Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7615/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3479/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilən 160 manat alimentin miqdarının azaldılaraq 80 manat müəyyən olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir ata kimi uşağın saxlanılmasına etiraz etmir. Lakin hər ay üçün 160 manat aliment ödəmək imkanı yoxdur. Belə ki, onun əvvəlki nikahından xx xxxx 2010-cu il təvəllüdlü X7 adlı bir qızı vardır. Həmin uşaq körpə vaxtından onun himayəsindədir. O, həmin uşağı tək böyüdür. Uşağa qulluq, onun təhsili və tərbiyəsi ilə məşğul olmaq, gündəlik məktəbə aparıbgətirmək onun tərəfindən həyata keçirilir. Həmin uşağa qulluqla bağlı onun heç bir köməyi yoxdur. Vaxtının çoxunu qızı X2 edir. Odur ki, normal iş fəaliyyəti ilə məşğul ola bilmir. Övladı Qasımova Sabinanın onun himayəsində olmasını, eləcə də onu tək böyütməsini Abşeron rayon Masazır kənd 4 saylı körpələr evi uşaq bağçasının müdiri tərəfindən verilən arayışla, uşağın təhsil aldığı məktəbin müəllimlərinin tərtib etdiyi aktla öz təsdiqini tapır. İddiaçının hazırda işləməməsi isə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt X5 xx xxxxxx 2020-ci il arayışı ilə təsdiq olunur. Göstərilənlərə əsasən alimentin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3479/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3479/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iddiaçını məhkəmə iclasının vaxtı və yeri barədə düzgün məlumatlandırmamışdır. Hazırlıq iclası barədə iddiaçıya rəsmi məlumat verilməmiş, yalnız ilk baxış iclası barədə məlumat vermişdir. Nəticədə iddiaçı məhkəmə iclasına hazırlaşmamış və vəkilinin də iştirakını təmin edə bilməmişdir. Həmin iclasda məlum olmuşdur ki, cavabdeh tərəf də yalnız hazırlıq iclasında iştirak edib, baxış iclasına gəlməmişdir. Beləliklə işə baxan məhkəmə iddiaçıya rəsmi məlumat vermədən cavabdehi hazırlıq iclasına çağıraraq dinləmiş, iddiaçını isə baxış iclasına çağırmışdır. Cavabdeh ilə 2012-ci ildə faktiki nikaha daxil olmuşdur. Bu nikah münasibətindən tərəflərin xx.xx.2013-cü il təvəllüdlü Əliyev Murad adlı övladı dünyaya gəlmişdir. Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının Əliyev Muradın atası olması müəyyən olunmuş, uşağın saxlanması üçün hər ay 160 manat pulun iddiaçıdan tutularaq Cavabdeh ödənlməsi qət edilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək ondan Cavabdeh xeyrinə tutulan 160 manat alimentin miqdarının azaldılmasını, hər ay üçün 80 manat müəyyən olunmasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1-ci maddəsinə əsasən ailə qanunvericiliyi o cümlədən ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən və ailə hüquqlarının məhkəmə müdafiəsi imkanlarından irəli gəlir. İddiaçı bir ata kimi uşağın saxlanılmasına etiraz etmirəm və aliment ödənilməsinə qarşı deyil. Amma hər ay üçün 160 manat aliment ödəmək imkanı yoxdur. İddiaçının əvvəlki nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 adlı bir qızı var. Həmin uşaq lap körpə vaxtından iddiaçının himayəsindədir. İddiaçı həmin uşağı tək böyüdür, çünki anasının sağlamlığı ilə əlaqədar olaraq uşağa baxmaq imkanı yoxdur. Uşağa qulluq, onun təhsili və tərbiyəsi ilə məşğul olmaq, gündəlik məktəbə aparıb-gətirmək iddiaçı tərəfindən həyata keçirilir. Həmin uşağa qulluqla bağlı iddiaçının başqa heç bir köməyi yoxdur. Bu səbəbdən iddiaçı işləyə də bilmir. Çünki vaxtının çoxunu qızı Qasımova Sabinaya sərf edilir. İddiaçı məcburdur ki, onu nəzarətsiz qoymasın, məktəbə aparıb-gətirsin, onun qayğısına qalsın, məişət qayğılarını həll etsin. Odur ki, normal iş fəaliyyəti ilə məşğul ola bilmir. X10 iddiaçının himayəsində olması, eləcə də onu tək böyütməsi Abşeron rayon Masazır bələdiyyəsinin sədri tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli arayışla, eləcə də Abşeron rayon Masazır kənd 4 saylı körpələr evi uşaq bağçasının müdiri tərəfindən verilən arayışla, uşağın təhsil aldığı məktəbin müəllimlərinin tərtib etdiyi aktla öz təsdiqini tapır. İddiaçı işləmir və bu fakt dövlət Məşğulluq Xidmətinin Sumqayıt X5 verdiyi xx xxxxxx 2020-ci il tarixli arayışla təsdiq olunur. Odur ki, iddiaçının hər ay 160 manat aliment ödəmək imkanı yoxdur. Cavabdeh özü işləyir və aylıq qazancı var. Bu da uşağın təminatında müəyyən qədər rol oynayır. Odur ki, alimentin miqdarının azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Odur ki, iddiaçı uşağa görə tutulan alimentin miqdarının 160 manatdan 80 manata azaldılmasını istəyir. Çünki iddiaçının ailə vəziyyətim də, maddi durumum da alimentin azaldılmasına imkan verir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili C.Cəfərov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və xx.xx.2013-cu il təvəllüdlü X1 üçün müəyyən edilən 160 manat alimentin miqdarının azaldılaraq 80 manat müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarında olan Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-1230/2019 saylı qətnaməsinə əsasən, İddiaçı xx xxxxxx 2013-cü il təvəllüdlü X6 atası olmasının müəyyən edilməsi, xx xxxxxx 2013-cü il təvəllüdlü X6 doğum haqqında şəhadətnaməsində uşaq haqqında məlumatlar qrafasında “X11”, atası qrafasında “İddiaçı”, ana qrafasında “Cavabdeh” kimi qeyd edilməsi və xx xxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Lakin iddiaçı Qasımov X9 rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-1230/2019 saylı qətnaməsi ilə ondan tutulan alimentin azaldılmasını məhkəmədən xahiş etsə də, həmin qətnamə qəbul edildikdən sonra onun ailə və ya maddi vəziyyətində mühüm dəyişiklərin baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının digər nikahdan olan övladının yalnız onun himayəsində olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bələliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri öz təsdiqini tapmadığından həmin halllar alimentin azaldılması üçün əsas olmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3479/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7615/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7615/2020
23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver