Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7658/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi” haqqında ilkin, Cavabdeh-nin İddiaçı, X9, X7, X11, X4, X8, X5, X2 və “xxxxxxx” Firması MMC-yə qarşı “borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadındanX4 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, ilk iddianın qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 15L000000977 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı və “xxxxxxx” Firması MMC-dən müştərək qaydada Cavabdeh-nin xeyrinə, 15R000002593 saylı kredit razılaşması üzrə 82.693.38 ABŞ dolları əsas, 36.039,88 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 119.233,26 ABŞ dolları borc, 15R000002904 saylı kredit razılaşması üzrə 70.445,68 ABŞ dolları kredit, 31.918,02 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 102.863,7 ABŞ dolları borc, 15R000002924 saylı kredit razılaşması üzrə 57.418,00 ABŞ dolları kredit, 26.421,21 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 84.339,21 ABŞ dolları borc, 15R000003225 saylı kredit razılaşması üzrə 26.311,42 ABŞ dolları kredit, 11.314,02 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.125,44 ABŞ dolları borc olmaqla, ümumilikdə dörd kredit razılaşması üzrə cəmi 344.561,61 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə (ilkin satış qiyməti 70.000 manat dəyərində qiymətləndirilməklə), Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası Y.D.M-yə (ilkin satış qiyməti 230.000 manat dəyərində qiymətləndirilməklə) və Nizami Qasımova məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə (ilkin satış qiyməti 140.000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməklə, açıq hərracdan satılması, daşınmaz əşyalar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, Cavabdeh-yə təhvil verilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh-yə olan borcun ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdehlər İddiaçı və «xxxxxxx» Firması MMC-dən müştərək şəkildə tutulması, Cavabdeh ilə Akif Həsənov arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 15S000002326 saylı, İlham İbişov arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 15S000002574 saylı, Nizami Qasımov arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 15S000003053 saylı, Cavanşir Səlimov arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 15S000001611 və Səyavuş Qasımov arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 15S000001361 zaminlik müqavilələrinə xitam verilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavanşir Səlimov, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə, şikayət qeyrimümkün hesab edilərək, şikayətin geri qaytarılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavanşir Səlimov, həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavanşir Səlimov, həmin qərardaddan şikayət verərək, onun ləğv olunması, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qətnamədən verdiyi apelyasiya şikayəti prosessual müddət ötürülmüş hesab edilməklə geri qaytarılmışdır. Halbuki, o, prosessual müddəti ötürməmiş, qətnamənin surəti ona rəsmi qaydada təqdim olunduğu andan 30 gün müddətində apelyasiya şikayəti vermək hüququ yaranmış və şikayət vermişdir. Məhkəmə isə, qərardadında prosessual müddətin ötürülməsini şifahi olaraq maddələrlə əsaslandırmışdır. Yasamal Rayon Məhkəməsi, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, məsələnin həllini məhkəmə kollegiyasının mülahisəzinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavanşir Səlimov, şikayətində Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarıldığını və tərəfindən müddətin ötürülmədiyini bildirsə də, işdən görünür ki, rayon məhkəməsi tərəfindən onun apelyasiya şikayəti MPM-in 357-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 357.1-ci və 357.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Bakı Apelyasiya Məhkəməsinin C.Səlimov tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qanuni qüvvəsini almış xx xxxx 2019-cu il tarixli qərardadında qeyd olunmuşdur ki, “..Cavanşir Səlimov qarşılıqlı iddia üzrə cavabdeh və MPM-in 357.1-ci maddəsi baxımından iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs hesab edilsə də, onun tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilə bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi ilə ona qarşı irəli sürülmüş iddia rədd edilmiş və onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, qətnamə ilə həmin cavabdehin üzrərinə hər hansı vəzifə qoyulmayıb və onun tərəfindən apellyasiya şikayəti vermək üçün heç bir əsas mövcud deyil.” MPM-in 399-cu maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Belə olan halda, birinci instansiya məhkəməsinin C.Səlimov tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytarması qanuni və əsaslı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-20/2018 nömrəli, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7658/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7658/2020
21.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver