Məhkəmə qərarları › İş №2(103)-7762/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7762/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7762/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(004)-5084/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin qadağan olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 4,6, mənzil 45, (Yeni qaydalarla AZ 1006, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan mənzildən cavabdehin əmlaklarının öz hesabına çıxarılması, mənzilə giriş qapısının açarlarının qaytarılması, onun həmin mənzilə köçürülməsi və mənzildən istifadəsinə maneələrin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil Yasamal rayonu ərazisində yerləşdiyindən, iddiaçı iddia ərizəsini AR MPM-in 39.1-ci maddəsinə əsaslanaraq müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yerə görə vermişdir. Halbuki, həmin maddəyə əsasən, yalnız aşağıda qeyd edilən mübahisələr üzrə iddialar daşınmaz əmlakın olduğu yerə görə verilir: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlakla bağlı hansı mübahisələrə müstəsna aidiyyət qaydasında baxılmalı olmasını konkret müəyyən etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir, bu halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Həmin qərara əsasən, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Lakin hazırkı iddia mübahisə predmeti olan daşınmaz əşya üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, həmçinin, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, eləcə də mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması barədə deyildir. İddia əslində AR MPM-in 35.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. Cavabdeh qeydiyyat ünvanı ünvan 2 Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(004)-5084/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(004)-5084/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 4,6, 45 saylı mənzil 45 (Yeni qaydalarla AZ 1006, ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyya nömrəsi ilə qeydiyyatdan keşmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin müstəsna aidiyyət qaydalarını müəyyən edən 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı mübahisənin predmeti olan daşınmaz əmlak- Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 4,6, 45 saylı mənzil 45 (Yeni qaydalarla AZ 1006, ünvan 1 Yasamal rayonu ərazisində yerləşdiyindən, iddiaçı haqlı olaraq həmin mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi vəsatətin təminindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(004)- 5084/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar