Məhkəmə qərarları › İş №2(103)-771/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-771/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-771/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-771/2023 (Açar sözlər: “qızıl-zinət əşyaları”) Bakı şəhəri 16 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1997/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-512 saylı Arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, 10:00-10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-435/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017ci il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 2415 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3764/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş barədə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X3 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11904/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmışdır.

5. İş materiallarında olan diskdə və fotoşəkillərdən görünür ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçının istifadəsində olmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyaları" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2050 manat dəyərində olan üzük sırğa (16 qr, 0,7 karat brilyant, 750 əyar sarı qızıl), 1450 manat dəyərində olan qolbaq (14,5 qr, 0,4 karat brilyant, 750 əyar sarlı qızıl), 1000 manat dəyərində olan klon (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 500 manat dəyərində olan sep (5 qr, 750 əyar sarı qızıl), 1000 manat dəyərində olan nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl, 350 manat dəyərində olan hədiyyə üzük (4,5 qr, sarı qızıl), qızılzinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, əgər qızıl-zinət əşyaları aşkar olunmazsa, onların dəyərinin, yəni 6350 (altı min üç yüz əlli) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış rəsmi nikah Sabunçu Rayon Məhkəməsinin 05,02.2021-ci il tarixli 2(008)-435/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. 2019-cu il tarixdə, yəni cavabdehlə birgə nikahda olduqları dövrdə onlar Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X2 yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evini tikərək orada yaşamağa başlamışlar. Lakin, 2020-ci il tarixdə cavabdeh tərəfindən məcburi olaraq sözügedən evdən çıxarılmış və evdən çıxan zaman ona məxsus qızıl-zinət əşyaları və cehizləri həmin evdə qalmışdır. Ona məxsus qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 2050 (iki min əlli) manat dəyərində olan üzük sırğa (16 qr, 0,7 karat brilyant, 750 əyar sarı qızıl), 1450 (min dörd yüz əlli) manat dəyərində olan Qolbaq (14,5 qr, 0,4 karat brilyant, 750 oyar sarı qızıl), 1000 (min) manat dəyərində olan Klon (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 500 (beş yüz) manat dəyərində olan Sep (5 qr, 750 əyar sarı qızıl), 1000 (min) manat dəyərində olan Nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 350 (üç yüz əlli) manat dəyərində olan Hədiyyə Üzük (4,5 qr, sarı qızıl). Dəfələrlə cavabdehdən ona məxsus olan qızıl-zinət əşyalarını tələb etsə də, cavabdeh onları ona verməyəcəyini bildirmişdir. Cavabdeh həmçinin Mediasiya sessiyasında iştirak etməkdən də imtina etmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

8. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qızıl-zinət əşyaları onlardadır. 2 il bundan öncə boşanma olanda da demişdirlər ki, cehizləri də, qızılzinət əşyalarını də gəlib götürə bilərlər. Lakin iddiaçı tərəf heç bir şeyi götürməyib. Evi gəlib boşaltsalar, yəni iddiaçı cehizlərini götürsə və mənzilə köçürülmə ilə bağlı iddiasından imtina etsə qızıl-zinət əşyalarını verməyə hazırdırlar.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1997/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyaları" tələbinə dair iddia ərizəsi təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan diskdən və fotoşəkillərdən görünür ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçının istifadəsində olmuşdur.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 225.2-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci, 33-cü, 34-cü maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1997/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, yeni araşdırma aparmaqla, qızıl əşyalarının həqiqi çəkisini və dəyərini müəyyən etməklə mövcud faktiki hallar üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, həqiqətə nail olmaq üçün məhkəmə işi hərtərəfli və tam araşdırmadan qətnamə qəbul etmişdir.Belə ki, araşdırma zamanı əşyaları tək-tək sadalamadan hansıların onda qalmasını və həmin əşyaların naturada mövcud olub -olmamasını aydınlaşdırmadan yekun qərara gəlmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin qismən təmin olunmasını xahiş etmişdir.Belə ki, nişan üzüyü istisna olmaqla iddia tələbində göstərilən digər qızıl-zinət əşyalarını qaytarmışdır.Nişan üzüyü onda deyil, iddiaçının özündədir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə təqdim edərək 1000 manat dəyərində olan nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar) sarı qızıl istisna olmaqla iddia tələbində göstərdikləri digər qızıl-zinət əşyalarını cavabdeh qaytardığından həmin hissədə iddiadan imtina etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

20. 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1) onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2) ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

21. 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

22. 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddiaçı özünə məxsus əşyaların qaytarılmasını cavabdehdən tələb etməyə haqlıdır.

24. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətində qətnamə 1000 manat dəyərində olan nişan üzüyü 6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl-hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia mübahisələndirilən hissədə -(1000 manat dəyərində olan nişan üzüyü -6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl-hissəsində) rədd olunmalıdır.

37. İddiaçı məxsus 2050 manat dəyərində olan üzük sırğa (16 qr, 0,7 karat brilyant, 750 əyar sarı qızıl), 1450 manat dəyərində olan qolbaq (14,5 qr, 0,4 karat brilyant, 750 əyar sarlı qızıl), 1000 manat dəyərində olan klon (6,5 qr, 0,3 karat brilyant, 750 əyar sarı qızıl), 500 manat dəyərində olan sep (5 qr, 750 əyar sarı qızıl), 350 manat dəyərində olan hədiyyə üzük (4,5 qr, sarı qızıl), qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı verilsin, əgər qızıl-zinət əşyaları aşkar olunmazsa, onların dəyəri, yəni 5350 (beş min üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində iddiaçı iddiadan imtina etdiyinə görə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

38. Məhkəmə Kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən qızıl-zinət əşyaları iddiaçıya qaytarıldığından, cavabdeh 1000 manat dəyərində olan nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar ) sarı qızılın isə onda deyil, iddiaçının özündə olmasını, daha qiymətli qızıl-zinət əşyalarını qaytardığı halda onda olsa idi həmin qızılı da qaytaracağını bildirdiyindən, iddiaçı isə bu hissədə tələbini sübut edə bilmədiyindən iddia bu hissədə təmin olunmamalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Həmçinin, Kollegiya hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1997/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia mübahisələndirilən hissədə -1000 manat dəyərində olan nişan üzüyü (6,5 qr, 0,3 karat brilyant, 750 əyar ) sarı qızılın yaxud dəyərinin tələb edilməsi hissədə rədd edilsin. Dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar