Məhkəmə qərarları › İş №2(103)-7760/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7760/2020

19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7760/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin barədə 2(007)-213/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindənverilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində aliment qismində onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(007)- 3036/2019 saylı qərardadı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1643/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi və ya həmin iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(007)-3036/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyət bахılmаsı üçün Bаkı Аpеllyаsiyа Məhkəməsinə göndərilmişdir. Bаkı Аpеllyаsiyа Məhkəməsinin 2(103)-1733/200 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(007)-3036/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmş şikayət qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(007)-3036/2019 saylı qərardadı ləğv edilmiş, mülki iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-213/2020 saylı qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 və X1 üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin xx xxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tutulub, xx xxxxxxxx 1982-ci il tarixdə Quba rayonunda doğulmuş, ünvan 2 mənzil 64 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-213/2020 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-213/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Həmçinin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-213/2020 saylı qərardadı ilə cavabdehin iş üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Nizami rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayətinin təmin edilməsi, həmin qərardadın ləğv edilməsi, icraatda olan İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair mülki iş üzrə icraatın dayandırılmasına dair qərardadın təcili ləğv edilməsi, icraatın təzələnməsi, Nizami rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mübahisə məhkəmədə həll olunanadək və qətnamə qəbul edilənədək yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ondan alınaraq İddiaçı verilməsi barədə qərardadının ləğv edilməsi, icrada dönüş edilməsi, ondan tələm-tələsik, məcburi şəkildə alınaraq iddiaçıya verilmiş 3.000 (üç min) manat məbləğində pul vəsaitinin iddiaçıdan təcili alınaraq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi onun bu şikayətini təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İş materiallarından görünür ki xx.xx.2020-ci il tarixdə Məhkəmənin “müvəqqəti alimnetin tutulmasına dair qərardaddan cavab tərəfindən verilmiş şikayətin geri qaytarılması” barədə, həmçinin “iş üzrə icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi” barədə fərqli iki qərardad qəbul etmiş, cavabdeh şikayətində məhkəmənin həm xx.xx.2020-ci il tarixli qərardadının, həm də “iş üzrə icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi” barədə xx.xx.2020-ci il tarixli qərardadı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi həmin şikayətə baxaraq xx xxxxxxxx 2020-ci il tarixli qərardad qəbul edilərək, xx.xx.2020-ci il tarixli qərardaddan verilmiş şikayəti təmin etməmişdir. xx.xx.2020-ci il tarixli qərardadının məzmunundan görünür ki, “iş üzrə icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi” barədə xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, bununla belə “müvəqqəti alimentin tutulması” barədə xx.xx.2020-ci il tarixli qərardaddan verilmiş şikayətin dəlillərinə qərardadın əsaslandırıcı hissəsində münasibət bildirsə də, nəticə hissəsində bu şikayətə münasibət bildirməmişdir. Bu səbəblə kollegiya hesab edir ki, Cavabdeh “müvəqqəti alimentin tutulması” barədə 2(007)-213/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş həmin şikayətə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi ərizə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarıldığından o, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadını mübahisələndirə bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyrimümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-213/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin, həmin hissədə mülki iş apellyasiya baxışından çıxarılsın və mülki iş həmin şikayətə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar