Məhkəmə qərarları › İş №2(103)-770/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-770/2025

28.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-770/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın və yaranmış öhdəliklərin bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X9 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 28 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Həmin tarixdən xx.xx.2023-cü il tarixədək onlar bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 2 övladları var. Tərəflər arasında nikahın pozulması barədə iş məhkəmənin icraatındadır. Birgə nikahda olarkən tərəflər "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilini əldə etmişlər. "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə dair “Knightsbridge "xxxx" MTK və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə CY2-103/22 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mənzilin ümumi dəyəri 193.758 manat müəyyən edilmişdir. Həmin məbləğin 96.879 manatı ilkin ödəniş olaraq müqavilə bağlandığı vaxt, qalan 96.879 manat isə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə, hər ay 2.691,08 manat olmaqla, xx.xx.2025-ci il tarixədək ödəniləcəkdir. Mənzilin 96.879 manat ilkin ödənişi olan, aylıq 2.691,08 manat, ümumilikdə isə 161.75,05 manat məbləğində pul "xxxx" MTK-ya iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" MTK-ya 32.282,95 manat borcu qalmışdır.

2. X17 və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən X17 tərəfindən İddiaçı 18 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək 90.000 manat borc verilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 009368 №-li orderindən görünür ki, "xxxx" MTK və İddiaçı arasında bağlanmış müqavilyə əsasən sonuncu Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin ümumi sahəsi 70,99 kv.m olan 4 otaqdan ibarət 123 №-li mənzilinin dəyərini tam ödəməklə əldə etmiş, X7 xx.xx.2021-ci il tarixdə 195.000 manata satmışdır.

4. X18 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzili (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) 225.000 manata İddiaçı satmışdır.

5. 17.08.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən 89A nömrəli evin 52 №-li mənzili Cavabdeh hədiyyə etmiş, mənzil sonuncunun mülkiyyətindədir.

6. xx.xx.2013-cü il tarixli AN-İ N0375953 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev (keçmiş C.Hacıbəyli) küçəsi, ev 64, mənzil 44- də yerləşən ümumi sahəsi 32.86 kv.m. yaşayış sahəsi 17.0 kv.m.olan 1 otaqlı mənzili X13 21.000 manata satmış, X15 da xx.xx.2016-cı il tarixdə X14 bağışlamış, mənzil sonuncunun mülkiyyətindədir.

7. İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR, xx.xx.2013-cü il tarixdə 6.000 EUR olmaqla ümumilikdə 42.000 avro məbləğində pulu X2 adına köçürmüşdür.

8. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış, xx.xx.2023-cü il tarixdə ölkə ərazisini yenidən tərk etmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən ünvan 2 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişini etmək üçün birgə nikah dövründə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 90.000 manat məbləğində borcun iş üzrə tərəflər arasında ½ hissədə bölünməsi və 45.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi, həmin mənzil üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq ödənişlərə görə onun tərəfindən aparılmış cəmi 34.984,08 manat ödənişin tərəflər arasında ½ hissədə bölünməsi və 17.492,04 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi, mənzilin aylıq ödənişinə görə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1.345,54 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzili və Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzili üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, sonuncu mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh və sonuncunun atası X5 göndərilmiş 42.000 avro məbləğində pulun ½ hissəsinin, yəni 21.000 avronun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında ailə münasibəti pisləşmiş və onlar xx.xx.2023-cü il tarixdən faktiki olaraq ayrılmışlar. Tərəflər birgə nikah dövründə "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzili əldə etmişlər. Həmin mənzilin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan ilkin ödəniş məbləği İddiaçı olmadığına görə, o, dostu X10 90.000 manat borc istəmiş, sonuncu ona bu məbləğdə borc verməyə razılıq vermişdir. Bu məqsədlə X17 və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Borcun qaytarılma müddəti 18 ay müəyyən edilmişdir. İddiaçı borc aldığı 90.000 manata 6.879 manat əlavə edərək, mənzilin ilkin ödənişini təşkil edən 96.879 manatı "xxxx" MTK-ya ödəmişdir. X17 və İddiaçı arasında bağlanmış borc müqaviləsi üzrə sonuncunun aldığı 90.000 manat borc bu günədək qaytarılmamış, borcun qaytarılma müddəti onların qarşılıqlı razılığına əsasən uzadılmışdır. Göründüyü kimi, İddiaçı X10 aldığı 90.000 manat borc iş üzrə tərəflərin birgə nikahı dövründə əldə olunmuş "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişinin aparılması üçün alınmışdır. Borc bu günə qədər qaytarılmamışdır. Odur ki, hesab edir ki, borcun yarısı, yəni 45.000 manatı Cavabdeh aid edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdən başdayaraq ödəniş cədvəlinə uyğun olaraq hər ay 2.691,08 manat məbləğində pulu "xxxx" MTK-ya ödəmiş, bu ödəniş tərəflərin faktiki ayrıldığı xx.xx.2023-cü il tarixdən sonra da davam etmişdir. Belə ki, İddiaçı işi ilə bağlı ailə üzvləri - arvadı Cavabdeh, övladları Züleyxa və Mikayıl ilə birlikdə Fransada yaşamışdır. Fransada yaşadıqları vaxt 2023-cü ilin iyun ayının 26-da Anar arvadı Leylanın ona yad kişi ilə xəyanət etdiyini öyrənmiş və onlar arasında bu barədə ciddi söhbət olmuş, Leyla xəyanət faktını etiraf etmişdir. 2023-cü ilin iyun ayının 29-da İddiaçı, Cavabdeh və övladları ilə birlikdə Azərbaycana gəlmişlər. Həmin vaxtdan İddiaçı və Cavabdeh arasında ər-arvad münasibətləri kəsilmişdir. Azərbaycana qayıtdıqdan sonra 2023-cü ilin iyul ayının 15-də Cavabdeh yad kişi ilə mesaj şəklində apardığı yeni yazışmalar İddiaçı Eldar oğlunun əlinə keçmişdir. Bundan sonra İddiaçı bilet alaraq 2023-cü ilin iyul ayının 27-də yalnız özü (Leyla və övladları olmadan) Bakıdan Fransaya, avqust ayının 03-də isə Fransadan Amerikaya getmişdir. Sonradan İddiaçı Cavabdeh təklif etmişdir ki, övladlarından Züleyxa onun (atasının), Mikayıl isə anasının (Leylanın) himayəsində qalsınlar və yaşasınlar. Cavabdeh da artıq iyul ayından ər-arvad münasibətlərini kəsmiş, onunla yalnız övladlarının işləri ilə bağlı əlaqə saxlayan İddiaçıla ailə münasibətlərinin bərpa olunmayacağını başa düşərək, Züleyxanın atasının himayəsində qalmasına və yaşamasına razılıq vermişdir. 2023-cü ilin oktyabr ayının 23-də İddiaçı Bakıya gəlmiş, iki gün sonra, yəni oktyabr ayının 25-də isə övladı Züleyxanı özü ilə götürüb Amerikaya getmişdir. Bundan sonra Cavabdeh övladı Züleyxa üçün darıxdığına görə onunla görüşmək bəhanəsilə Amerikaya, İddiaçı yaşadığı ünvana gəlmişdir. Həmin vaxt onlar arasındakı gərgin münasibətlər daha da kəskinləşmişdir. Cavabdeh İddiaçı işəgötürəninə ondan şikayət etmiş, bu səbəbdən Anar iş yerini itirmiş və Amerikanı tərk etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh ilə ər-arvad münasibətlərini 2023-cü ilin iyun ayından kəsmiş, həmin vaxtdan onunla birgə təsərrüfat aparmamış, faktiki ayrı yaşamışdır. İddiaçı və Cavabdeh arasındakı nikah formal xarakter daşımışdır. Ona görə də, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzil üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq ödənişlərə görə aparılmış cəmi 34.984,08 manat ödəniş İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməli və 17.492,04 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. mənzilin tam dəyərinin ödənilməsi tarixi xx.xx.2025-ci il, aylıq ödəniş məbləği isə 2.691,08 manat müəyyən edilmişdir. Bu səbəbdən mənzil üçün müəyyən edilmiş aylıq ödənişinin (2.691,08 manat) ½ hissəsi, yəni 1.345,54 manatı da hər ay xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

11. İddiaçı, Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzili "xxxx" MTK-dan dəyərini tam həcmdə ödəməklə müqavilə əsasında əldə etmişdir. İddiaçı, nikaha daxil olduqdan sonra mənzili Cavabdeh adına sənədləşdirmişdir. Qeyd olunan mənzilin alınması da yalnız İddiaçı vəsaiti hesabına həyata keçirilmişdir. 12.İddiaçı xaricdə yaşadığı vaxt, qayınatası X12 ev almaq üçün ona pul lazım olduğunu bildirmiş və İddiaçı borc pul istəmiş, pulu İddiaçı Azərbaycana qayıtdığı vaxt qaytaracağını bildirmişdir. İddiaçı da xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013- cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR, xx.xx.2013-cü il tarixində 6.000 EUR olmaqla, ümumilikdə 42.000 EUR pulu X2 bank kartına göndərmişdir. Sonuncu ona göndərilən pul vəsaiti hesabına oğluna ev almışdır. İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycana qayıdanda qayınatası X3 borc verdiyi pulu nə zaman qaytaracağını soruşduqda qayınatası əlində nəğd pul olmadığını, lakin pulun əvəzinə ona mənzil verə biləcəyini bildirmişdir. İddiaçı isə bununla razılaşmışdır. Hüseynov X6 Anar Qəşəm oğlundan aldığı borc pulun əvəzinə Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsi, ev 64, 44 saylı mənzili qızı Cavabdeh adına keçirəcəyini bildirmişdir. Həmin vaxt tərəflərin ailə münasibətləri normal olduğundan İddiaçı mənzilin arvadının adına keçirilməsinə etiraz etməmişdir. Lakin sonradan İddiaçı məlum olmuşdur ki, Hüseynov X6 Anar Qəşəm oğlundan aldığı borc pulun əvəzi olaraq ona qaytaracağı Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsi, ev 64, 44 saylı mənzili qızı Cavabdeh mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçirmişdir. Belə ki, sözügedən mənzil alqısatqı müqaviləsi ilə ilkin olaraq arvadı (Cavabdeh anası) X11 adına alınmış, daha sonra X1 mənzili qızı Cavabdeh bağışlama müqaviləsi əsasında bağışlamışdır. Odur ki, sözügedən mənzil iş üzrə tərəflərin birgə nikah dövründə, birgə gəlirləri hesabına əldə edildiyindən həmin mənzil üzərində də tərəflərin ½ payı müəyyən edilməlidir. Bunlardan başqa, alqı-satqı müqaviləsində mənzilin real bazar dəyəri də düzgün göstərilməmişdir. Belə ki, 2013-cü ildə sözügedən mənzilin dəyəri alqı-satqı müqaviləsində göstərilən məbləğdən ən azı iki dəfə yüksək olmuşdur. Lakin İddiaçı keçmiş qayınatası mənzilin alqısatqı müqaviləsi zamanı daha az dövlət rüsumu ödəmək, vergidən yayınmaq üçün müqavilədə mənzilin real bazar dəyərindən daha az məbləğ göstərmişdir. 2013-cü ildə Avronun Azərbaycan manatına nisbəti 1 EUR=1.06 AZN olmuşdur. 13.Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, son nəticədə məhkəmədən birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmiş ünvan 3 ünvanda yerləşən 45.80 kv.m ibarət mənzilin alışı zamanı ödənilmiş 30.000 manatın yarısının, yəni 15.000 manatın İddiaçı tutulub Cavabdeh ödənilməsi, Bakı şəhəri, 8 Noyabr prospekti, 151-də yerləşən Knightsbridge Ağ Şəhər binasında iki otaqlı mənzil üzərində Cavabdeh ½ hissədə payının tanınması, 2024-cü ilin fevral ayının 1-ci üçün Bakı şəhəri, 8 Noyabr prospekti, 151-də yerləşən Knightsbridge "xxxx" binasında iki otaqlı mənzilin ödənişi üçün qalan məbləğin İddiaçı və Cavabdeh arasında bərabər bölüşdürülməsi, ödənilmiş dövlət rüsumunun və vəkil xərcinin Cavabdeh Ellar qızının xeyrinə İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Cavabdeh qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər birgə nikah dövründə birgə vəsait hesabına "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzili əldə etmişlər. Ona görə də həmin mənzil üzərində həm Cavabdeh, həm də İddiaçı hər birinin ½ hissədə payı müəyyən edilməlidir. 15.Bundan başqa, iş üzrə tərəflər faktiki olaraq 2024-cü ilin yanvar ayından ayrı yaşayırlar. Ona görə də, 2024-cü ilin fevral ayının 1-ə "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ödənişi üçün qalan məbləğ İddiaçı və Cavabdeh arasında bərabər bölünməlidir. Bunlardan başqa, İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzilini əldə etmiş və öz adına sənədləşdirmişdir. Həmin mənzilə görə ödənilmiş vəsaitin 30.000 manatı iş üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə vəsait olmuşdur. Odur ki, həmin mənzilin alışı zamanı ödənilmiş 30.000 manatın yarısı, yəni 15.000 manatı İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. 16.Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3676/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzi üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payının müəyyən edilməsi, "xxxx" MTK tərəfindən ünvan 4 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişini etmək üçün birgə nikah dövründə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 90.000 manat məbləğində borcun İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməsi və 45.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, "xxxx" MTK tərəfindən ünvan 4 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzil üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı tərəfindən aylıq ödənişlərə görə aparılmış cəmi 34.984,08 manat ödənişin İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməsi və 17.492,04 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin aylıq ödənişinə görə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1.345,54 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №- li mənzilin (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) alınmasına sərf olunmuş 30.000 manat üzərində tərəflərin ½ hissədə payının müəyyən edilməsi, 15.000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, ilk və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə vəsait tərəflərin özlərinə aid edilmişdir. 17.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzil iş üzrə tərəflərin birgə nikahı dövründə, onların birgə vəsaiti, o cümlədən alınmış borc hesabına əldə olunmuş əmlakdır. Bu səbəbdən həmin mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdə X10 90.000 manat borc alması onlar arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi ilə təsdiq olunur. Həmin borc müqaviləsi qanunvericiliyin tələblərinə uyğun yazılı formada bağlanmış və müqavilənin etibarlılığını şübhə altına alan hər hansı dəlil məhkəmə araşdırması zamanı irəli sürülməmişdir. Məhkəmə özü də müqavilənin etibarsız hesab olunması üçün hər hansı əsas görməmişdir. Cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişinin məhz İddiaçı borc aldığı 90.000 manat hesabına aparılmasını mübahisələndirməmiş, işin bu halı ilə razılaşmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 90.000 manat məbləğində borc iş üzrə tərəflərin birgə nikahı dövründə yaranmış və tərəflərin birgə nikahı dövrundə əldə olunmuş mənzilin dəyərinin bir hissəsinin ödənilməsinə sərf olunmuşdur. 90.000 manat borc iş üzrə tərəflərin birgə öhdəliyi hesab olunmalı və həmin öhdəlik onlar arasında bərabər hissələrdə bölünməli, bu məqsədlə 90.000 manat borcun ½ hissəsi, yəni 45.000 manatı Cavabdeh aid edilməlidir. 18.İş üzrə tərəflər 2023-cü ilin iyul ayınadək birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Lakin sonradan onlar arasında münasibətlər ilk dəfə onların Fransada yaşadıqları 2023-cü ilin iyun ayından pozulmuş, onlar 2023-cü ilin iyul ayında Fransadan Azərbaycana gəlmişlər, daha sonra münasibətlər tamamilə pozulmuş və İddiaçı xx.xx.2023-cü il tarixdə uçuş bileti alaraq ölkə ərazisini tərk etmiş, ABŞ-a getmişdir. İddiaçı yalnız xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş və qızı Züleyxanı özü ilə götürərək xx.xx.2023-cü il tarixdə yenidən ABŞ-a uçmuşdur. Tərəflərin digər övladı Mikayıl isə Cavabdeh ilə Bakı şəhərində qalmışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdən sonra tərəflərin birgə yaşamaları, birgə təsərrüfat aparmaları iş materialları ilə təsdiq olunmur. Cavabdeh Qəşəm qızı keçmiş əri İddiaçı onunla faktiki olaraq 2024-cü ilin yanvar ayından ayrıldığını iddia etsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Əksinə İddiaçı müzakirə olunan məsələ ilə bağlı məhkəməyə bildirdikləri, onun adına olan pasportda aparılmış qeydlərlə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarix tərəflərin faktiki ayrı yaşadıqları vaxt kimi qəbul edilməlidir. 19."xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli CY2-103/22 №-li müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, həmin əmlakın aylıq ödənişi 2.691,08 manat təşkil edir. İddiaçı mənzilə görə aylıq ödənişləri vaxtında aparmış və işə məhkəmədə baxılan zaman aylıq ödənişlərə görə MTK-ya borcu olmamışdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, həmin mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab olunduğuna və mənzil üzərində tərəflərin ½ hissədə payı müəyyən edildiyindən, mənzilə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (iddianın dəyişdirilməsi barədə ərizənin məhkəməyə verildiyi tarix) aylıq ödənişlərə görə "xxxx" MTKya ödədiyi cəmi 34.984,08 manat məbləğində İddiaçı tərəfindən həyata keçirilmiş ödəniş iş üzrə tərəflər arasında ½ hissədə bölünməli, bu məqsədlə 17.492,04 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir 20.Bundan əlavə, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan əsaslara görə, "xxxx" MTK tərəfindən Bakı şəhəri, "xxxx" 2-ci Fəvarələr küçəçi 6 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli CY2-103/22 №-li müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş aylıq ödəniş ½ hissədə tərəflər arasında bölünməli, aylıq ödənişlər İddiaçı müqavilə tərəfi olaraq öz adından həyata keçirdiyindən, hər ay 1.345,54 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 21.Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 89 №-li evin 123 №-li mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyatına alınsa da, məhkəmə hesab edir ki, mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl "xxxx" MTK-ya ödənildiyinə görə, həmin əmlak iş üzrə tərəflərin birgə əmlakı hesab edilmir. Cavabdeh da bu mənzilin birgə əmlak olmasını, habelə həmin mənzilin satılaraq, əldə olunmuş 195.000 manat vəsaitin Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzili (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) alınmasına yönəldilməsini mübahisələndirmir. O bildirir ki, İddiaçı sözügedən mənzili 195.000 manata satmış, həmin pula birgə nikah dövrundə əldə olunmuş birgə vəsaitdən 30.000 manat əlavə edərək, öz adına 225.000 manata Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzili (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) almışdır. Məhkəmə, Cavabdeh bu dəlilləri ilə razılaşmışdır. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzil (yeni qaydalarla: AZ 1001,Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) iş üzrə tərəflərin birgə nkahı dövründə 225.000 manata əldə olunmuşdur. Həmin vəsaitin 195.000 manatı İddiaçı məxsus vəsait olmuşdur. Belə olan vəziyyətdə mənzilə görə ödənilmiş qalan 30.000 manat, əksi sübuta yetirilməyincə, tərəflərin birgə vəsaiti hesab olunur. Məhkəmə hesab etmişdir ki, sözügedən mənzil birgə nikah dvründə əldə edilmiş əmlak hesab edilə bilməz. Ancaq həmin mənzilin alınmasına sərf edilən 30.000 manat pul birgə nikah dövründə əldə edilən vəsaitdir. Bu baxımdan Məhkəmə hesab edir ki, həmin 30.000 manat üzərində tərəflərin ½ hissədə payı müəyyən edilməli, 15.000 manat pul İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. 22.İddiaçı, Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzilini "xxxx" MTK-dan dəyərini tam həcmdə ödəməklə əldə etmiş, daha sonra isə bağışlama müqaviləsinə əsasən Cavabdeh hədiyyə etmişdir. Cavabdeh sözüdedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı, nikaha daxil olmamışdan əvvəl dəyərini ödəməklə əldə etdiyi mənzil üzərində mülkiyyət hüququndan könüllü olaraq imtina etmiş və mənzili əvəzsiz şəkildə Cavabdeh bağışlamışdır. Mənzilə dair tərəflər arasında bağlanmış bağışlama müqaviləsi ləğv olunmamış, etibarsız hesab olunmamışdır. Müqavilə və reyestrdən çıxarış bu gün də qüvvədədir. Bu baxımdan Məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, 3159-cu məhəllə, Həsənbəy Zərdabi prospektində yerləşən 89A №-li evin 52 nömrəli mənzili tərəflərin birgə əmlakı hesab oluna və əmlak üzərində tərəflərin ½ hissədə payları müəyyən edilə bilməz. 23.Məhkəmə Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzili üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi üçün əsas müəyyən etməmişdir. Belə ki, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddət ərzində X2 adına ümumilikdə 42.000 avro məbləğində pul köçürmələri etməsi işin mübahisəsiz halıdır. Lakin həmin köçürmələrin hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzilin alınmasına sərf olunması, həmin vəsaitin mənzil alınması üçün X5 borc verilməsi iş materialları ilə təsdiq olunmur. Əksinə işdə olan sənədlərə əsasən müəyyən olunur ki, həmin mənzil X15 tərəfindən xx.xx.2013-cü il tarixdə mənzilin keçmiş mülkiyyətçisi X4 21.000 manat məbləğində pul ödəməklə əldə etmiş, daha sonra isə mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh hədiyyə etmişdir. Göründüyü kimi, İddiaçı iddia tələblərini müzakirə olunan hissədə sübuta yetirə bilməmişdir. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 36.3, 37.1, 37.3, 41.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

25.Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. 26.İddiaçı apellyasiya şikayətində qətnamənin qismən – ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 27.İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəməni İddiaçı tərəfindən qaynatasının bank hesabına köçürülən pulların məhz sözegedən mənzilin alınmasına sərf olunması, həmin vəsaitin mənzil alınması üçün X5 borc verilməsi iş materialları ilə təsdiq olunmaması fikri ilə bağlı isə bildirir ki, həmin pulların mənzilin alınmasına sərf edilməməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən köçürülən pulların hara, nə üçün xərclənməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə isə bank hesabından çıxarışlara nə üçün mötəbər sübut kimi qiymət verməməsini qətnaməsində əsaslandırmamışdır. 28.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən borcun əldə edilməsini heç vaxt qəbul etməmişdir. Çünki, tərəflərin maddi imkanları yüksək səviyyədə olmuş və ev almaq üçün belə bir borcun alınmasına zərurət olmamışdır. Qeyd edilən müqavilə etibarlı deyildir. Əgər həqiqətən borc verilmiş olsaydı bu sadə yazılı formada deyil notariat qaydasında təsdiqlənmiş şəkildə olardı. Əgər borcun verilməsi ilə bağlı tərəflər arasında etibar və inam var idisə və bu səbəbdən notariat qaydasında pul verilməmişdirsə onda niyə müqavilə bağlanılırdı. Hesab edir ki, qeyd edilən müqavilə sırf məhkəmə dövründə məhkəməni aldatmaq üçün tərtib edilmiş və uydurma əqddir. Bunu müvafiq olaraq ekspertiza təyin etməklə də müəyyən etmək olardı. Lakin birinci instansiya məhkəməsi bu hissədə lazımi qaydada araşdırma aparmamış və şablon sözlərlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Həmin müqavilənin hansı tarixdə tərtib edildiyi ilə bağlı müvafiq olaraq ekspertiza təyin edilməli və müqavilənin həqiqətən də 2022-ci il tarixdə, yoxsa 2024-cü il tarixdə tərtib edilməsi müəyyən edilməlidir. İddiaçı tərəfindən evin alınması üçün heç vaxt borc alınmamışdır və iddiaçının dostunun şahid qismində məhkəmədə dindirilməsi və guya bu hallın sübut edilməsini nəzərə alması məhkəmənin etdiyi kobud maddi hüquq pozuntularından biridir. Borc müqaviləsi tərtib edilsə də, borcun alınmasını təsdiq edən heç bir sənəd yoxdur. Birinci instansiya məhkəməsi tərəflərin faktiki olaraq hansı tarixdən ayrıldığı hissəsini də düzgün müəyyən etmədən iddiaçının qeyd etdiklərinə uyğun qətnamə qəbul etməklə kifayətlənmişdir. Lakin iş materiallarından və apelyasiya şikayətinə əlavə etdiyi sənədlərdən də aydın olur ki, tərəflər arasındakı ailə münasibətləri 2024-cü ilin yanvar ayının sonları – fevral ayının əvvəllərinədək davam etmişdir. Belə ki, hələ ABŞ-da olarkən 2023-cü ilin dekabr ayının sonunda yeni il şənliyində belə tərəflər eyni evdə yaşamış və yeni ili birlikdə qeyd etmişlər. Onların münasibətləri Azərbaycana qayıtdıqdan sonra pozulmuşdur. Lakin məhkəmə sadəcə iddiaçının qeyd etdiklərinə inanmaqla tərəflərin məhz 2023-cü ilin iyul ayında ayrılmaları qənaətinə gəlmiş və evin krediti üzrə ödənişlərin həmin tarixdən cavabdehdən tutulmasını qət etmişdir. Göründüyü kimi, məhkəmənin səhv nəticəyə gəlməsi ilə birlikdə arada 6-7 ay fərq vardır ki, bu da kifayət qədər böyük məbləğ edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları 30.İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

31. Cavabdeh və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında izahat verərkən iddiaçının apellyasiya şikayətinin əsassız sayılmasını və rədd olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

32.Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Maddə 3.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (3137-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.13-cü bəndinə əsasən əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın 3 dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. 3.14-cü bəndinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 4.15-ci bəndinə əsasən Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə 6 hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə 6 hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. 6.36-cı bəndinə əsasən Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Birinci instansiya məhkəməsinin qətnaməsi həm iddiaçı və həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə işin hallarını düzgün müəyyən etmiş, müəyyən edilən həmin hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

38. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. 39.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 40.Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 41.Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 42.Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ünvan 4 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə görə ilkin ödənişini etmək üçün 90.000 manat məbləğində borc götürməmiş, borc müqaviləsi formal bağlanmışdır. 43.Həmin dəlilə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. İşdə olan X17 və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin məzmunundan görünür ki, X17 tərəfindən İddiaçı 18 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək 90.000 manat borc verilmişdir. 44.Borcun qaytarılması ilə bağlı müqavilə tərəfləri arasında müəyyən danışıqlar olmuşdur. Belə ki, X17 və İddiaçı arasında vatsap proqramı üzərindən yazışmalardan müəyyən olunur ki, X31 İsmayılovdan borcunu qaytarmağı tələb edir, sonuncu isə cavabında boşanan kimi evi satıb borcunu qaytaracağını bildirir (iş v.219-231). 45.Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Ramil Qaracayev şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı və onun arvadı Leylanı uzun müddətdir ki, tanıyır. Anarla aralarında dostluq münasibətləri var. 2022-ci ilin iyul ayında İddiaçı ona Ağ şəhərdə mənzil almaq istədiyini, lakin ilkin ödəniş üçün tələb olunan məbləği tam düzəldə bilmədiyini, bu səbəbdən ondan qaytarmaq şərti ilə 90.000 manat borc istəmiş, o da həmin məbləğdə borc verməyi razı olmuşdur. İddiaçı ilə dost olsalar da, borcun verilməsi barədə aralarında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlamışlar. İddiaçı 1 il 6 ay sonra borcunu tam qaytaracağına söz vermiş, lakin həmin vaxt borcu qaytarmamış və bildirmişdir ki, evini satıb borcunu ödəyəcəkdir. Hazırda İddiaçı ona olan 90.000 manat borcu qaytarmamışdır. 46.Apellyasiya baxışı zamanı sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, həll edilməsi üçün ekspertlər qarşısında borc müqaviləsindəki borc verən və borc alan qrafasındakı imzaların və yazıların qəti olaraq hansı tarixdə icra olunduğu müəyyən edilməsi, bu mümkün olmadıqda, həmin yazıların 2022-ci ildə, yoxsa 2024-cü ildə icra olunduğu mürəkkəbin quruması halı nəzərə alınmaqla və ekspertdə olan digər texniki imkanlardan istifadə edilməklə müəyyən olunması barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 5/51 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə müqavilədəki imzaların rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunduğu müəyyən edilmiş, ekspertiza qarşısında qoyulmuş suallar üzrə elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə tədqiqat aparılmamışdır. 47.Cavabdeh borc müqaviləsinin notarial qaydada təsdqi olunmadığını bildirərək onun borcun verildiyini təsdiq edən sübut kimi mötəbərliyini mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsi borc müqaviləsinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsinin yazılı formada bağlanmalı olmasını müəyyən etmişdir. Qanunvericilik yazılı formanın konkret detallarını (notarial təsdiq edilməli olması və s.) müəyyən etməmişdir. Baxılan işdə də borc yazılı formada bağlanmış müqavilə əsasında İddiaçı verilmiş, bunun əksini təsdiq edən hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Borcun qəbz əsasında İddiaçı verilməməsi tərəflər arasında borc münasibətlərinin olmaması barədə birmənalı qənaətə gəlmək üçün əsas deyildir. Belə ki, müqavilə tərəfləri arasında vatsap yazışmalarından da görünür ki, borc verən Qaracayev Ramil həmin pulun ev almaq üçün alındığını bildirir, İddiaçı borcunu nə zaman qaytaracağını soruşur, sonuncu da pulu qaytaracağını bildirir. 48.Beləliklə, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında ünvan 4 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.7 kv.m olan 7509 №-li mənzilə görə ilkin ödənişini etmək üçün 90.000 manat məbləğində pulun borc götürüldüyü öz təsdiqini tapır. 49.Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri tərəflərin faktiki ayrı yaşadıqları vaxtın düzgün müəyyən edilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh iddia edir ki, tərəflər arasındakı ailə münasibətləri 2024-cü ilin yanvar ayının sonları – fevral ayının əvvəllərinədək davam etmişdir. Belə ki, hələ ABŞ-da olarkən 2023-cü ilin dekabr ayının sonunda yeni şənliyində belə tərəflər eyni evdə yaşamış və yeni ili birlikdə qeyd etmişlər. Onların münasibətləri Azərbaycana qayıtdıqdan sonra pozulmuşdur. Cavabdeh bu faktı təsdiq edən sübutlar qismində məhkəməyə tərəflərin evdə, masa arxasında görüntüləri olan fotoşəkillər və vatsap yazışmaları təqdim etmişdir. 50.İddiaçı bildirir ki, cavabdehin Fransada ona xəyanəti üzündən 2023-cü ilin iyun ayının 29-da İddiaçı, Cavabdeh və övladları ilə birlikdə Azərbaycana gəlmişlər. Həmin vaxtdan ər-arvad münasibətləri kəsilmişdir. Azərbaycana qayıtdıqdan sonra 2023-cü ilin iyul ayının 15-də Cavabdeh yad kişi ilə mesaj şəklində apardığı yeni yazışmalar əlinə keçmişdir. Bundan sonra bilet alaraq 2023-cü ilin iyul ayının 27-də yalnız özü (Leyla və övladları olmadan) Bakıdan Fransaya, avqust ayının 03-də isə Fransadan Amerikaya getmişdir. Sonradan cavabdehə təklif etmişdir ki, övladlarından Züleyxa onun (atasının), Mikayıl isə anasının (Leylanın) himayəsində qalsınlar və yaşasınlar. Cavabdeh Züleyxanın atasının himayəsində qalmasına və yaşamasına razılıq vermişdir. 2023-cü ilin oktyabr ayının 23-də o, Bakıya gəlmiş, iki gün sonra, yəni oktyabr ayının 25-də isə övladı Züleyxanı özü ilə götürüb Amerikaya getmişdir. Bundan sonra Cavabdeh övladı Züleyxa üçün darıxdığına görə onunla görüşmək bəhanəsilə Amerikaya, İddiaçı yaşadığı ünvana gəlmişdir. Həmin vaxt onlar arasındakı gərgin münasibətlər daha da kəskinləşmişdir. Cavabdeh İddiaçı işəgötürəninə ondan şikayət etmiş, bu səbəbdən Anar iş yerini itirmiş və Amerikanı tərk etmək məcburiyyətində qalmışdır. 51.İddiaçının dediyi fakt işdə olan sübutlar, həmçinin cavabdehin özünün də təqdim etdiyi sübutlarla təsdiq olunur. Cavabdeh tərəfindən təqdim olunan fotoşəklin tarixindən görünür ki, həmin foto xx.xx.2024-cü il tarixdə çəkilmişdir. İlkin iddia ərizəsində iddiaçı da qızı Züleyxanı görmək üçün cavabdehin Amerikaya, İddiaçı yaşadığı ünvana gəldiyini və oğlu ilə gəldiyinə görə onu evə buraxmaq məcburiyyətində qaldığını bildirmişdir. Əksinə, İddiaçı müzakirə olunan məsələ ilə bağlı məhkəməyə bildirdikləri, onun adına olan pasportda aparılmış qeydlərlə də öz təsdiqini tapır.

52. Kollegiya hesab edir ki, tərəflər arasında ailə münasibətləri pozulandan sonra cavabdehin Amerikaya getməsi ailə münasibətlərinin davam etməsi mənasına gəlmir.

53. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddət ərzində X2 adına ümumilikdə 42.000 avro məbləğində pul köçürmələri etməsi işin mübahisəsiz halıdır. Lakin həmin köçürmələrin məhz hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsində yerləşən 64 №-li evin 44 №-li mənzilin alınmasına sərf olunması, həmin vəsaitin mənzil alınması üçün X5 borc verilməsi iş materialları ilə təsdiq olunmur. Əksinə, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, həmin mənzil X15 tərəfindən xx.xx.2013-cü il tarixdə mənzilin keçmiş mülkiyyətçisi X4 21.000 manat məbləğində pul ödəməklə əldə etmiş, daha sonra isə mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh hədiyyə etmişdir. 54.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar