Məhkəmə qərarları › İş №2(103)-778/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-778/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-778/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 oğluna qarşı iş üzrə (Açar sözlər: mənzilin alqı-satqısından əldə edilmiş pulun ½ hissəsinin ona verilməsi və cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi) Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X4 ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “mənzilin alqı-satqısından əldə edilmiş pulun ½ hissəsinin ona verilməsi və cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair” ilk iddiası ilə bağlı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 2015-2016-cı illərdə, yəni birgə nikah dövründə İddiaçı əri Cavabdehla alqı-satqı yolu ilə tikinti şirkətindən yeni inşa edilmiş: ünvan 1 ünvanda yerləşən 170 saylı mənzili (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) əldə etmişlər. Həmçinin tərəflət birgə nikah dövründə xx.xx.2018-ci ildə İddiaçı adına “HUNDAY ELANTRA” markalı, ** RS *** Dövlət Qeydiyyat nömrəli avtomobil almışlar. 19 oktyabr 2021-ci il tarixdə tərəflər arasındakı nikah pozulmuşdur. Hazırda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqısatqısından əldə edilmiş pulun ½ hissəsinin ona verilməsini və cehiz əşyaların qaytarılmasını, bu mümkün olmadıqda dəyərinin ödənilməsini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə birgə nikah dövründə əldə etdikləri İddiaçı adına alınmış “HUNDAY ELANTRA” markalı, ** RS *** Dövlət Qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə onun payının, ½ hissədə cavabdehin payının müəyyən edilməsini xahiş edir.

2. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 170 (Yeni qaydalarla: AZ1118 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6 tam paylı mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

3. İş materiallarında olan, satıcı Cavabdeh ilə alıcı X10 arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, b.72F, 72D, 72E, 2561-ci məhəllə, m.170 ünvanında yerləşən ümumi sahəsi 50,2 kv.m olan mənzili alıcı X5 mükiyyətinə verilir. Əmlakın alqı-satqı qiyməti 50.000 manat müəyyən edilmişdir.

4. İş materiallarında olan, xx.xx.2018-ci il tarixdə verilmiş, AD № 355147 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013-cü il olan “HUNDAY ELANTRA” markalı, ** RS *** Dövlət Qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı adına qeydə alınmışdır.

5. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7149/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsində 15 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü X16, xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X7 anası İddiaçı yanında qalması, 23 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “mənzilin alqı-satqısından əldə edilmiş pulun ½ hissəsinin ona verilməsi və cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alğı-satqısından əldə edilmiş 50.000 manat pul vəsaitinin ½ hissəsinin, yəni 33.333 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini belə əsaslandırılmışlar ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2004-cü il tarixdə X16, xx.xx.2007-ci il tarixdə X14, xx.xx.2013-cü il tarixdə isə X15 anadan olmuşlar. 2015- 2016-cı illərdə, yəni birgə nikah dövründə həyat yoldaşı Cavabdeh ilə təxminən 57.000 manata, nağd pulla tikinti şirkətindən yeni inşa edilmiş: ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilini (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqı yolu ilə əldə etmiş və mənzili təmir etdirməyə başlamışlar. Təxminən mənzilin tam təmirinə 20.000 manata yaxın pul xərcləmişlər. Təmirin bitdiyi dövrdən 2021-ci ilin avqust ayınadək sözügedən mənzildə birgə yaşamışlar. 12 avqust 2021-ci il tarixdə uşaqları ilə birlikdə Cəlilabad rayonuna qonaq getmişdir. 6 gün sonra, yəni 18 avqustda Cavabdeh onun evə qayıtmağını istəmişdir. O, uşaqları götürüb Bakı şəhərinə, yaşadıqları evə gəlmişdir. Cavabdeh ona təkif etmişdir ki, yaşadıqları evi satıb “Həzi Aslanov” metrosu yaxınlığında özlərinə yeni mənzil alsınlar. O, cavabdehin təklifi ilə razılaşaraq 18 avqust 2021-ci il tarixdə, saat 16:41-də evin satılması üçün notarial qaydada razılıq vermişdir. Üstündən bir sutka keçməmiş, yəni 19 avqust 2021-ci il tarixdə, saat 16:03 radələdində Cavabdeh əvvəlcədən planlaşdırdığı şəkildə, tez bir zamanda birgə nikah dövründə əldə etdikləri və yaşadıqları mənzili dəyərindən qat-qat aşağı qiymətə, 50.000 manata qohumu və yaxın dostu X3 və onları evdən qovmuşdur. Ona və uşaqlarına məxsus geyim əşyalarının bir hissəsini onların müvəqqəti yaşadığı ünvana göndərmişdir. Əşyaların digər hissəsi, o cümlədən onun cehiz əşyaları hal-hazırda mübahisəli mənzildədir. Sonradan məlum olmuşdur ki, Cavabdeh məqsədi yeni mənzil almaq deyildir. Əgər onun belə fikri olsaydı, o, yaşadıqları mənzili tez bir zamanda, çox ucuz qiymətə, dostuna satmazdı və 09 sentyabr 2021-ci il tarixdə ona qarşı Xətai Rayon Məhkəməsində “nikahın pozulması tələbinə dair” iddia qaldırmazdı. Hal-hazırda, bu soyuq payız aylarında o, 3 uşaqla küçələrdə qalmış, yaşamağa yeri yoxdur. Cavabdeh isə satdığı mənzildən əldə etdiyi pul vəsaitindən ona və uşaqlarına heç nə vermək istəmir.

8. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən İddiaçı 07 dekabr 2021ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 2 ünvanda yerləşən 170 saylı mənzilində (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) qalmış cehiz əşyalarının - dəyəri 2.100 manat olan yataq dəstinin, dəyəri, 1.100 manat olan mətbəx mebelinin, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stulun, dəyəri 9 manat olan uşaq mebelinin, dəyəri 350 manat olan elektrik peçinin (duxovkanın), dəyəri 450 manat olan 3 ədəd pərdənin, dəyəri 900 manat olan soyuducunun, dəyəri 600 manat paltaryuyanın, dəyəri 600 manat olan paltar şkafının Cavabdeh alınaraq ona verilməsi, olmayan əşyaların dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri İddiaçı adına alınmış “Hunday Elantra” markalı, ** RS *** dövlət qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə onun payının, ½ hissədə cavabdeh İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2004-cü il tarixdə X16, xx.xx.2007-ci il tarixdə X14, xx.xx.2013-cü il tarixdə isə X15 anadan olmuşlar. 19 oktyabr 2021-ci il tarixdə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə, yəni xx.xx.2018-ci ildə cavabdeh İddiaçı adına “HUNDAY ELANTRA” markalı, ** RS *** Dövlət Qeydiyyat nömrəli avtomobil alınmışdır. Nikah pozulduqdan sonra da həmin avtomobil cavabdehin sərəncamında, sahibliyində və istifadəsindədir. Birgə nikah dövründə əldə etdikləri İddiaçı adına alınmış “HUNDAY ELANTRA” markalı, ** RS *** Dövlət Qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə onun payının, ½ hissədə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır.

11. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən məhkəmənin 11 noyabr 2021-ci il tarixli iclasında X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-318/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova), İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqısından əldə edilmiş 50.000 manat pul vəsaitinə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi, həmin məbləğin 25.000 manatının (iyirmi beş min) Cavabdeh alınaraq İddiaçı verilməsi, ünvan 2 ünvanda yerləşən 170 saylı mənzilində (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) qalmış cehiz əşyaları- dəyəri 2.100 manat olan yataq dəsti, dəyəri, 1.100 manat olan mətbəx mebeli, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stul, dəyəri 9 manat olan uşaq mebeli, dəyəri 350 manat olan elektrik peçi (duxovka), dəyəri 450 manat olan 3 ədəd pərdə, dəyəri 900 manat olan soyuducu, dəyəri 600 manat olan paltaryuyan, dəyəri 600 manat olan paltar şkafının Cavabdeh alınaraq İddiaçı verilməsi, olmadığı təqdirdə onların pul dəyərinin İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə rədd olunması, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, “Hunday Elantra” markalı, ** RS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində ½ hissədə Cavabdeh payının, ½ hissədə cavabdeh İddiaçı payının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ünvan 1 ünvanda yerləşən 170 saylı mənzil (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) birgə nikah dövründə əldə edilmiş əmlakdır və qeyd edilən mənzilə İddiaçı pay hüququ yaranmışdır. Mənzil satıldığından onun alqı-satqısından əldə edilmiş vəsaitə İddiaçı payı tanınmalıdır.

14. Birinci instansiya məhkəməsi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsində olan uşaqların mənafeyi nəzərə alınaraq mübahisəli mənzilin 2/3 hissəsinə onun mülkiyyət hüquqlarının tanınmasına dair tələbi ilə bağlı qeyd etmişdir ki, ailə qanunvericiliyinin tələbinə görə özlüyündə uşağın valideynlərdən hər hansı biri ilə qalması və ya uşağın xəstə olması, onun əlavə qayğıya ehtiyacının olması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas vermir. Bunun üçün həmin valideynin yanında qalmış yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafelərinin əmlak bölgüsünün bərabər aparılmamasına dəlalət etdiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Uşağın ananın himayəsində olması və ona baxmağın əlavə xərclər tələb etməsi ayrı iddia tələbinin predmenti olmaqla, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81, 85-ci maddələrinin tələbləri baxımından Cavabdeh qarşı irəli sürülə bilər.

15. Birinci instansiya məhkəməsi iddia tələbinin tərəflərin birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsi üzərində tərəfərin paylarının müəyyən edilməsi hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də qismən əsaslı olduğundan qismən təmin edilməli, “Hunday Elantra” minik markalı, ** RS *** dövlət qeydiyyat nömrə nişanlı, 2013-cü il buraxılışlı nəqliyyat vasitəsinin ½ hissəsində iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ½ hissəsində cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payları müəyyən edilməlidir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin cehiz əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, cehiz əşyalarının cavabdehdə qalması öz təsdiqini tapmış və cavabdeh tərəf bunun əksi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan cehiz əşyaları natura şəklində, bu mümkün olmadığı təqdirdə isə çatışmayan əşyaların dəyərinin pul şəklində Cavabdeh alnaraq İddiaçı verilməlidir. Digər tərəfdən Cavabdeh İddiaçı ondan tələb etdiyi əşyaların dəyərini mübahisələndirməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 157.1, 223.3, 225.1 və 225.3-cü, Ailə Məcəlləsinin (bundan sonra - AM) 31, 32.1, 32.2.2, 34.1, 34.2, 36.1, 36.3, 36.4, 37.1, 37.2 və 37.3-çü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 217.4 və 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

19. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

20. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prоsessual hüquq nоrmalarının pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı notarial razılığı ilə X1. İddiaçı onunla xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, iddiaçının hər hansı bir cehiz əşyası olmamaş, İddiaçı ona qoşulub qaçaraq ailə həyatı qurmuşdur. Evdə olan əşyaları özü “Embavud” mağazasından kredit götürərək almışdır. İddiaçı onun evinə gəlin gələndə hər hansı bir cehiz əşyası olmamış, bütün əşyalar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6-da yerləşən mənzili alındıqdan sonra kreditə alınmışdır. İddiaçı həmin əşyaların nə vaxt alınmasını, nə vaxtı mənizlə yerləşdirilməsini sübüta yetirə bilməsədə məhkəmə əsassız qətnamə qəbul etmişdir. Mübahisəli ev birgə nikah dövründə alınmasına baxmayaraq birgə nikah dövründə əldə olunmuş pul vasitəsi ilə deyil, anası X9 məxsus mənzil 23 may 2013-cü il tarixdə 80.000 manata satılaraq alınmışdır. Birgə nigah dövründə əldə olunsa da birgə nigah dövründə əldə olunmuş pulla əldə edilməmiş əmlak birgə nigah dövründə də iddiçının yazılı razılığı ilə satılmış və ailənin xərclərinə sərf edilmişdir. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

21. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

22. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdilər.

24. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etməklə qətnamə qismən mübahisələndirdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

29. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

30. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razlaşmaya əsasən onlar arasında bölünə bilər.

31. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

32. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

33. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

34. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

35. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

36. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

37. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

38. Maddə 32.1. Nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

39. Maddə 32.2.1 maddəsinin tələbinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və.s).

40. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın nikah dövründə qazandığı hər hansı sair əmlak daxildir.

41. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

42. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

43. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

44. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

45. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Prosessual Məcəllə:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hər hansı əmlakın Ailə Məcəlləsinin 32-ci maddəsinin və Mülki Məcəllənin 225-ci maddəsinin tələbləri baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün ilk növbədə onun nikah müddətində mövcud olduğu (qazanıldığı, əldə edildiyi, ödənildiyi və s.) müəyyən edilməlidir.

56. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilin birgə nikah dövründə alınmasına baxmayaraq birgə nikah dövründə əldə olunmuş pul vasitəsi ilə deyil, anası X9 məxsus mənzilin 23 may 2013-cü il tarixdə 80.000 manata satılaraq alınması, mübahisəli mənzil birgə nigah dövründə əldə olunsa da, birgə nigah dövründə əldə olunmuş pulla əldə edilməmiş əmlakın birgə nigah dövründə də iddiçının yazılı razılığı ilə satılması və ailənin xərclərinə sərf edilməsi, İddiaçı onun evinə gəlin gələndə hər hansı bir cehiz əşyası olmaması, bütün əşyaları sonradah özü “Embavud” mağazasından kredit götürərək alması barədə apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

57. Belə ki, iş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzili (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikah dövründə yəni, 2015-2016-cı illərdə əldə etmişlər, həmin mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil 50.000 manata X1.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

59. Şərh olunan maddi-hüquq normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ərarvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib - göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır.

60. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə X2 və bundan 20 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə iddiaçı qismində Cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, mənzilin satışından əldə edilmiş pulun ailə ehtiyacları üçün xərclərməsi ağlabatan deyil.

61. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində öz əksini tapmış cehiz əşyalarının cavabdehdə qalması öz təsdiqini tapmış və cavabdeh tərəf bunun əksi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir.

62. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını nəzərə alaraq birinci instansiya məhkəməsinin mübahisəli mənzilə və cehiz əşyalarına dair gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

63. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin mübahisəli mənzilin birgə nikah dövründə alınmasına baxmayaraq birgə nikah dövründə əldə olunmuş pul vasitəsi ilə deyil, anası X9 məxsus mənzilin satılaraq həmin vəsait hesabina alınması və İddiaçı onun evinə gəlin gələndə hər hansı bir cehiz əşyasının olmaması, bütün əşyaları sonradah özü “Embavud” mağazasından kredit götürərək alması barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.

64. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

65. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, həmçinin məhkəmə birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə artıq qiymət verildiyindən, kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

66. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar