Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7688/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əmək haqqı və məzuniyyətlər üzrə pul əvəzinin verilməsi, son haqq hesabın verilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4142/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əmək haqqı və məzuniyyətlər üzrə pul əvəzinin verilməsi, son haqq hesabının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibahnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 manat pulun, mənəvi zərərə görə 3000 manat məbləğində pulun, həmçinin hər gecikdirilmiş gün üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləğində iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4142/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20 manat, gecikdirilmiş əmək haqqı üzrə ödənc 735 manat, ümumilikdə 2670,20 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(103)-7688/2022 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmiş və məhkəmə baxışı iclası 29 noyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək bildirmişdir ki, onlar tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4142/2021 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, lakin birinci intansiya məhkəməsi tərəfindən qeyd olunan apellyasiya şikayəti iş materiallarına əlavə olunmamış, onun mümkünlük məsələsinə baxılmamışdır. Mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalısını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili mülki işin baxışdan çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası hazırki mülki işin elektron kabinetinə baxış keçirərək cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verildiyini və birinci intansiya məhkəməsinin bu şikayətə hər hansı münasibət bildirmədiyini müəyyən etmişdir. Kollegiya hesab edir ki, sözügedən şikayətə baxılması üçün mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4142/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(103)-7688/2022 saylı qərardadı ləğv olunmalı və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən cavabdehin nümayəndəsininvəkilinin verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 4142/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(103)-7688/2022 saylı qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ya şikayətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7688/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7688/2022
29.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver