Məhkəmə qərarları › İş №2(103)-7663/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7663/2021

16.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7663/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Üçünçü şəxsin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, Nəsimi rayon İcra ə probasiya şöbəsi və qeyrilərinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2maqla) "müqavilələrin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(006)-282/2020 nömrəli qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq X1 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17 yanvar 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.05.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Cavabdeh1 icra məmuru X6 tərəfindən qanunsuz qəbul olunmuş 22.05.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsinin keçmiş rəisi Nazim Nərimanov, həmin şöbənin keçmiş icra məmuru Səbuhi Məmmədov və qeyriləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşları ilə əlbirlik edərək öz maddi maraqlarınıgüdərək, səlahiyyətlərini aşaraq vəzifəli şəxs kimi tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri dəyişərək, saxta sənədlər düzəldərək, məqsədli şəkildə özləri saxta qərardadlar təşkil edərək, "xxxx" MMC-nin adından saxta qiymətləndirmə aktı hazırlayaraq, həmin aktdan əmlakını dəyərindən məqsədli şəkildə aşağı qiymət qoyaraq, həmin saxta sənədlərdən istifadə edərək, dələduzluq yolu ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsinin 6 saylı qarajı olan əmlakını X1 adına keçirmişlər. İddiaçı kimi ona maddi və mənəvi ziyan vuraraq, qeyri-yaşayış sahəsi olan əmlakını ələ keçirmişlər. Belə ki, cavabdehlər ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajını ələ keçirmək üçün qabaqcadan əlbir olaraq cinayət planı hazırlayırlar. İlk öncə "xxxx" MMC-nin adından saxta və yalançı bir Əmlakın qiymətləndirilməsini guya 23400 manat kimi göstərmiş, sonra yalançı əsası olmayan hesabatdan hüquqverici sənədlərdə bütün məktublarında, təklifdə və Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədov tərəfindən qanunsuz və əsassız qəbul etdiyi 22 may 2013-cü il tarixli qərarında "xxxx" MMC-nin yazdığına baxmayaraq, həmin MMC-nin qiymətləndirmə hesabatını əldə edə bilməmişlər, onun yerinə işə aidiyyəti olmayan "xxxx" MMC-nin adından saxta 12-194 saylı, 09 aprel 2012-ci il tarixli Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabatını hazırlayaraq, həmin saxta hesabatdan bir yerdə istifadə edərək, həmin sənədi və ona əlavə edilmiş 12 vərəqdən ibarət qoşmanı 23 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000 (iki min) manat olan 20.05.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsini dəyişərək, bilə-bilə yalan məlumatlar daxil etməklə 28020 manat, 27020 manat, 25020 manat və s. pullar yazmaqla vəzifə saxtakarlıqları etmişlər. Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədovun (Qiymətləndiricinin dəvət edilməsi barədə) qəbul etdiyi 06.02.2012-ci il tarixli qərarla Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.05.2011-ci il tarixli 2(102)- 1480/2011 saylı icra vərəqəsinə əsasən icra məmurunun tələb etdiyi pulu Cavabdeh1 hesablaşma hesabına 2012-ci ilin oktyabr ayında tam ödəmişdir. Eyni zamanda icra məmuruna pulun ödənilməsi barədə Kapital Bankdan aldığı məktubu və qəbzləri təqdim etmişdir. Cavabdehlərin əsassız və qanunsuz olaraq saxta sənədlərlə qəbul etdiyi 22 may 2013-cü il tarixli qərarı ilə əmlakını X1 adına keçirəndə icra məmurunun icra vərəqəsinə əsasən tələb etdiyi pulu o, artıq 2012-ci ilin oktyabr ayında tam ödəmişdir. Qeyd edir ki, Cavabdeh1 "xxxx" MMC-nin adına göndərdiyi 22.02.2012-ci il tarixli, 17/70-1016 saylı və 13.04.2012-ci il tarixli, 17/70-2615/3 saylı məktublarında və ona əlavə edilmiş S.Məmmədov tərəfindən qəbul edilmiş 06.02.2012-ci il tarixli qərara əsasən tələb etdiyi Ali Məhkəmənin 20 may 2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinə əsasən 2000 (iki min) manat pul olmuşdur. Həmin pulu 2012-ci il tarixində tam ödəmişdir. "xxxx" MMC VÖEN ********* Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışı və Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə bildirişi və sənədləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi M.Bayramovun qərardadı və sorğusu ilə almışdır. Həmin məktubda bildirilir ki, "xxxx" MMC (VÖEN 1********) 11.01.2012-ci il tarixli müraciətinə əsasən uçot məlumatlarında MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları 01.02.2012-ci il tarixdən 01.02.2017-ci il tarixədək dayandırılmışdır. "xxxx" MMC-nin 17 aprel 2012-ci il tarixli 168 saylı dayandırma ilə bağlı məktubu Cavabdeh1nə göndərilmişdir. Səbail rayon məhkəməsinə "xxxx" MMC-nə qarşı “Əmlakın qiymətləndirilməsinin Nəticələri haqqında Hesabatın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclası zamanı sübut olunmuşdur ki, "xxxx" MMC-nin 12- 194 saylı, 09 aprel 2012-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin Nəticələri haqqında Hesabatı özü tərəfindən ləğv edilmişdir. Bununla bağlı Səbail rayon məhkəməsinin 29 aprel 2016-cı il tarixli 2(009)-1019/2016 saylı qərardadı qanuni qüvvəyə minmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Bayramov Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə sifariş məktubunun olub-olmaması barədə sorğu vermişdir. Həmin sorğunun cavabından müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə sifariş məktubu verilməmişdir, ümumiyyətlə bu günə kimi onlar tərəfindən heç bir müraciət edilməmişdir. "xxxx" MMC-nin 12-194 saylı, 09 aprel 2012-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin Nəticələri haqqında Hesabatın özü saxtadır. Hələ həmin vaxt Nəsimi rayon məhkəməsinin 13 aprel 2012-ci il tarixli 2(006)-1875/2012 saylı qərardadı ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsi ilə əlaqədar icra hərəkətləri dayandırılmışdır, həmin iş isə ləğv edilmişdir. "xxxx" MMC-nin rəhbərliyi dayandırma barədə dərhal Cavabdeh1nə 168 saylı 17 aprel 2012-ci il tarixdə məktub göndərmişdir. Həmin məktubu qəbul edən Cavabdeh1 keçmiş rəisi Nazim Nərimanov özü dərkənar qoyaraq, icra məmuru Səbuhi Məmmədova vermişdir. Artıq Cavabdeh1ndə məlum olmuşdur ki, qiymətləndirmə işi olmamışdır. Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədovun qanunsuz və əsassız qəbul etdiyi 22 may 2013-cü il tarixli qərarının 5-ci abzasında yazmışdır ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin guya "xxxx" MMC tərəfindən 23400 manat qiymətlənirilmişdir kimi göstərilmişdir. Halbuki, onun əmlakının bazar qiymətinin dəyəri hələ həmin vaxtı ən azı 60000 manat olmuşdur. 2012-2013-cü il tarixində 1 ABŞ dolları 0,78 qəpik olmuşdur. Əgər Dövlət tərəfindən qiymət qoyulsa idi, həmin qeyri-yaşayış sahəsinin hər kv.m dəyəri ən azı 1500 manat, 1-ci mərtəbə və şəhərin mərkəzində olduğu üçün bazar qiyməti ən azı hər kv.m üçün 5000 manat olardı. Həmin dövrdə "xxxx" MMC-nin vergi ödəyicisi kimi fəaliyyətləri və əməliyyatları 01.02.2012-ci ildən 01.02.2017-ci il tarixədək dayandırılmışdır. Buradan da görünür ki, qiymətləndiricinin xidmətindən istifadə olunmamışdır, onunla bağlı heç bir pul vəsaiti ödənilməmişdir. Onunla qiymətləndirmə barədə müqavilə bağlanmamışdır. Göründüyü kimi dəlillər və sübutlar onu göstərir ki, qiymətləndirmə aktı olmamışdır. Sonradan bununla bağlı Səbail rayon məhkəməsində işə baxılmış və 29 aprel 2016-cı il tarixli qərardadı vardır. Onun əmlakının üzərindən kredit götürmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən Forma-1 arayışı almışdır, əmlakın üzərində məhkəmə qərardadı ilə həbs olmuşdur. Bu forma-1 arayışın verilməsi üçün ərizə verməmişdir. Onun razılıq ərizəsi yoxdur. Onun xəbəri olmadan, Cavabdeh1 tərəfindən 17/70 № 1016/3 saylı, 22.02.2012-ci il tarixli sifariş məktubu "xxxx" MMCyə göndərilmişdir. Əsas Cavabdeh1 rəis əvəzi N.Mürsəlov 22.02.2012-ci il tarixli 17/70 1016/3 saylı məktubu, ona əlavə edilmiş 3 vərəqdən ibarət qoşma olmuşdur. İcra məmuru Səbuhi Məmmədov tərəfindən çıxarılmış 06.02.2012-ci il tarixli qərar olmuşdur. Ali Məhkəmənin 20.05.2011-ci il tarixli icra vərəqəsinə əsasən 2000 manat pul tələb olunmuşdur. Həmin pulu icra şöbəsinin hesabına 2012-ci il tarixdə ödəmişdir. Belə ki, Cavabdeh1 icra məmuru tərəfindən 06.02.2012-ci il tarixli Qərarının dayandırılması ilə bağlı və icra məmurunun qanunsuz hərəkətləri ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin edilmişdir. Nəsimi rayon Məhkəməsi 2(006)-1875/2012 saylı, 13.04.2012-ci il tarixli Qərardadı icra etmək üçün Cavabdeh1nə göndərmişdir. Cavabdeh1 rəis əvəzi İlham Həsənov tərəfindən "xxxx" MMC-yə 17/70-2615/3 saylı, 13.04. 2012-ci il tarixli məktubu və ona əlavə edilmiş Nəsimi rayon məhkəməsinin 2(006)-1875/2012 saylı, 13.04.2012-ci il tarixli qərardadını göndərərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini (6 saylı qaraj) qiymətləndirilməsini və hərracın dərhal dayandırıb, nəticəsi barədə Cavabdeh1nə məlumat verilməsini xahiş etmişdir. Həmin məktubda tələb olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2011-ci il tarixli icra vərəqəsinə əsasən 2000 manat alınaraq X3 ödənilməsi tələb edilmişdir. Həmin pulu manatla Cavabdeh1 h/h-a tam şəkildə ödəmişdir. Kapital Bankın 2 saylı Nəsimi rayon filialının 1285 saylı, 16 oktyabr 2012-ci il tarixli və 08 may 2013-cü il tarixli məktubları və qəbzləri məhkəmə işinə əlavə edilmişdir. X5 iddia ərizəsi ilə, Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədov təqdimatla müraciət etmişlər ki, onun adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini (6 saylı qaraj) məhkəmə yolu ilə X1 adına rəsmiləşdirsinlər. Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayev ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini (6 saylı qaraj) Nadejda Allahverdiyevanın adına keçirilməsi barədə qərar qəbul etməmiş, ərizəni qərardadla qəbul etməmişdir. Sonradan Cavabdeh1 İcra Məmuru qeyri-yaşayış sahəsi olan qarajını ələ keçirmək üçün saxta məhkəmə qərarı qəbul edərək Cavabdeh1 17/70-809/3 saylı 08.02.2013-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə göndərilmişdir. Eyni zamanda Nəsimi rayon məhkəməsinin İcra Şöbəsinin keçmiş rəisi Nazim Nərimanov və Şöbənin keçmiş icra məmuru Səbuhi Məmmədov qanunsuz olaraq vəzifəli şəxs kimi səlahiyyətlərini aşaraq Nəsimi rayon məhkəməsinin 08 aprel 2013-cü il tarixli DO-3315 saylı qərardadına məhəl qoymadan Nəsimi rayon Məhkəməsinin 16.05.2013-cü il tarixli, 8(006)- 2034/2013 saylı qayıtmış qərardadından istifadə edərək, saxta sənədlər əsasında qanunsuz olaraq İcra məmuru tərəfindən X1 adına guya 22 may 2013-cü il tarixli qərarla rəsmiləşdirmişlər. Belə ki, 22 may 2013-cü il tarixli qanunsuz qərar qəbul edərək, həmin qərarın 2-ci vərəqəsini, 16 may 2013-cü il tarixli məhkəmə qərardaının isə birinci vərəqəsindən istifadə edərək, 22 may 2013-cü il tarixli qərarın 10 gün müddətini gözləmədən ona xəbər vermədən, heç bir məhkəmə qərardadı olmadan, qanunsuz olaraq cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsinin adından 23 may 2013-cü il tarixində 17/70-3259/3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininn Bakı şəhəri, Ərazi İdarəsinə məktub göndərmişlər. Daha sonra qeyd edir ki, "xxxx" MMc tərəfindən onunla qiymətləndirilmə ilə bağlı heç bir rəsmi müqavilə bağlanmamış, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün mütəxəssis cəmiyyət tərəfindən göndərilməmişidir. "xxxx" MMC tərəfindən bildirilir ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsinin MMC tərəfindən qiymətləndirilməsi olmamış və onlar tərəfindən heç bir hərrac keçirilməmişdir. Lakin İcra şöbəsində özləri tərəfindən saxta yolla əmlakı dəyərindən aşağı qiymətləndirilmiş və Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsini X1 adına keçirmişlər. Bundan əlavə əmlakın Nəsimi rayon ərazisində olmasına baxmayaraq, Nərimanov rayon ərazisi kimi göstərilmişdir. Ali Məhkəmənin 20 may 2011-ci il tarixli, 2(102)-1480/11 saylı icra vərəqəsinə əsasən 2000 manat məbləğində pulu o, 28 sentyabr,13 oktyabr 2012-ci il tarixində tələb olunan məbləği və bank xidmətinə görə tələb etdikləri 100 manat pulu Cavabdeh1 verdiyi depozit hesablaşma hesabına ödəmişdir. Ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsi ilə bağlı icra hərəkətlərinin dayandırılması barədə Nəsimi rayon məhkəməsinin qərardadı ilə dayandırılmışdır. Bundan sonra Cavabdeh1 rəisi Nazim Nərimanov və icra məmuru Səbuhi Məmmədov onun xəbəri olmadan yeni plan hazırlayaraq, gizli yolla planlı şəkildə saxta sənədlər toplayaraq X1 əli ilə onun əmlakının üzərindən həbsin götürülməsi barədə ərizə verilmiş, eyni zamanda Nadejda Allahverdiyeva qanunsuz olaraq ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan (6 saylı qaraj) qeyri-yaşayış sahəsi olan əmlakı məhkəmənin əli ilə öz adına rəsmiləşdirmişdirilməsini tələb etmişdir. Lakin məhkəmənin qərardadı ilə ərizə qismən təmin edilərək yalnız qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Ancaq qeyri yaşayış sahəsinin Nadejda Allahverdiyevanın adına keçirilməsi baş tutmamışdır. Cavabdeh1 keçmiş icra məmuru Səbuhi Məmmədov dəfələrlə Ali Məhkəməyə 20 may 2011-ci il tarixli icra vərəqəsini dəyişmək üçün sorğular vermiş, qərarın və icra vərəqəsinə düzəlişlər etsinlər. Lakin Ali Məhkəmənin hakimi Əli Rüstəmov qərarı və icra vərəqəsini dəyişməmişdir. Lakin cavabdehlər saxta sənədlər hazırlayaraq ona məxsus qeyri-yaşayış sahəsi RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Dövlət Reyestrindən çıxarışa əsasən 28.06.2013-cü il tarixdə Nadejda Allahverdiyevanın adına rəsmiləşdirilmişdir. Bütün bu əsassız sənədlər hazırlanarkən artıq icra vərəqəsində göstərilən borcu ödəmişdir. 22 may 2013-cü il tarixli qərarı qəbul edəndə onun bundan xəbəri olmamışdır. İcra məmuru həmin qərarı ona göndərməmiş, qərarın 4-cü bəndində yazıldığı 10 gün müddət gözlənilməmişdir. Bu barədə məlumatı olandan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İşə baxan hakim Müseyib Bayramov məhkəmədə işə baxarkən ilk öncə ərizəsinə və vəsatətini təmin etsə də 20 avqust 2014- cü il tarixli 2-1(81)-3964/14 saylı qərardaddan qarşı tərəf Cavabdeh1 rəisi tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi 10 oktyabr 2014-cü il tarixli qərardadla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2014-cü il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. Sonradan iş yenidən baxılması üçün Bakı- İnzibati İqtisadi məhkəməyə gəlmişdir. Məhkəmə iclasda vəsatət vermişdir. Vəsatəti 18 dekabr 2014-cü il tarixli qərardadla təmin olunmuşdur. Belə ki, vəsatətində tələb olunan qərardada əsasən Nərimanov rayon İcra Şöbəsinə 19 yanvar 2015-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər üzrə idarəsindən ona məxsus olmuş qeyri-yaşayış sahəsinin başqa şəxsin adına keşməsinə əsas olunmuş sənədlərin alınaraq məhkəməyə göndərilməsi tələb olunmuşdur. Dəfələrlə sorğu verilməsinə baxmayaraq sənədlər məhkəməyə təqdim olunmamışdır. Sonradan cavabdehlərin hərəkətləri barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. 23 aprel 2015-ci il tarixli xüsusi qərardad çıxarılmışdır. Sonradan ona məlum olmuşdur ki, məhkəmədə vəsatəti təmin olunsa da Hakim M.Bayramov verdiyi qərardadı Baş Prokurorluğa göndərməmişdir. Bakı İnzibati–İqtisadi Məhkəməsinin 01 iyun 2015-ci il tarixli 2-1(81)-100/2015 saylı Qərarı ilə iddia ərizəsi rədd olunmuşdur. Həmin qərarlardan apellyasiya və kassasiya şikayətləri vermiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. X9 Hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə Əlavə Kassasiya şikayət vermiş və şikayəti təmin olunaraq iş yenidən baxılması üçün 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə göndərilmişdir. Sonradan işə baxan hakim Elçin Məmmədovun qəbul etdiyi qərara əsasən iddia ərizəsinin bir hissəsinin mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra ona Nəsimi rayon məhkəməsinə müraciət etmək izah olunmuşdur. Ona görə də Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq X1 adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17 yanvar 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.05.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Cavabdeh1 icra məmuru X6 tərəfindən qanunsuz qəbul olunmuş 22.05.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 icra məmuru X6 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 22.05.2013-cü il tarixli qərar etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (6 saylı qaraja) dair Alahaverdiyeva Nadejdaİvanovnanın mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28.06.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilməsi qət edilmişdir, qalan hissədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən üçüncü şəxs X5 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(103)-4756/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(103)-4756/2021 saylı qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verildiyindən, həmin kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinə uyğunluğunun, habelə MPM-in 408.1-ci maddəsi ilə nəzərdə tutulmuş kassasiya şikayətinin qaytarma əsaslarının mövcud olub-olmaması məsələsinin yoxlanılması üçün üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(103)-4756/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün apellyasiya baxışından çıxarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar