Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7605/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehlərin vəkili və nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(001)-1630/2020 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 oğuna qarşı X2 miras əmlakdan imtina etməsinədair ərizəsinin etibarsız hesab edilməsinə və sair tələbə dair ilkin iddia ərizə ilə, Cavabdeh2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxaırlması və sair tələbə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi ilə, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsindən ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vemişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli 2(103)-2128/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılması və həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 19.03.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 vediyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi-vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1630/2020 saylı, 19.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 25.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 19 mart 2021-ci il tarixli qərardadı dəyişirilmədən qüvvəsində saxlanılmış və şikayətə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı cavabdehlərin vəkili və nümayəndəsi X6 İddiaçı tərəfindən verilmiş şikayət ərizəsinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 19.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bayramov X4 Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı 24.11.2020-ci il tarixli qətnaməsini imza edərək qəbul etmişdir. Cavabdeh2 apellyasiya şikayətinə əlavə etdiyi qəbzdən müəyyən olunur ki, o, apellyasiya şikayəti üzrə 28.12.2020-ci il tarixdə dövlət rüsumunu ödəmişdir. 000818 saylı göndərişdən müəyyən olunur ki, Cavabdeh2 2(001)-1630/2020 saylı qətnamədən apellyasiya şikayəti verilməsi üçün 08.01.2021-ci il tarixdə poçt xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin sənədlərindən müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(001)-1630/2020 saylı qətnaməsini 07.12.2020-ci il tarixli məktubu imzalamaqla rəsmi qaydada almış, apellyasiya şikayətini 08.01.2021-ci il tarixdə müvafiq poçt şöbəsinə təqdim etmiş, 14.01.2021-ci il tarixdə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 məhkəmə aktını rəsmi qaydada qəbul edərkən tarixi qeyd etmədiyindən, onun apellyasiya şikayəti verərkən müddəti ötürməsi mülki işin sənədləri ilə müəyyən olunmadığından, apellyasiya şikayətinin tərtib olunması üçün müəyyən olunan günlərin bir hissəsi qeyri-iş günləri olduğundan cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(001)- 1630/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli olması ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 19.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7605/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7605/2021
28.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver