Məhkəmə qərarları › İş №2(103)-7684/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7684/2023

25.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7684/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 40 saylı Notariat Kontoruna qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 40 saylı Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-819/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 və Cavabdeh2 qarşı X2 ilə Cavabdeh2 arasında Bakı şəhəri 40 saylı Notariat Kontorundə 20 fevral 2009cu il tarixində AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-819/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

3. Qətnamə ilə razı olmayan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 819/2023 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Qərardad belə əsaslandırılmışdır ki, apellyasiya şikayəti elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Yəni, iddiaçı şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş cədvəl formasına uyğunlaşdırsa da, şikayətin mətni həmin formada müəyyən edilmiş dəlillər üzrə əsaslandırılmamış, tələbini müəyyən etməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Cavabdeh1 (anası X1) Cavabdeh2 aldığı torpağa dair 40 nömrəli notariat kontorunda bağlanmış seriya AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi olmuş, bu tələb isə apellyasiya şikayətində öz əksini tapmışdır. Apellyasiya şikayətində göstərilməlidir: Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsində qeyd edilir ki, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar - alqı satqı müqavilənin predmeti olan torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğu halda-əsas Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 fevral 2016-cı il tarixli 2(011)-229/2016 nömrəli qətnaməsidir. Mülki Prosessual Məcəlləsinin 261.1.6 maddəsində göstərilib ki, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar:-konkret fakt- mübahisəli ərazi 24 saat ərzində daima mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus olan tikintilərdir. Onları təsdiq edən sübutlar- Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 122 nömrəli 22 dekabr 2014-cü il tarixli əmri və qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli 2(011)-229/2016 nömrəli qətnaməsidir. Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikasının MPM-361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə düzgün riayət etmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməisnə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsi Maddə 361.1.4. Apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-ə “Əlavə 2”, bənd 12. Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-819/2023 nömrəli qərardadı ləğv edilməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-819/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilməlidir.

13. Belə ki, iş materiallarından aydın olur ki, hazırki iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Mübahisələndirilən qətnamə ilə iddia tələbi rədd edilmişdir.

14. Apellyasiya şikayətindən görünür ki, qətnamənin tamamilə ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsini xahiş edilmişdir. Beləliklə, iddia tələbinin mahiyyətinə uyğun olaraq şikayətdə onu verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilmişdir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şikayəti təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-819/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-819/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar