Məhkəmə qərarları › İş №2(103)-7675/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7675/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7675/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3214/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan alimentin hər ay onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarından 50 manatadək azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxxxx 2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflərin nikahı məhkəmə qətnaməsi ilə pozulmuş, ondan azyaşlı uşağının saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. O, öz üzərinə düşən alimenti ödəmişdir. Hal-hazırda iddiaçı maddi cəhətdən çətinlik çəkir. Ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Yenidən ailə qurmuşdur, həyat yoldaşı da işsizdir, ailənin tək işləyən və gəlir gətirən üzvü iddiaçıdır. Yeni nikahdan onun xx xxxx 2015-cı il təvəllüdlü X6 və xx xxx 2019-cu il təvəllüdlü X7 adlı iki övladı vardır. Hazırkı vəziyyətdə iddiaçı uşaqlarının saxlanılması üçün məhkəmə tərəfindən təyin olunmuş alimenti ailə və maddi vəziyyətində olan dəyişikliklərlə əlaqədar olaraq ödəyə bilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3214/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(011)-101/2010 saylı qətnaməsi ilə xx xxxxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xx xxxxxx 2008-ci il təvəllüdlü X1 üçün hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasını və ayrıca səhiyyə üçün maddi dəstəyin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı X13(BNEZ) işləyir və maaşı artmış, eyni zamanda başqa gəlirləri də vardır. Gülşən Səbzəliyeva xəstədir(beyin daxili təzyiq) və onun saxlanması üçün maddi dəstəyə ehtiyacı vardır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı bu günə kimi qızını görməyib. İndi də görsə uşağını tanımayacaq. Uşaq 8 aylıq olanda ayrıldılar. Ödədiyi aliment məbləği sabit olmayıb. Alimenti əvvəl iddiaçının iş yerindən götürürdü, lakin son vaxtlar “Bank Respublika”dan götürür. İldə 2-3 ay aldığı alimentin məbləği 150 manat olsa da, digər aylarda alimentin məbləği 200-250 manat arasında olmuşdur. Bu məbləğ də 150 manat aldığı ayları kompensasiya edirdi. Ona görə də alimentin azaldılmasına qətiyyən razı deyildir. Çünki, uşağın xərcləri çoxdur. Gündəlik xərclərindən başqa müalicəsinə də çox pul xərclənir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, işləsə də əmək haqqı günə görədir. İşlədiyi günlərə görə bəzən aylar üzrə əmək haqqı 600, 700, 800 manat olur. Həftənin 2 gününü işləyib, 3 gününü işləmir. İş saatı çox olanda maaşı qalxır. Aliment məbləğini çatdıra bilmir. Ürəkdən əməliyyat olunub və qəbul etdiyi dərmanlar bahadır. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin xx xxxxxx 2008-ci il təvəllüdlü X4 adlı övladları vardır. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2009-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı X2 ürəyindən əməliyyat olunmuşdur. Hal-hazırda onun səhhəti ilə bağlı ciddi problemlər yaranmışdır. Bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Eyni zamanda iddiaçının yeni nikah münasibətindən iki azyaşlı övladı da vardır. İddiaçının ailə və maddi vəziyyətində yaranmış dəyişikliklər iş materialları ilə sübuta yetirilmişdir... Beləliklə, məhkəmə ölkə üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, aliment miqdarının 170 manat müəyyən edilməsini qanuna uyğun hesab edir. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi alimentin ödənilməsi qaydasını və miqdarını dəyişərkən iddiaçının ürəyindən əməliyyat olmasını və yeni nikahdan iki azyaşlı övladının olmasını əsas götürmüşdür. Əvvəla, iddiaçının iddia tələbində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Onun göstərdiyi dəlillər, yəni ürəyindən əməliyyat olunması və yeni nikahdan da iki övladının olması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu əvvəlki nikahından olan uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İddiaçı ürəyindən əməliyyat olunsa da əmək qabiliyyəti, o cümlədən qazancı və digər gəlirləri azalmamış, yenə də əvvəlki qaydada əmək funksiyasını yerinə yetirir. Eyni zamanda iddiaçının yenidən başqa şəxslə nikah bağlaması onun vəzifəsi deyil, hüququ olmuşdur. İddiaçı hüququndan istifadə etməyi bacarırsa, əvvəlki nikahdan olan azyaşlı uşağına da məhkəmə qaydasında müəyyən edilmiş, qanunla müəyyən edilmiş qaydada və miqdarda aliment ödəmək vəzifəsini də icra etməlidir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Üçüncüsü, Ailə Məcəlləsinin 78-ci maddəsinin imperativ tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə alimentin sabit pul məbləğində tutulması yalnız uşağın saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni, qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud hazırki iş üzrə alimentin sabit pul məbləğində alınmasını tələb edən, qazancının və başqa gəlirlərinin dördə bir hissəsində faktiki aliment ödəyən iddiaçının vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Hazırki iş üzrə, cavabdeh olan ana alimenti vaxtilə sabit pul məbləğində deyil, aliment ödəyən şəxsin qazancının müəyyən hissəsi kimi təlb etmişdir. Apellyasiya baxışı zamanı da, Cavabdeh İddiaçı məhz bu qaydada, yəni qazancının müəyyən hissəsi kimi aliment tutulmasını tələb etdiyini və sabit pul məbləğində aliment tutulmasını istəmədiyini bildirmişdir. Ona görə də, aliment alan şəxsin iradəsinə zidd, alimentin tutulması qaydasını dəyişdirmək olmaz. Dördüncüsü, cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində ayrıca səhiyyə üçün maddi dəstəyin təmin olunması barədə qətnamə qəbul olunmasını da xahiş etsə də, əvvəla bu qeyri-müəyyən bir tələbdir. Bundan əlavə, cavabdeh hazırki iş üzrə hansısa formada(qarşılıqlı iddia üzrə və.s) iddiaçıya qarşı tələb irəli sürməmişdir. Lakin bu tələbin qeyri-müəyyənliyi və hazırki iş üzrə təmin edilməməsi cavabdehin dəqiqləşdirilmiş tələblə yenidən məhkəməyə müraciət etməsinə qətiyyən maneə deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3214/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehapellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3214/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar