Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7631/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdeh "xxxxxxx” KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, X1 cavabdeh "xxxxxxx” KB ASC-nə qarşı "ipoteka müqaviləsinə dəyişiklikər edilməsi, əlavə kredit müqavilələrinə münasibətdə bağlanmamış hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4277/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxxxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4277/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 iddiası təmin edilmiş, "xxxxxxx” X12 Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2012-ci tarixli, 40EKİ saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş "İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2015-ci il tarixli Saziş, "xxxxxxx” X12 Səhmdar Cəmiyyəti ilə X6 arasında imzalanan xx xxxx 2017-ci il tarixli, kk-2014-04 saylı əlavə kredit xətti müqaviləsi, "xxxxxxx” X12Səhmdar Cəmiyyəti ilə X6 arasında imzalanan xx xxxxx 2016-cı il tarixli, 23KDX/15-2 saylı əlavə kredit müqaviləsi, "xxxxxxx” X12 Səhmdar Cəmiyyəti ilə X6 arasında imzalanan xx xxxxxx 2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi qət edilmişdir. Cavabdeh "xxxxxxx” KB ASC qətnamədən apellyasiya şikayəti verərək, X1 cavabdeh “xxxxxxx” KB AS1 i -yə qarşı iddia tələbinin təmin edilməsinə dair Bakı şəlıəri Nəsimi Rayon Məhkəməsinin 17.097 019-cu il tarixli, 2(006)-4277/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxxxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2158/20 saylı qərarı ilə cavabdeh "xxxxxxx” KB ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307, 470, 477; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 418-ci maddələrinə; "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı sonradan bağlanmış və müqavilənin əsas şərtləri barədə onun razılığı alınmayan müqavilələrə münasibətdə ipotekanın bağlanmamış hesab olunması iddiasını irəli sürmüşdür. Tələbinin həmin məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhləri ilə əsaslandırmışdır. Qeyd olunan qərarda ipoteka müqaviləsinin sonradan bağlanmış və ipoteka qoyanın razılığı alınmayan müqavilələrə münasibətdə bağlanmamış hesab olunması barədə ifadə formasını belə iddialar irəli sürülməsinə çağırış kimi başa düşülməməlidir. Qərarın məzmunu baxımından bağlanmamış hesab olunma onu ifadə edir ki, sonradan bağlanmış müqavilələrin əsas şərtləri barədə ipoteka qoyan iradə ifadə etməmişdirsə həmin müqavilə onun üçün yoxdur, həmin müqavilənin ona təsiri, gücü yoxdur. Əslində belə müqavilənin mövcud olmaması ipotekanın həmin müqaviləyə münasibətdə təsiri olmaması, öhdəlik yükü daşımaması anlamını verir. Ona görə həmin qərarlarda qeyd edilmişdir ki, İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qərarda qeyd olunan fikrin ifadə formasını rəhbər tutaraq müqavilənin bağlanmamış hesab olunması barədə iddialar irəli sürülməsini əsaslı saymır. Çünki Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış etsək əslində qeyd olunan ipoteka müqavilələri, və yaxud zaminlik müqavilələri ipoteka qoyan və zamin üçün heç bir öhdəlik yaratmır. Belə hallarda əmlakın yüklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər, və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddiaların rədd edilməsi üçün əsas ola bilər. Müqavilənin bağlanmamış hesab olunması iddiası məntiqsizdir. Müqavilə ya mövcuddur, ya da mövcud deyil. Konstitusiya Məhkəməsinin şərhi əslində müqavilənin mövcud olmamasını ehtiva edir. Belə iddialara baxmaq və təmin etmək Mülki Prosessual qanunvericiliyin mahiyyəti baxımından düzgün deyil. İddia etmək-qarşı tərəfdən hansısa hərəkətləri etməyi, və yaxud hansısa hərəkətləri etməkdən çəkinməyin tələb olunmasıdır (iddianın predmeti olmalıdır). Qarşı tərəfdən elə hərəkətin edilməsi və yaxud edilməsindən çəkinməsi tələb olunur ki, həmin hərəkətləri etmək qarşı tərəfin imkanları dairəsində olur. Məsələn, pul verə bilər, aliment ödəyə bilər, müəyyən hüquqları həyata keçirməyə mane olmaya bilər, iş görə bilər, ziyanı ödəyə bilər və.s. Tələb üzrə qətnamə çıxarılır və ona uyğun olaraq müəyyən hərəkətlər edilməsi qət olunur. İpoteka müqaviləsinin bağlanmamış hesab olunması və ümumiyyətlə əqdin bağlanmamış hesab olunması tələbi heç kimə qarşı yönələ bilməz. Kiminsə müqaviləni bağlanmamış hesab etmək səlahiyyəti yoxdur. Müqavilə ya bağlanıb, ya da bağlanmayıb. Müqavilə yoxdursa tələb edən, olmayan (bağlanmayan) müqavilənin törətdiyi məhrumiyyətlərin aradan qaldırılmasını tələb edə bilər. Analoji iddiaların təmin olunması məhkəmələrə qeyri-müəyyən, çoxsaylı iddiaların daxil olmasına rəvac verir. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsasları ilə bağlı yenidən dəyərləndirmə aparılmasına zərurət var. İşə yenidən baxarkən apellyastiya instansiyası ipoteka müqaviləsinin bağlanmamış hesab olunması tələbinin qanuni əsasları ilə bağlı ətraflı qiymətləndirmə apararaq yekun nəticəyə gəlməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxxxxx” KB ASC-nin nümayəndəsi X5 şikayəti müdafiə edərək,apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən X1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası prosessual cəhətdən kassasiya instansiya məhkəməsi tərəfindən iddia üzrə cavabdehə qarşı yönəlməsi müəyyən edilməyən tələbin prosessual əsaslarının mümkünsüzlüyü və apellyasiya instansiya məhkəməsində tələbin dəyişdirilməsi əsaslarının mövcud olmaması, MPM-n 149.2.3, 149.4, 50,151.1, 234.1, 259.0.12, 307, 372-ci maddələrinin tələblərinə müvafiq iddia ərizəsinin baxılmamış saxlanılmasını kollegiya qanuni və yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun hesab edir. Diqqətə çatdırılmalıdr ki, məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddia ərizəsində əks edilməli tələb dedikdə hər hansı bir şəxsdən nəisə istəmək nəzərdə tutulur. Başqa məsələdir ki, şəxs şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların təsdiqi üçün müvafiq prosedurlara riayət etməklə müraciət etmək hüquqları vardır. Lakin hazırki tələbin (müraciətin) prosessual əsasları və səciyyəsi (MPM-in 149-cu maddəsinə uyğunluğu), habelə qətnamənin icra üsulu müəyyən edilmir. Göstərilənlərə əsaslanaraq və MPM-in 149-152, 259, 260, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxxxxx” KB ASC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4277/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. X1 "xxxxxxx” X12 Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2012-ci tarixli, 40EKİ saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş "ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2015-ci il tarixli Saziş, xx xxxx 2017-ci il tarixli, kk-2014-04 saylı əlavə kredit xətti müqaviləsi, xx xxxxx 2016-cı il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsi, xx xxxxxx 2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7631/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7631/2020
26.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver