Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7652/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1531/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh bütün növ qazancının 1/3 hissəsi və əlavə olaraq hər uşağa görə sabit pul məbləği şəklində 1000 (bir min) manat məbləğində (cəmi 2000 manat) aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay sabit pul məbləğində 300 (üç yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 170 manat olmaqla, iki uşağa görə 340 manat sabit pul şəklində alimentin və hər uşağa görə 1000 manat olmaqla, iki uşağa görə cavabdehin qazancının (gəlirinin) bir hissəsi olmaqla, 2000 manat alimentin, cəmi hər ay 2340 manat alimentin, habelə xx.xx.2019-cu il tarixdə doğulmuş X3 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək hər ay 1000 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 3301 nömrə ilə xx xxxx 2016-cı ildə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 anaları - İddiaçı yanında saxlanılmaları, X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Eyni zamanda iddiaçının işə mahiyyəti üzrə baxılıb həll edilənədək müvəqqəti alimentin tutulmasına dair ərizəsi məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(009)-2020 saylı qərardadı ilə təmin edilmişdir. Məhkəmə baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsi və vəkilinin verdiyi məlumata və təqdim etdiyi təsdiqedici sənədlərə əsasən Cavabdeh əmək müqavilələri üzrə rəsmi olaraq 3 yerdə işlədiyi, o cümlədən ailə şirkətlərində direktor vəzifəsində işlədiyi və ümumilikdə 2400 manat rəsmi əmək haqqı aldığı məlum olmuşdur. Cavabdeh tərəfindən müvəqqəti alimentin tutulmasına dair qərardad üzrə qərardadın icraya yönəldildiyi ilk 3 ay müddətində 2400 manatın 1/3 hissəsi olaraq 800 manat aliment ödənilsə də, sonrakı ay aliment ödənilməmiş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra isə Cavabdeh tərəfindən 2 ay ərzində 300 manat ödənilmişdir. İddiaçı tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə müraciət edildiyində məlum olmuşdur ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra Cavabdeh tərəfindən rəsmi olaraq 1 iş yeri 500 manat əmək haqqı göstərilmiş və bu məbləğin 1/3 ödənilməyə başlanılmışdır. saxlanması, təlim-tərbiyəsi üçün 800 manat aliment verməklə kifayətlənməyəcəyini, aliment məbləğindən dəfələrlə artıq məsrəfləri qarşılamaq imkanında olduğuna görə övladlarından heç nəyi əsirgəməcəyini İddiaçı şəxsən və bilavasitə, məhkəmədə isə vəkili və nümayəndəsi vasitəsi ilə bəyan etsə də, sözünün üstündə durmamış, qətnamə qəbul edildikdən sonra 800 manat məbləğində alimenti ödəməkdən yayınmaq məqsədilə rəsmi gəlirini azaltmağa yönəllən addımlar atmışdır. Halbuki, Cavabdeh “xxxx” MMC-nin, “xxxx” MMC-nin və “xxxx” MMC-nin təsisçisi və rəhbəridir, həmçinin “xxxx” MMC-nin və “xxxx Sənaye” MMC-nin təsisçisidir. Cavabdeh təsisçisi və rəhbəri olduğu həmin məhdud məsuliyyətli cəmiyyətlər hal-hazırda aktiv fəaliyyətdə olan və kifayət qədər gəliri biznesmen olmasına baxmayaraq, iki körpə övladını saxlamaqdan boyun qaçırmaq üçün əl atdığı və gələcəkdə də əl ata biləcəyi üsullara birdəfəlik son qoymaq, bu tipli məhkəmə mübahisələrinin yaranmasının qarşısını almaq üçün cavabdehin vergi orqanına bəyan etdiyi gəlirləri rəsmi sorğu ilə müəyyən edilməli və aliment sabit məbləğ olaraq təyin edilməlidir. Eyni zamanda biznes fəaliyyətində gəlirlərin qeyri-stabil və dəyişkən olduğu üçün aliment məbləğinin sabit məbləğ olaraq təyin edilməsi ailə qanunvericiliyinin tələbləri baxımından qanuni və əsaslı olmuş olar. Ailə qanunvericiliyinin tələbinə görə İddiaçı tərəflərin birgə nikahından xx.xx.2019cu il tarixdə doğulmuş X3 üç yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək zəruri vəsaitə malik olan digər tərəfdən Cavabdeh aliment tələb edə bilər. Qeyd olunanları nəzərə alıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış, başqa gəlirinin olmaması məhkəmə tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 3301 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə və “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən müddətsiz əmək müqaviləsi ilə “xxxx” MMC-də direktor vəzifəsində işləyir, əmək haqqı 560 manat təşkil edir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə və “xxxxServis” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdən müddətsiz əmək müqaviləsi ilə “xxxx-Servis” MMC-də direktor vəzifəsində işləyir, əmək haqqı 550 manat təşkil edir. “xxxx-Sənaye” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx-Sənaye” MMC-nin təsisçisi Cavabdehdur, xx.xx.2013xx.xx.2023-cü il tarixədək fəaliyyəti dayandırılıb, MMC-nin 2013-cü il tarixdən bu günə qədər fəaliyyəti olmayıb. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” MMC-nin 3 təsisçilərdən biri Cavabdehdur (33,33%), xx.xx.2014-cü il tarixdə fəaliyyəti 5 il müddətinə (xx.xx.2019-cu il tarixədək) dayandırılımışdır. 2019-cu il tarixdə yenidən fəaliyyəti 5 il müddətinə (xx.xx.2024-cü il tarixədək) dayandırılıb. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” MMC-nin 4 təsisçilərdən biri Cavabdehdur (25%), “xxxx” MMC qeydiyyata alındığı tarixdən bu günə qədər fəaliyyəti olmayıb. İşə baxmış birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş bəyannamələrə əsasən Cavabdeh rəhbəri olduğu “xxxx-SERVİS” MMC-nin (VÖEN **********) dövriyyəsi 465545,02 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 162927,15 manat (o cümlədən sonuncu təqdim edilmiş 2020-ci ilin iyun ayının ƏDV bəyannaməsinə əsasən dövriyyə 2500 manat, ödənilmiş vergilər 700 manat), “xxxx-SƏNAYE” MMC-nin (VÖEN **********) dövriyyə 118278 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 5342,75 manat və xx.xx.2019-cu il tarixdən (VÖEN-in verilmə tarixi) xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş bəyannamələrə əsasən “xxxx” MMC-nin (VÖEN **********) dövriyyəsi 19330 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 1955 manat (o cümlədən sonuncu təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən dövriyyə 19330 manat, ödənilmiş vergilər 200 manat) təşkil etmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2017- ci il təvəllüdlü Akif və xx.xx.2019-cu il təvəllüdlü Emin adlı uşaqları var, tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və həmin qətnamə ilə cavabdehdən uşaqların saxlanılması üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında iddiaçının xeyrinə aliment tutulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh müddətsiz əmək müqaviləsi ilə “xxxx” MMC-də direktor vəzifəsində işləməklə ayda 560 manat və “xxxx-Servis” MMC-də direktor vəzifəsində işləməklə ayda 550 manat əmək haqqı alır. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh “xxxx-Sənaye” MMCnin, “xxxx” MMC-nin və “xxxx” MMC-nin təsisçisi olsa da, “xxxx-Sənaye” MMC-nin fəaliyyəti xx.xx.2023-cü il tarixədək, “xxxx” MMC-nin fəaliyyəti xx.xx.2024-cü il tarixədək dayandırılmış, “xxxx” MMC-ninisə qeydiyyata alındığı tarixdən hazıra qədər fəaliyyəti olmamışdır. Eyni zamanda “xxxx Servis” MMC-nin dövriyyəsi 465545,02 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 162927,15 manat, “xxxx” MMC-nin dövriyyəsi 19330 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 1955 manat təşkil etmişdir. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş arayışlara əsasən cavabdeh 2 yerdə işləyib müntəzəm əmək haqqı alır və həmin məbləğ 1110 manat təşkil edir. İddiaçı iddia ərizəsində məhkəmə qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilərək ayda hər uşağa görə sabit pul məbləği şəklində 170 manat müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin rəsmi işlədiyi yerlərdən cəmi aldığı əmək haqqı məbləğinin 1/3 hissəsi(366 manat), iddiaçının hazırda iki uşağın saxlanılması üçün tələb etdiyi aliment məbləğindən (340 manat) daha çoxdur. Belə olan halda alimentin sabit pul məbləği şəklində müəyyən edilməsi uşağın mənafeyinə uyğun deyil. Digər tərəfdən qanunvericiliyin tələbinə əsasən sabit pul məbləği şəklində aliment tutulması o halda yol verilir ki, aliment ödəyənin qazancı qeyri-müntəzəm xarakter daşısın. Lakin göründüyü kimi cavabdeh iki yerdə işləyir və müntəzəm əmək haqqı alır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müntəzəm əmək haqqı alsa da, təsisçisi olduğu və rəhbərlik etdiyi şirkətlərin fəaliyyəti ilə bağlı kifayət qədər böyük məbləğdə dövriyyəsi mövcuddur və şirkətlər əldə etdikləri gəlirlərindən dövlət büdcəsinə kifayət qədər yüksək məbləğdə vergi ödəyirlər. Bu hal təsdiq edir ki, cavabdeh müntəzəm əmək haqqıdan əlavə şirkətlərin fəaliyyəti ilə bağlı müvafiq gəlirlər də əldə edir. Şirkətlərin gəlirləri müxtəlif dövrlərdə müxtəlif olduğundan cavabdehin əldə etdiyi gəlirlər də müntəzəm olmayacaq. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından cavabdeh həm müntəzəm, həm də qeyri-müntəzəm qazanca malik olduğundan, ondan tutulacaq aliment miqdarı aylıq qazancının 1/3 hissəsindən əlavə sabit pul məbləği şəklində də müəyyən edilməlidir Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin təsisçisi olduğu şirkətlərin dövriyyəsini nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin həcmini artırmaqla əlavə olaraq sabit pul məbləği şəklində cavabdehdən tutulacaq alimentin miqdarını iddia tələbində göstərilən həddə, cavabdehdən aylıq qazancının 1/3 hissəsindən əlavə hər uşağa görə 1000 manat həddində tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiysı iddia tələbinin xx.xx.2019-cu il tarixdə doğulmuş X3 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək hər ay 300 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Arvadın ərindən uşaq 3 yaşına çatanadək aliment tələb etmək hüququnun yaranması üçün, cavabdehin belə vəsaitə malik olması tələb olunur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçı hazırda işləmir, cavabdeh isə kifayət qədər vəsaitə malikdir. Belə olan halda, kollegiya hesab edir ki, həmin hissədə tələb haqlı olaraq qismən təmin edilmişdir. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. X5 BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. X1 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «X5» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kollegıya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7652/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7652/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver