Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7756/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2030/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2030/2020 saylı məhkəmə əmrinə əsasən, Borclu X1 xeyrinə 1800 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu xx.xx.2020-ci il tarixdə həmin məhkəmə əmrinə etiraz verərək onun ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 2030/2020 saylı qərardadı ilə etiraz geri qaytarılmış, Borclu buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və ona əlavə olunmuş etirazı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Borclu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2030/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib, çəkişmə prinsipinə əməl etməklə tərəflərin iştirakı ilə etirazı təmin edib ümumi müddəalara uyğun iddia icraatına keçirilməsi barədə qəraradad qəbul edilməsini xahiş etmişdir Şikayəti onunla əsaslandırmışdır ki, qərardadla tanış olduğu zaman poçt xəbərnaməsində xx.xx.2020ci il tarixli məhkəmə əmrini xx.xx.2020-ci il tarixdə qəbul etməyi qeyd olunsada rəsmi həmin sənədin verilməsini təsdiq edən poçt, rabitə vasitələrinin ona təqdim edilməsinə dair qərardadda hər hansı təsdiqləyici sübut qeyd edilməmişdir. Belə ki, məhkəmə əmrindən Nizami rayon İcra və Probasiya şöbəsinə dəvət olunduğu zaman məlumatı olmuş, borc məbləği ilə razı olmadığı üçün barəsində qəbul edilmiş məhkəmə əmrinə dair etirazla məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-2030/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu Abusətdar oğlu şikayəti müdafiə edib təmin olunmasını xahiş etdi Şikayətəbaxılması vaxtı və yeri haqqında xəbərdar edilmiş tələbkar X1 işə onun iştirakı olmadan baxılması və şikayətin təmin edilməməsi ərizəsi daxil olmuşdur. Apellyasiya instansiya məhkəməsi, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəliənin 283-cü maddəsinə görə borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. İşdə olan xəbərnaməli poçt qəbzindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2030/2020 saylı məhkəmə əmri borclunun atası Abusətdər Əliyev tərəfindən xx xxxx 2020-ci il tarixdə qəbul edimişdir. Buna baxmayaraq, borclu həmin əmrə etirazla xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Dolayısı ilə, borclu əmrə etiraz etmək üçün qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüş və həmin müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Borclu məhkəmə əmrinə verdiyi etirazın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Çünki, əmrə etiraz vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və iddia icraatına keçir. Şikayət verən əmrin surətini vaxtında almasını konkret və dəqiq dəlillərlə təkzib edə bilmir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2030/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2030/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7756/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7756/2020
19.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver