Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7570/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(005)-2758/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh ilə 21.11.2018-ci il tarixdə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş “maddi təzminatın ödənilməsinə dair” müqavilənin 01.05.2021-ci il tarixdən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(005)- 2758/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin olunmamışdır. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi təminatın ödənilməsi» tələbinə dair 2(103)-6921/2021 saylı mülki işlə (sədrlik edən Vahid Sadıqov) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki işlər üzrə tərəflər, iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2(103)-6921/2020 saylı mülki iş daha əvvəl icraata qəbul olunmuş və hazırda baxılmaqdadır. Bu səbəbdən də, hazırkı mülki iş həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi təminatın ödənilməsi» tələbinə dair 2(103)-6921/2021 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7570/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7570/2021
07.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver