Məhkəmə qərarları › İş №2(103)-7672/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7672/2022

06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7672/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “sazişlərin etibarsız hesab edilməsi, ümumi birgə əmlakın bölünməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3799/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Cavabdeh ilə 05 sentyabr 1978-ci ildə Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4018/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılan nikah pozulmuşdur. X7 ilə Cavabdeh nikah müddətində müəyyən daşınmaz əmlaklar əldə etmişlər. Tərəflər arasında əldə edilən əmlakların bölünməsi barədə məhkəmə cəkişmələri olmuş və bunun da nəticəsində İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2020-ci il tarixli barışıq sazişi və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli Saziş bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X7 Cavabdeh qarşı “sazişlərin etibarsız hesab edilməsi, ümumi birgə əmlakın bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 05 sentyabr 1978-ci ildə Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4018/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılan nikah pozulmuşdur. X7 ilə Cavabdeh nikah müddətində müəyyən daşınmaz əmlaklar əldə etmişlər. Həmin əmlaklardan biri Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılan 11 yanvar 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh satılan ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsidir. Tərəflər arasında bağlanılan 02 may 2020-ci il tarixli Sazişə əsasən İddiaçı həmin qeyri-yaşayış sahəsinin 1/2 hissəsindən Cavabdeh xeyrinə müəyyən şərtlərlə imtina etmişdir. Razılaşmaya əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 1/3 hissəsi ilə bağlı imtina ərizəsi yazmalı idi. Onunla belə bir razılıq əldə etmişdilər ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı üçüncü şəxsin (cavabdehin qardaşı Quliyev Elman Arif oğlunun) qanunsuz hərəkətləri olduğundan məhkəmə mübahisəsi yaranmışdı. Cavabdeh həmin qeyriyaşayış sahəsinin 1/3 hissəsinin iddiaçıya məxsus olması ilə razılaşmış, həmin hissədən ona çatan paydan iddiaçının xeyrinə imtina etdiyini bildirdi və məhz İddiaçı maraqlarını qorumaq məqsədilə Yasamal rayon məhkəməsinin icraatında olan həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşularaq qardaşı Quliyev Elman Arif oğluna qarşı İddiaçı maraqlarını müdafiə etdi, iş üzrə həqiqəti bildirərək qeyriyaşayış sahəsinin Quliyev Elman Arif oğlunun adına formal rəsmiləşdirildiyini təsdiq etdi. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən pay istəmədiyini, bunun əvəzində iddiaçının da onun adına rəmiləşdirdiyi ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından imtina etməyini istədi. İddiaçı imtinanın qarşılıqlı olacağını dediyi üçün cavabdehlə razılaşdı. Cavabdehlə sazişin şərtləri barədə razılaşdıqdan sonra cavabdehin vəkili tərəfindən həmin saziş tərtib edildi və iddiaçı cavabdehlə notariat kontoruna gedərək sazişi imzaladı. Saziş onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən sərbəst şəkildə oxunması mümkün deyildir. Buna baxmayaraq, İddiaçı cavabdehə də, onun vəkilinə də inandığı üçün sazişi imzalamışdır. Çünki cavabdehlə razılaşması belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək. İddiaçı da öhdəlik götürmüşdü ki, ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina edəcəkdir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindəki payından imtina etməsini təsdiqləyən müqavilə şərti Sazişdə müəyyən mənada öz əksini tapmışdır. Belə ki, 02 may 2020-ci il tarixli Sazişin 3-cü bəndində yazılmışdır: «Tərəflərin razılaşmasına əsasən Cavabdeh Yasamal rayon məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti, həmçinin zərurət olarsa, apellyasiya məhkəməsinin iş üzrə çıxaracağı məhkəmə aktının nəticəsinə uyğun olaraq X2 yazılı razılığına əsasən Cavabdeh AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi hüququndan istifadə edəcəyi barədə öhdəliyi öz üzərinə götürür». Sazişin bu bəndi bilavasitə təsdiq edir ki, Cavabdeh şəxsən özünün Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı xüsusi marağı yoxdur və həmin qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə işində yalnız İddiaçı yazılı razılığı ilə prosessual hərəkətlər edəcəkdir. Cavabdeh Yasamal rayon məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir. Lakin sonradan həmin sahədəki payını tələb etmiş, iddiaçı buna etiraz etdikdə isə bildirmişdir ki, Sazişdə həmin paydan imtina barədə heç bir müddəa yoxdur. İddiaçı sazişi nəzərdən keçirmiş və yalnız bu zaman başa düşmüşdür ki, cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Çünki Sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda son anda cavabdeh vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmışdır. Nəticədə tərəflərdən birinin mənafeyini kobud şəkildə pozan, birtərəfli və ədalətsiz saziş ortaya çıxmışdır. Odur ki, həmin saziş etibarsız hesab edilməlidir. Bundan əlavə, cavabdehlə nikah zamanı əldə edilən əmlakların bölünməsi barədə məhkəmənin icraatında iş olmuş və həmin mübahisə üzrə tərəflər müstəqil şəkildə barışıq sazişi bağlamışlar. 27 fevral 2020-ci il tarixli həmin barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan şərtə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18 və 19 saylı mənzillər üzərində olan əmlak payından Cavabdeh xeyrinə imtina etmişdir. Halbuki, Sazişdən göründüyü kimi, bu imtina birtərəfli xarakter daşımış və onun qarşılığında Cavabdeh iddiaçının xeyrinə heç bir güzəşt etməmişdir. Qeyd olunan mənzillər də iddiaçı tərəfindən alınmışdır və cavabdehlə nikah zamanı əldə edildiyindən həmin mənzillərdə də onun əmlak payı vardır. İddiaçı cavabdehlə bağlanılan bu sazişin də iddiaçının qanuni maraqlarına ziddir və bu Saziş də etibarsız hesab edilməlidir. İddiaçı hesab edir ki, həmin saziş ona zərər vurmuşdur. Çünki iddiaçı cavabdehin adına rəsmiləşdirilən, ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina etdiyi halda, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən sonuncunun xeyrinə imtina etməmişdir. Nəticədə iddiaçı bu razılaşma səbəbindən zərərə məruz qalmış və əmlak payından məhrum olmuşdur. İddiaçı bu sazişləri cavabdehlə yuxarıda qeyd etdiyi şərtlərlə, yəni, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdehin onun xeyrinə imtina etməsi şərtilə bağlamışdır. Cavabdeh isə həmin şərtə əməl etmir və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinin yarısını sonuncudan tələb edir və bu zaman bəhanə kimi bu dəlili ortaya qoyur ki, sazişlərdə onun hansısa əmlak payından imtinası yazılmamışdır. Belə olduğu halda sual yaranır: əgər nikah zamanı qazanılan hər bir əmlakda iddiaçının da 1/2 hissədə payı varsa, o nə üçün onlardan cavabdehin xeyrinə imtina edirdi? Əvəzsiz imtina edəcəkdisə, nə üçün saziş bağlayırdı? İmtina danışıqları qarşılıqlı şərtlərlə olmuşdur. Lakin sazişlər cavabdehin vəkili tərəfindən hazırlandığından iddiaçının xeyrinə əldə edilən saziş şərtləri sazişə daxil edilməmiş, sonuncu isə sazişi cavabdeh və vəkilinə inamı ucbatından avtomatik olaraq imzalamışdır. Bu isə iddiaçının vacib əhəmiyyətli yanılmasıdır ki, həmin sazişlər barədə hazırkı iddia irəli sürülmüşdür. İddiaçının yüksək bazar dəyərinə malik bir çox daşınmaz əmlaklardakı payından birtərəfli qaydada cavabdehin xeyrinə imtinasını nəzərdə tutan və sazişlərdə əksini tapan müddəalar qanunvericiliyə ziddir. Odur ki, həmin sazişlər etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanılan və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2020-ci il tarixli barışıq sazişinin və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli Sazişin etibarsız hesab edilməsi, sazişlərdə iddiaçının cavabdehin xeyrinə imtina etdiyi əmlakların 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3799/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılan və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2020-ci il tarixli barışıq sazişinin və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli Sazişin etibarsız hesab edilməsi, həmin Sazişlərdə İddiaçı Cavabdeh xeyrinə imtina etdiyi əmlakların (Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin, 17, 18, 19 saylı mənzilləri, ünvan 3 ünvanında inşa edilmiş binanın “A” girişində sahəsi 172,5 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsi) 1/2 hissəsinə pay hüququnun tanınması qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 337, 339, 347, 354-cü, Ailə Məcəlləsinin 29, 36, 38-ci maddələrinə istinad edərək göstərmişdir ki, tərəflərin sazişlərin bağlanmasından əvvəlki danışıqları və davranışları sazişlərdə göstərilən şərtlərlə ziddiyyət təşkil etməklə, iddiaçının həmin sazişlərin bağlanmasına yönəlmiş həqiqi iradə ifadəsi öz əksini tapmamışdır. Qanunvericilik ərarvad arasında ümumi şəkildə belə sazişlərin bağlanılmasını nəzərdə tutursa da, bu cür sazişlər nəticəsində tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsini yolverilməz hesab edir. Məhkəmə iddiaçının tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillərlə razılaşaraq qeyd etmişdir ki, iddiaçının kifayəт qədər yüksək bazar dəyərinə malik bir çox daşınmaz əmlaklardakı payından birtərəfli qaydada cavabdehin xeyrinə imtinasını nəzərdə tutan və sazişlərdə əksini tapan müddəalar qanunvericiliyə ziddir. Qeyd olunanlara görə, həmin sazişlər etibarsız hesab edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tərəflər arasında əmlaklar bərabər şəkildə bölündüyü halda, sonradan iddiaçının həmin əmlaklardan birtərəfli qaydada (heç bir əvəz olmadan) cavabdehin xeyrinə imtina etməsi inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, işin məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş hər iki tərəfin övladı olan X4 yuxarıda qeyd olunan sazişlər bağlanana qədər həqiqətən də anası Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ünvanında "xxxx" MMC-nin inşa etdiyi binanın birinci və ikinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində ona çatan 100 kv.m sahədən atası X2 xeyrinə imtina etməsini, bunun qarşılığında isə atası X2 Nəsimi rayonunun ərazisində yerləşən 3 ədəd mənzildəki payından və Bakı şəhəri Nərimanov rayonu ərazisində "xxxx" MMCnin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsindəki payından anasının xeyrinə imtina etməsini təsdiq etmişdir. Şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin faktiki hallarından məlum olduğu kimi İddiaçı Cavabdeh ilə yuxarıda göstərilən sazişləri 2020ci ilin fevral və may aylarında bağlamış, həmin vaxtı məsələnin sülh yolu ilə həll olunduğunu ehtimal etmiş və uzun müddət (bu ilin iyul ayına kimi) qarşı tərəfin onu aldatmasını düşünməmiş və beləliklə də yaxın vaxtlara qədər hüquqlarının pozulduğunu bilməmişdir. Buna görə də hazırki iş üzrə kəsici müddətin tətbiqinə əsas yoxdur. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışır ki, 1-ci Saziş xx.xx.2020-ci il tarixdə bağlanmış, həmin vaxt iddiaçının kassasiya şikayəti Ali Məhkəməyə göndərilmişdir. Həmin vaxt iddiaçı vəkillə təmsil edilirdi. İddiaçının vəkili hazırkı Vəkil1 olmuşdur. İddiaçı ilə cavabdeh arasındakı barışıq sazişi məhkəmə çəkişməsi prosesində getdiyindən iddiaçı tamamilə məlumatlı olmuşdur. İddiaçı ən azından Ali Məhkəmənin qərarı çıxdığı tarixdən məlumatlı idi. Deməli müddətin axımı ən gec halda xx.xx.2020-ci il tarixdən başlamış olur ki, iddiaçı tərəfindən müddət ötürülmüş hesab edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Nədənsə məhkəmə öz təşəbbüsü ilə iddiaçıya hüquqlarının pozulduğunu bildiyi yeni tarix müəyyən etmişdir. Həmin tarixi isə haradan götürməsi heç bir faktla təsdiqlənmir. Məhkəmə əsassız olaraq hesab edir ki, “iddiaçının həmin sazişlərin bağlanmasına yönəlmiş həqiqi iradə ifadəsi öz əksini tapmamışdır və iddiaçının əlverişsiz vəziyyətə düşməsi yolverilməz hesab edilməlidir.” Apellyasiya Məhkəməsinin diqqətinə çatdırırıq: 1. Məhkəmə iddiaçıya hüquqi yardım edərək tərəflər arasında bağlanmış Sazişin şərtlərində, məhkəmə aktlarında olmayan şərtlərlə cavabdehin üzərinə öhdəlik qoymağa çalışır: Qətnamənin əsaslandırıcı hissəsindən “Cavabdehlə razılaşması belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdeh heç bir pay tələb etməyəcək.” “Cavabdeh Yasamal rayon məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir.” 2. Hakim bu razılaşmanı haradan götürdüyü onlara məlum deyil. Tərəflər arasında 2 Saziş bağlanmışdır. Məhkəmə notariat orqanında şahid olmadığı halda, orada aparılan əməliyyatlar barəsində video görüntü izləmədiyi halda hər iki notariusu günahlandırmaqla hesab edir ki, “Saziş onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən (71 yaşı var) sərbəst şəkildə oxunması inandırıcı deyildir.” Məhkəmə hansı əsasla bu qənaətə gəlmişdir? 3. Məhkəmə hesab edir ki, “Məhkəmə bu nəticəyə gələrkən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tərəflər arasında əmlaklar bərabər şəkildə bölündüyü halda, sonradan iddiaçının həmin əmlaklardan birtərəfli qaydada (heç bir əvəz olmadan) cavabdehin xeyrinə imtina etməsi ağılabatan deyildir. Belə ki, tərəflər arasında mövcud olan əmlak bölgüsü barədə məhkəmə çəkişməsi üzrə Bakı Apellyasiya Məhkəmənin Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verən Rəfail Rəhmanov xx.xx.2020-ci il tarixli Saziş bağladığından və Sazişi Ali Məhkəməyə təqdim etdiyindən Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-1010/2020 saylı qərarı ilə həmin Sazişin təsdiq edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzillərinin İddiaçı Əliağa oğlu ilə Cavabdeh arasında payları bərabər olmaq şərti ilə bölünməsi və həmin mənzillərə pay nisbətində İddiaçı Əliağa oğlunun pay nisbətində Cavabdeh paylı mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməsi, həmin hissədə mülki işə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Nəsimi rayon məhkəməsinin sübutlar olmadığı halda iddiaçının müdafiəçisi kimi çıxış etməsi onlarda təəccüb doğurur. Tərəfləridən tərəflər arasında bağlanmış Sazişin şərtlərinə əməl edildiyindən, Sazişin şərtlərinin pozulması halı baş vermədiyindən, 2 notariat orqanında Saziş bağlandığından, istinad edilən qətnamələrdə hər hansı bir öhdəlik götürülməsini təsdiq edən sübut olmadığından, etibarsızlıqla bağlı müddət keçdiyini bildiyindən Sazişlərin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığına şübhə etmədiklərindən xx.xx.2020-ci il tarixli Qərarı məhkəməyə təqdim etməmişlər. Şahid qismində dindirilmiş hər iki tərəfin övladı olan X4 prosesdə şahid qismində deyil tələbkar qismində ifadə verərək bildirmişdi ki, anası 100 kv.m-lik qeyri-yaşayış obyektini onun xeyrinə imtina etməli idi. Hakim isə buna düzgün qiymət verməmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyüun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, X7 ilə Cavabdeh 05 sentyabr 1978-ci ildən xx.xx.2019cu il tarixə kimi qüvvədə olmuş nikah müddətində müəyyən daşınmaz əmlaklar əldə etmişlər; -Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzillər, - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 saylı evin 10 saylı mənzilini;

- Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,043 ha həyətyanı, 0,30 ha və 0,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, - «Mercedes 300E» markalı 1981- ci il buraxılışlı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil, - Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsi - ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsi, Tərəflər arasında nikah zamanı əldə edilən əmlakların bölünməsi barədə məhkəmənin icraatında iş olmuş və bunun da nəticəsində İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilən 27 fevral 2020-ci il tarixli barışıq sazişi və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilən 02 may 2020-ci il tarixli Saziş bağlanmışdır. Bakı şəhəri 38 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş 27 fevral 2020-ci il tarixli “Barışıq Sazişi”nin 4-cü bəndindən görünür ki, X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bölünməsi qət olunmuş Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzilləri ilə bağlı hissədən tamamilə imtina etmişdir. Həmin Sazişin 5-ci bəndinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzillərlə bağlı bütün iddia, tələb və hüquqlarından, həmçinin ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimi üzrə, habelə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin mənzillərə dair 1/2 pay nisbətində paylı mülkiyyət hüquqlarından Cavabdeh xeyrinə imtina edir. Bu barışıq sazişi ilə tərəflər Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzillərinə münasibətdə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişərək, həmin mənzillərə Cavabdeh ayrıca mülkiyyət rejiminin tətbiq edilməsinə razılaşır (Sazişin 6-cı bəndi.) Həmçinin müəyyən edilmişdir ki, qeyd edilən saziş bağlandıqdan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar X5, X2 və X6 cavabdehlər Quliyev Elman Arif oğluna və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız sayılması tələbinə dair” iddia ərizəsinin təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinə dair cavabdehlər "xxxx" MMC ilə Quliyev Elman Arif oğlu arasında bağlanılan 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri- yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçılar X5, İddiaçı və X6 adlarına rəsmiləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Quliyev Elman Arif oğlundan və "xxxx" MMC-dən alınıb birgə iddiaçılar X8, İddiaçı və X9 ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdehlər Quliyev Elman Arif oğluna, "xxxx" MMC-yə və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsinin qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyriyaşayış sahəsinə dair "xxxx" MMC ilə Quliyev Elman Arif oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyriyaşayış sahəsinin 1/3 hissəsindən 1/2 hissəsinə Cavabdeh və 1/2 hissəsinə İddiaçı paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, həmin qeyriyaşayış sahəsinin 1/3 hissəsinin Cavabdeh və İddiaçı təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Quliyev Elman Arif oğlunun, "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 5297/2021 saylı qərarı ilə cavabdeh Quliyev Elman Arif oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyriyaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyriyaşayış sahəsinin 1/3 hissəsinə X5, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə İddiaçı Əliağa oğlunun pay hüququnun tanınması və İddiaçı Əliağa oğlunun 1/3 hissə pay hüququnun 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınması, qətnamənin alan hissədə dəyişdirilmədən saxlanıması qərara alınmışdır. Tərəflər arasında bağlanılan və Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş 02 may 2020-ci il tarixli “Sazişi”n 3-cü bəndinə əsasən tərəflərin razılaşmasına əsasən Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti, həmçinin zərurət olarsa apellyasiya məhkəməsinin iş üzrə çıxaracağı məhkəmə aktının nəticəsinə uyğun olaraq X2 yazılı razılığına əsasən Cavabdeh AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi hüququndan istifadə edəcəyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. Həmin Sazişin 4-cü bəndinə görə Sazişin 3-cü bəndi nəzərə alınaraq X7 birgə nikah dövründə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11 yanvar 2006-cı il tarixli müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 3 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m pay hüququnun ½ pay nisbətində paylı mülkiyyət hüququndan Cavabdeh xeyrinə imtina edir. Bu Saziş ilə tərəflər ünvan 3 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m hissəsinə münasibətdə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişərək, həmin sahəyə Cavabdeh ayrıca mülkiyyət rejiminin tətbiq edilməsinə razılaşır (Sazişin 5-ci bəndi). Qeyd olunan Sazişin 7-ci bəndindən görünür ki, həmin Saziş mahiyyət etibarı ilə ünvan 3 ünvanında inşa edilmiş binanın “A” girişində qeyri-yaşayış sahəsinə aid 172,5 kv.m paya münasibətdə Ailə Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş ər-arvadın mülkiyyətinin müqavilə rejimini müəyyən edən nikah müqaviləsinə bərabər sənəddir. İddia tələblərinə əsasən iddiaçı hər iki müqavilənin etibarsız sayılmasını tələb etsə də, tələbini əsasən cavabdehin xx.xx.2020-ci il tarixli saziş üzrə üzərinə götürdüyü öhdəlikləri pozması üzərində qurmuş və göstərmişdir ki, Sazişin 3-cü bəndi bilavasitə təsdiq edir ki, Cavabdeh şəxsən özünün Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı xüsusi marağı yoxdur və həmin qeyriyaşayış sahəsi ilə bağlı məhkəmə işində yalnız İddiaçı yazılı razılığı ilə prosessual hərəkətlər edəcəkdir. Cavabdeh Yasamal rayon məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq vermiş, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirmişdir. Lakin sonradan həmin sahədəki payını tələb etmiş, iddiaçı buna etiraz etdikdə isə bildirmişdir ki, Sazişdə həmin paydan imtina barədə heç bir müddəa yoxdur. İddiaçı sazişi nəzərdən keçirmiş və yalnız bu zaman başa düşmüşdür ki, cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Çünki Sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda son anda cavabdeh vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmışdır. Nəticədə tərəflərdən birinin mənafeyini kobud şəkildə pozan, birtərəfli və ədalətsiz saziş ortaya çıxmışdır. Həmçinin iddiaçı qeyd edilən sazişlə bağlı tələbini onunla da əsasdandırmışdır ki, cavabdehlə sazişin şərtləri barədə razılaşdıqdan sonra cavabdehin vəkili tərəfindən həmin saziş tərtib edildi və iddiaçı cavabdehlə notariat kontoruna gedərək sazişi imzaladı. Saziş onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən sərbəst şəkildə oxunması mümkün deyildir. Buna baxmayaraq, İddiaçı cavabdehə də, onun vəkilinə də inandığı üçün sazişi imzalamışdır. İddiaçı daha sonra hesab edir ki, həmin saziş ona zərər vurmuşdur. Çünki iddiaçı cavabdehin adına rəsmiləşdirilən, ünvan 1 ünvanda inşa edilmiş binanın «A» girişində yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsindəki payından cavabdehin xeyrinə imtina etdiyi halda, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyriyaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən sonuncunun xeyrinə imtina etməmişdir. Nəticədə iddiaçı bu razılaşma səbəbindən zərərə məruz qalmış və əmlak payından məhrum olmuşdur. İddiaçı bu sazişləri cavabdehlə yuxarıda qeyd etdiyi şərtlərlə, yəni, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən ümumi sahəsi 600 kv.m təşkil edən ikimərtəbəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 1/3 hissəsindən cavabdehin onun xeyrinə imtina etməsi şərtilə bağlamışdır. Cavabdeh isə həmin şərtə əməl etmir və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinin yarısını sonuncudan tələb edir və bu zaman bəhanə kimi bu dəlili ortaya qoyur ki, sazişlərdə onun hansısa əmlak payından imtinası yazılmamışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli saziş üzrə üzərinə götürdüyü öhdəlikləri pozmasını göstərməklə yanaşı bu sazişdən əvvəl bağlanmış xx.xx.2020-ci il tarixli sazişin də etibarsızlığını mübahisələndirərkən ona istinad etmişdir ki, sazişdə iddiaçının Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18 və 19 saylı mənzillər üzərində olan əmlak payından Cavabdeh xeyrinə imtina etməsi birtərəfli xarakter daşımış və onun qarşılığında Cavabdeh iddiaçının xeyrinə heç bir güzəşt etməmişdir. Qeyd olunan mənzillər də iddiaçı tərəfindən alınmışdır və cavabdehlə nikah zamanı əldə edildiyindən həmin mənzillərdə də onun əmlak payı vardır. İddiaçı cavabdehlə bağlanılan bu sazişin də iddiaçının qanuni maraqlarına ziddir və bu Saziş də etibarsız hesab edilməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tərəflər arasında əmlaklar bərabər şəkildə bölündüyü halda, sonradan iddiaçının həmin əmlaklardan birtərəfli qaydada (heç bir əvəz olmadan) cavabdehin xeyrinə imtina etməsi inandırıcı və ağılabatan olmaması qənaətinə gələrkən tərəflər arasında olan mübahisə ilə bağlı qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəsini almasına dair işdə hər hansı sübut olmamasına diqqət yetirməmiş, özü tərəfidən bu halı dəqiqləşdirilməsi üçün hər hansı cəhd edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Əliağa oğlunun Cavabdeh qarşı «ümumi əmlakın bölünməsi» tələbinə dair ilk iddiasının qismən, Cavabdeh İddiaçı Əliağa oğluna qarşı «nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiasının tam təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzillərinin; Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 saylı evin 10 saylı mənzilinin; Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,043 ha həyətyanı, 0,30 ha və 0,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və «Mercedes 300E» markalı 1981- ci il buraxılışlı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı Əliağa oğlu ilə Cavabdeh arasında payları bərabər olmaq şərti ilə bölünməsi, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 26 saylı evin 17, 18, 19 saylı mənzilləri; Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 saylı evin 10 saylı mənzili; Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,043 ha həyətyanı, 0,30 ha və 0,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və «Mercedes 300E» markalı 1981-ci il buraxılışlı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilinə 1/2 pay nisbətində İddiaçı Əliağa oğlunun, 1/2 pay nisbətində Cavabdeh paylı mülkiyyət hüquqlarının tanınması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1010/2020 saylı qərardadından görünür ki, Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3069/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərardadı ilə İddiaçı Əliağa oğlu ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilərək Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küzəsi, 26 saylı evin 17, 18, 19 saylı mənzillərinin tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməsi və həmin mənzillərə 1/2 pay nisbətində Cavabdeh paylı mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş və həmin hissədə mülki işə xitam verilərək qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin də qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə notarial qaydada barışıq sazişinin bağlanmasından və bu sazişin kassasiya instansiyası məhkəməsinin qərardadı ilə təsdiq edilməsindən məlumatlı olmaqla saziş qərardadın məzmunları ilə də tanış idi. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edərkən nəzərə almamışdır ki, bu qətnamə ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, xx.xx.2020-ci il tarixli barışıq sazişi bağlanarkən apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnamə çıxmamışdır və sazişin 3-cü bəndinin məzmununa əsasən 2(004)-1323/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (nəticəsi və perspektivindən asılı olmayaraq) iddia tələbi həcmində apellyasiya şikayəti X3 razılığı ilə Cavabdeh tərəfindən verilə bilərdi ki, belə bir razılığın olmasını iddiaçı tərəf inkar etməmiş və bu hal işin mübahisəsiz halıdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdir, yəni onun tərəfindən barışıq sazişinin 3-cü bəndinin şərtlərinə tam əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)- 5297/2021 saylı qərarından görünür ki, cavabdeh Quliyev Elman Arif oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin adına rəsmiləşdirilməsi və həmin qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə X5, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə İddiaçı Əliağa oğlunun pay hüququnun tanınması və İddiaçı Əliağa oğlunun 1/3 hissə pay hüququnun 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınması, qətnamənin alan hissədə dəyişdirilmədən saxlanıması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən kassasiya şikayəti verilmədiyi halda cavabdeh Quliyev Elman Arif oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsinə, bu şikayətin isə təmin edilməyərək kassasiya instansiyası məhkəməsinin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) qeyriyaşayış sahəsinin 1/3 hissəsinə X5, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə İddiaçı Əliağa oğlunun pay hüququnun tanınması və İddiaçı Əliağa oğlunun 1/3 hissə pay hüququnun 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınmasına dair qərarının qəbul edilməsi sonuncnun xx.xx.2020-ci il tarixli barışıq sazişinin 3-cü bəndinin şərtlərinə əməl edilməməsi, onun sonradan həmin sahədəki payını tələb etməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2020-ci il tarixli baraşıq sazişi bağlanarkən cavabdeh və onun vəkili tərəfindən aldadılması dəlilinə qiymət verərək əsassız sayır və hesab edir ki, iddiaçının Sazişin 3-cü bəndində qeyri-yaşayış sahəsindəki paydan gələcəkdə imtina şərti də nəzərdə tutulduğu halda son anda cavabdeh vəkili ilə əlbir olaraq həmin şərti sazişdən çıxarmasına dair arqumentləri əsassız olmaqla heç bir sübut növü ilə təsdiqini tapmır. Məhkəmə kollegiyası iddiaçının sözügedən Sazişin onun mətnindən də göründüyü kimi, çox kiçik şriftlə (hərflərlə) yazılmışdır və onun iddiaçı tərəfindən sərbəst şəkildə oxunmasının mümkün olmamasına dair dəlillərini də əsassız sayır və qeyd edir ki, saziş bağlanan dövrdə, ondan əvvəl və sonra da iddiaçı ona hüquqi yardım vəkillə təmsil olunmuşdur və onların da müqavilənin təsdiqindən sonra onun məzmunu ilə (çox kiçik şriftlə (hərflərlə) yazılmasına baxmayaraq) ətraflı və tam tanış olmamaları inandırıcı və ağlabatan deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sazişin onun mətnindən də göründüyü kimi, çox kiçik hərflərlə yazılması və onun iddiaçı tərəfindən (71 yaşı var) sərbəst şəkildə oxunmasının inandırıcı olmamasına dair qənaəti işin hallarına uyğun olmamışdır. Həmçinin kollegiya hesab edir ki, Cavabdeh Yasamal rayon məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq verməsi, həmin sahə ilə bağlı iddiaçıya qarşı tələbinin olmadığını nümayiş etdirməsi, lakin sonradan həmin sahədəki payını tələb etməsinə, Sazişdə həmin paydan imtina barədə heç bir müddəa olmamasına, iddiaçının sazişi nəzərdən keçirərkən yalnız bu zaman cavabdeh və onun vəkili tərəfindən aldadılmasının başa düşməsi nəticədə iddiaçının maraqlarını pozan, ona münasibətdə ağır şərtli saziş bağlanmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmamaqla, bu nəticə mötəbər və tutarlı sübutlarla deyil, yalnız iddiaçı tərəfin izahatları üzərində qurulmuşdur. Halbuki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə kəsici müddətlə bağlı qanunvericilik normalarının və onların tətbiqinin əsaslarını sadalasa da, hazırki mübahisəyə tətbiq edilməli olmaması ilə bağlı mövqeyi də düzgün olmamışdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən İddiaçı Cavabdeh ilə yuxarıda göstərilən sazişləri 2020-ci ilin fevral və may aylarında bağlamaqla həmin vaxtı məsələnin sülh yolu ilə həll olunduğunu ehtimal etməsinə və uzun müddət (bu ilin iyul ayına kimi) qarşı tərəfin onu aldatmasını düşünməməsinə və beləliklə də yaxın vaxtlara qədər hüquqlarının pozulduğunu bilməməməsinə istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu qənaətləri yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır. Həmçinin də birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının pozulduğunu bilməsinin yaxın vaxtlarda olmasını göstərsə də, bu pozuntunun olmasının konkret hansı tarixdən və hansı şəraitdə bilməsini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən nəticələrə gələrkən həmçinin X1 şahid qismində verdiyi ifadəsində göstərilənlərə də onun tərəflərə münasibətdə onların övladları olması faktına da diqqət yetirməmiş və bu hala, eləcə də onun ifadəsinin məzmununa qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsidir ki, həmin şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamaqla, atası olan iddiaçının maraq və mənafeyi baxımından verilən ifadə olduğundan mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, şahidin, yəni tərəflərin qızı uzun müddətdir ki, cavabdeh ilə, yəni anası ilə münasibət saxlamır. Qızın anası ilə münasibətdə olmaması məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təsdiq edilmişdir. Bu da şahidin ifadəsini anasına qarşı münasibətdə bir növ qərəzli olmasına və atasının mənafe üçün verilmiş ifadə olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3799/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. X2 Cavabdeh qarşı “sazişlərin etibarsız hesab edilməsi, ümumi birgə əmlakın bölünməsi tələbi”nə dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, idə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar