Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7763/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil Yaşar oğlunun iştirakı ilə, İddiaçı x qızının Cavabdeh İsrafı̇ l oğluna qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2021ci il tarixli, 2(011)-2463/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cəlal qızı Cavabdeh qarşı 21.09.2020-ci il tarixində Bakı şəhəri 52 saylı notariat kontorunda, İddiaçı Cəlal qızı ilə Cavabdeh arasında bağlanmış “Alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və cavabdehdən müqavilənin şərtlərinə görə ödədiyi 80.000 manat, bank və notariat xərclərinə görə ödədiyi 322 manat və dəbbə pulu olaraq 3.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ilə arasında ona məxsus xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 440 kv.m torpaq sahəsinin 220 kv.m-nin alqı-satqısına dair 21.09.2020-ci il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh həmin alqı-satqı ilə bağlı iddiaçıdan aldığı 80.000 manatın və notariat xərcləri üçün ödədiyi 332 manatına, cəmi 80.332 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, 21.09.2020-ci il tarixində Bakı şəhəri 52 saylı notariat kontorunda İddiaçı Cəlal qızı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 440 kv.m torpaq sahəsinin bir hissəsini, yəni 220 kv.m olan sahəsini iddiaçıya 80.000 manata satmışdır. Söhbət zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin o biri hissəsini, yəni qalan 220 kv.m sahəsini 08.09.2020-ci il tarixində X5 adlı şəxsə satmışdır. Bağlanmış müqavilənin 7-ci bəndinə əsasən alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra, satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə borcludur. Bu halda söhbət satılan torpaq sahəsinin çizgisindən, yəni bölgü sxemindən gedir. Satıcı Cavabdeh iddiaçıya bildirmişdir ki, torpaq sahəsinin ümumi cizgisini birinci alıcıya, X3 vermişdir. O da, öz növbəsində, torpaq sahəsinin bölünməsi üçün cizgini DƏDRX-nə təqdim etdiyini və bölgü sxeminin 16.10.2020-ci il tarixdə hazır olacağını bildirmişdir. İddiaçı 16.10.2020-ci il tarixdə birinci alıcı X5 ilə əlaqə saxlamış və o, bölgü sxeminin surətini iddiaçıya vermişdir. Onlar birlikdə bölgü sxeminə əsasən torpaq sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, iddiaçıya satılan torpaq sahəsinin yarıdan çoxu (təxminən 126 kvadrat metri) birinci alıcı tərəfindən hasara alınmışdır. İddiaçı bu məsələnin araşdırmasını tələb etdikdə, Asif adlı şəxs torpağın bu formada ona satılmasını bildirmiş, həmçinin qeyd etmişdir ki, o, bölgü-sxem, cizgini tanımır. Bu məsələni araşdırmaq üçün iddiaçı satıcı Cavabdehla görüşmüş, o, etiraf etmişdir ki, onun köməkçisi səhvə yol verib. İddiaçı aldadıldığını başa düşmüş və pulunu geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə bildirmişdir ki, hal-hazırda nağd pulu yoxdur. Ona möhlət verməyi xahiş etmişdir. Aralarında olan razılığa əsasən iddiaçı bir ay möhlət vermiş, lakin həmin razılaşmadan sonra 7 ay keçməsinə baxmayaraq Elmar iddiaçının pulunu qaytarmır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli 2(011)-2463/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında iddiaçının nümayəndəsi iddiaçının apellyasiya şikayətindən imtinasına dair ərizəsini məhkəməyə təqdim edərək, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(011)-2463/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsinin verdiyi apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(011)-2463/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7763/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7763/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver