Məhkəmə qərarları › İş №2(103)-763/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-763/2021

08.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-763/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı27, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı27 və qeyrilərinin Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X9” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “məvacibin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-672/2020 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı7, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı23, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X5, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 Cavabdeh QSC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X9” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayına kimi ödənilməyən əmək haqqı məvaciblərinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların kollektivi 50 ildən çoxdur ki, QSCnin işçilərinin uşaqlarına tibbi xidmət göstərirlər. Hazırda da tibbi xidmət göstərməklərinə baxmayaraq, 2019-cu ilin yanvar ayının 1-dən etibarən 2020-ci ilin yanvar ayına kimi əmək haqqı məvacibləri verilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-672/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı27 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. İddiaçılara məxsus əmək kitabçalarından çıxarışın surətlərindən görünür ki, İddiaçı28 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinə tibbi bacısı vəzifəsinə; İddiaçı13 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının kliniki diaqnostik laboratoriyasının feldşer laborantı; İddiaçı26 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının tibb qeydiyyatçısı vəzifəsinə; İddiaçı18 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının tibb qeydiyyatçısı vəzifəsinə; İddiaçı21 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının təsərrüfat qrupunun sanitar qadını vəzifəsinə; İddiaçı10 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin şöbə müdiri həkim pediatoru vəzifəsinə; İddiaçı1 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının təsərrüfat qrupunun sanitar qadını vəzifəsinə; İddiaçı6 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinə tibb bacısı vəzifəsinə; İddiaçı24 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə tibb bacısı vəzifəsinə; İddiaçı15 xx.xx.2017-ci il tarixdə “Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin pediatr vəzifəsinə; İddiaçı23 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin tibb bacısı vəzifəsinə; İddiaçı25 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim oftolmoloq vəzifəsinə; İddiaçı5 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə tibb bacısı vəzifəsinə; İddiaçı17 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin böyük tibb bacısı vəzifəsinə; İddiaçı20 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə həkimi vəzifəsinə; X7 xx.xx.2017-ci il tarixdə “Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim nevropatoloqu vəzifəsinə; İddiaçı22 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə tibb bacısı vəzifəsinə; Yüzbaşıyeva Kəmalə Rüstəm qızı xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim pediatr vəzifəsinə; İddiaçı2 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə; İddiaçı3 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə; İddiaçı12 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə; İddiaçı16 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin həkim pediatr vəzifəsinə; İddiaçı9 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim stomatoloq vəzifəsinə; İddiaçı14 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının konsultativ şöbəsinin həkim pediatr vəzifəsinə; İddiaçı7 xx.xx.2017-ci il tarixdə Cavabdeh QSC-nin X1 uşaq poliklinikasının pediatriya şöbəsinin sahə həkimi vəzifəsinə qəbul edilmişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC-nin “X2” MMC “X9” ASC adı ilə əvəz edilmişdir və qeyd olunan şəxslər hazırda müvafiq olaraq həmin vəzifələrdə işləyirlər. Həmçinin, İddiaçı27 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC-nin “X2” MMC “X9” ASC adı ilə əvəz edilmişdir və o, xx.xx.2018-ci il tarixdə “X9” ASC-nin baş həkimi vəzifəsinə qəbul edilmişdir, hazırda həmin vəzifədə işləyir. İddiaçı8 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq Cavabdeh QSC-nin “X2” MMC “X9” ASC adı ilə əvəz edilmişdir, hazırda o, müvafiq vəzifədə işləyir. Cavabdeh QSC tərəfindən “X9” ASC-nin Uşaq Poliklinikasının baş həkimi İddiaçı27 ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli, GMxx/xx-1303 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 oktyabr 550S nömrəli sərəncamına əsasən Cəmiyyətin Sosial İnkişaf İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən və rəhbərlik etdiyi poliklinikanın da tabe olduğu X2 özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəsissə və obyektlərin siyahısına daxil edilmişdir. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında (tabeliyində olan poliklinika və tibbi-sanitar hissə daxil olmaqla) Cəmiyyətin təsisçiliyi ilə “X2” MMC yaradılmışdır. Uşaq Poliklinikası və Əhmədli tibbi-sanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəsissəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X2” MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikasının adından həmin Komitə olmaqla “X9” ASCyə çevrilmişdir. “X9” ASC 2018-ci ilin 22 may tarixdə dövlət qeydiyyatından keçmişdir. Belə ki, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Göstərilənlərlə bağlı Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara “X3” MMC-nin Cəmiyyətin strukturundan çıxmasının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Nəzərə çatdırılmışdır ki, Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Eyni zamanda qeyd edilmişdir ki, hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq “X9” Açıq Səhmdar Cəmiyyəti ilə “Cavabdeh" Qapalı Səhmdar Cəmiyyəti arasında müvafiq müqavilə bağlanmışdır. “X9” ASC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, "X9” ASC Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Cavabdeh QSC-nin tabeliyində olan ünvan 1 ünvanında yerləşən “X2” MMC-nin "X9” ASC-yə çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən xx xxxx 2018-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, “X9” ASC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə Cavabdeh QSC-nin tabeliyində olan ünvan 1 ünvanında yerləşən “X2” MMC “X9” ASC-yə çevrilmişdir. Həmin sərəncama əlavəyə əsasən “X2” MMC-nin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi-sanitar hissə də qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X2” MMC-nin Cəmiyyətin strukturundan çıxması haqqında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli 139 nömrəli əmri ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla "X10” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi, həmin ASC-nin 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçdiyi və bununla da “X2” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması, “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin "X9” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta ilə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə "X9" ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli 63-K nömrəli əmrinə əsasən “X2’' MMC-nin uşaq poliklinikasının idarəetmə aparatının baş həkimi İddiaçı27 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********0 saylı cavab məktubuna əlavədən görünür ki, işçilər - İddiaçı27, İddiaçı9, İddiaçı10, İddiaçı16, İddiaçı17, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı15, İddiaçı14, İddiaçı20, İddiaçı25, İddiaçı26, İddiaçı24, İddiaçı22, İddiaçı21, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, X5, İddiaçı28, İddiaçı18, İddiaçı1 və İddiaçı13 işəgötürən - "X9" ASC ilə əmək müqavilələri bağlamışlar və həmin müqavilələr hazırki vaxtadək qüvvədədir, İddiaçı7 xx.xx.2020-ci il tarixdə “xxxx” MMC ilə, İddiaçı23 isə xx.xx.2017-ci il tarixdə “X2” MMC ilə əmək müqaviləsi bağlamış və həmin müqavilələr də hazırki vaxtadək qüvvədədir. Hazırda iddiaçılarla “X9" ASC arasında mövcud əmək müqavilələri qüvvədədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə Cavabdeh QSC-nin tabeliyində olan ünvan 1 ünvanında yerləşən “X2” MMC “X9” ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 161s nömrəli sərəncamı ilə “X9” ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. Birinci instansiya məhkəməsi “X2" MMC-nin (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbisanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilməsini və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X2” MMC-nin yenidən təşkil edilməsini, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X9” ASC-yə çevrilməklə xx xxx 2018-ci il tarixdə dövlət qeydiyyatından keçməsini, “X2” MMC-nin “X9” ASC-yə çevrilməklə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X2” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilməsini, bununla da müvafiq sərəncama əsasən yeni yaradılmış “X9” ASC-nin Cavabdeh QSC ilə heç bir hüquqi münasibətinin qalmamasını nəzərə alaraq belə hesab etmişdir ki, hazırki iş üzrə Cavabdeh QSC iddiaçıların iddiasına cavab verməli olan orqan deyildir və iddianın düzgün olmayan cavabdehə qarşı verilməsinə görə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, “X2” MMC “X9” ASC-yə çevrilmiş, yeni yaradılmış “X9” ASC-nin Cavabdeh QSC ilə heç bir hüquqi münasibətinin qalmamış, hazırda iddiaçılarla “X9" ASC arasında bağlanmış mövcud əmək müqavilələri qüvvədədir. İddiaçılar cavabdeh qismində düzgün olmayan orqanı göstərmiş, işə birinci instansiya məhkəməsində baxılarkən isə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmamışlar. Hazırki iş üzrə Cavabdeh QSC iddiaçıların iddiasına cavab verməli olan orqan deyildir. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçılar cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqlarından iddia təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kollegiya hesab edir ki, məhkəmə iddiaçıların tələbinin hazırki cavabdehə qarşı əsassız olması barədə düzgün qənaətə gəlmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə qeyd olunanlara əsaslanaraq, iddianı təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-672/2020 saylı iş üzrə xx xxxxxx 2020 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar