Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7692/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi-vəkili Nümayəndə Aftandil oğlunun, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-4330/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh dəftərxana vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, xx xxxx 2009-cu il təvəllüdlü X3 Rudenko Eduardoviçdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 4330/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında uşaqların, o cümlədən xx xxxx 2009- cu il təvəllüdlü X3 İddiaçı alınaraq Cavabdeh verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyildir. Eyni tərəflər arasında yuxarıda istinad edilən qətnaməyə əsasən boşanma və boşanmadan sonra uşaqların ananın yanında saxlanılması və alimentin tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qarşılıqlı iddia tələbi isə uşağın atadan alınıb anaya verilməsindən ibarətdir və bu tələbin verilməsinə əsas yuxarıda qeyd edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra yaranmışdır. Belə ki, Kassasiya instansiyası məhkəməsindən sonra xx.xx.2020-ci il tarixdə İddiaçı onun əşyalarını kirayədə qaldıqları mənzilin yerləşdiyi dəhlizə ataraq ondan evi tərk etməyi tələb etmişdir. O, dəhlizə atılan əşyalarını yığıb övladlarını götürüb kirayə tutduğu evə çıxmaq istəyərkən, Rudenko oğlan övladına onunla getməsinə izin verməmiş, oğlunun onunla mənzildən çıxmasına maneə törətmiş, onu qızları ilə birlikdə qovmuşdur. İddiaçı imkan verməmişdir ki, cavabdeh normal şəraitdə əşyalarını mənzildən götürsün. İddiaçı məhkəmə qətnaməsi ilə cavabdehin yanında saxlanılan oğlunun ona verilməsi barədə xahişlərini və tələblərini yerinə yetirmir. Bu səbəbdən hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsaslıdır və qanuna uyğundur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 4330/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə Aftandil oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Mülki Prosessual Məcəllənin 156-cı maddəsinə əsasən, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilir: “Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2535/2020 saylı qərarına əsasən müəyyən edilir ki, xx xxxx 2009-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanmasına dair öz qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Eyni zamanda cavabdeh uşağın atadan alınıb anaya verilməsi üçün əmələ gəlmiş yeni əsaslar barədə məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilməldir. Belə olan halda işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyn tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini məhkəmənin icraatına götürməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 4330/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7692/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7692/2020
13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver