Məhkəmə qərarları › İş №2(103)-7713/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7713/2021

15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7713/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı "aliment məbləğinin dəyişdirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(004)- 932/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 02.04.2007- cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi və 23.10.2018-ci il tarixdən 09.02.2021-ci il tarixədək olan müddət ərzində yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Yasamal rayon Məhkəməsi məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyi üçün, mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması barədə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mülki işin məhkəmə baxışdınça cıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 mülki işin məhkəmə baxışından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və mülki iş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 362-365, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar