/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X3 ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 1272 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşağı - xx xxxxxx 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmiş və uşağın 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.Cavabdeh həmin qətnaməni mübahisələndirməmiş və hazırkı məhkəmə baxışının da predmetindən kənarda qalır.Hazırda İddiaçı «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsinə istinad edərək Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 150 manat alimentin artırılaraq 170 manat aliment olmaqla Cavabdeh tələb edir. Cavabdeh alimentin artırılması (20 manat məbləğdə) ilə razılaşmamaqla yanaşı xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərkən Qubadlı rayonunda yaralanması nəticəsində səhətində yeni yaranmış xəsarətlərin də onun işləyib aliment ödəməyə imkan verməyəcəyini bildirmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, Silahlı Qüvvələrinin Baş X4-Damar cərrahiyəsi bölməsinin 6301 saylı Çıxarış Epikrizinə əsasən xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərkən Cavabdeh Qubadlı rayonunda yaralanması müəyyən olunsa da hələ ki, ona əlillik təyin olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, aliment artırılmış (20 manat )məbləğinin illik miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4368/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7551/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7551/2020
24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver