Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7785/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X11, Cavabdeh1, onun nümayəndəsi-vəkili X2 iştirakı ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-181/2021 saylı 16.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağ evi 842T ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evinin Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarış ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağ evi 842T ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evinin Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 qarşı 27.10.2017-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək və Cavabdeh2 20000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan manatı ilə pul vəsaiti və 21000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(007)-6540/2017 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş və Cavabdeh2 20000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 21000 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(103)-3728/2018 saylı qətnaməsi ilə, Cavabdeh2 oğiunun apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 21000 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh2 9471 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(102)- 1472/2019 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra vərəqəsində 21000 ABŞ dolları və 9471 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq ona ödənilməsi barəsində qərar, Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icra olunması üçün Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icra şöbəsində olduğu zaman icra məmuru tərəfindən Cavabdeh2 mülkiyyətində hər hansı əmlakların olub-olmaması barədə sorğular göndərilmiş, lakin sorğuların nəticəsi olaraq Cavabdeh2 mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh2 onun tərəfindən 27.10.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsində pul tələbi barədə iddia qaldırdığını bilib, gələcəkdə ona olan borcun ödənilməsi məqsədilə onun mülkiyyətində olan əmlaklara yönəldilməsini nəzərə alıb 22.11.2017-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Kontorunda iki müxtəlif daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlamışdır. 22.11.2017-ci il tarixli, 4Ə-68 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzil Cavabdeh1 bağışlanmışdır. 22.11.2017-ci il tarixli, 4Ə-69 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağ evi 8421 ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.3 kv.m olan bağ evi Cavabdeh1 bağışlanmışdır. Qeyd olunan hər iki əmlak Cavabdeh2 tərəfindən həyat yoldaşı X11 qardaşı olan Cavabdeh1 bağışlanmışdır. Hər iki müqavilənin eyni gündə bağlanma məqsədi ona olan borcun ödənilməməsi məqsədi daşıyır, hər iki müqavilə uydurma əqdlərdir və borc öhdəliyini icra etməkdən boyun qaçırmaq üçün bağlanmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təimn edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Nizami rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdehlərin səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nizami rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X12 ifadə verərək göstərmişdir ki, tərəfləri tanıyır və aralarında heç bir qərəzçilik yoxdur. X17 onun qayınanasıdır. Yoldaşı ona demədən onlara məxsus olan qızıl-zinət əşyalarını qayınanasıgildə saxlayırmış. 2009-cu il qayınanasıgildə oğurluq olmuşdur. Məlum olmuşdur ki, onların qızılları da oğurlanmışdır. Hesablamışlar və qızılların dəyəri 50000 manat imiş. Həyat yoldaşına demişdir ki, ya valideynlərinə desin ki, pulu versin, ya da ayrılacaqlar. O da valideynlərinə demişdir. Valideynləri danışmışlar və ona təklif etmişlər ki, Pirşağıda bağ evləri var. Evi onlara 130000 manatdan versinlər. 50000 manat qızılların borcuna çıxılsın, qalan 80000 manatı da ödəsin. O vaxt maddi vəziyyəti yaxşı olduğundan, həm da özü də bağ almaq istədiyindən həyat yoldaşının təklifini qəbul etmişdir. Lakin daha sonra müflis olmuş və 80000 manatı ödəyə bilməmişdir. Ona görə təkrar söz-söhbət yaranmışdır və bağ evini tələb etmişlər. Onlar da evi qaytarmışlar. Lakin söz-söhbət bitməmişdir. Həyat yoldaşı boşanmaq üçün iddia vermiş, o da etiraz etməmişdir. Lakin qayınanasıgil Alimlə nə danışmışlarsa bilmir, onun qızıllara görə yaranmış 50000 manatı ona qaytarılmışdır. Bundan sonra iki uşağı olduğundan yoldaşı ilə barışmışdır. O evlənməmişdən əvvəl bilirmiş ki, Alimin Pirşağıda torpağı varmış və onun kamazları olduğundan özü orda tikinti aparmışdır. Qayınatası 2 dəfə insult keçirmiş, axrıncı 2-3 il əvvəl olmuşdur. Qızıllar evlənəndə verilmişdir və onalra məxsus olmuşdur. Qızıllar oğurlandığı üçün bağ onun həyat yoldaşına verilmişdir. Və bundan sonra o uşaqlarını düşünmüş və bağın onun həyat yoldaşına bağışlanmasına görə problem yaratmamış və onunla barışmışdır. Həmçinin qeyd edir ki, həyat yoldaşına bağışlanılmış bağ sahəsini sənədlə qayınatası tərəfindən verildiyi üçün, elə ona da qaytarmışlar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X7 ifadə verərək göstərmişdir ki, o, tərəfləri tanıyır. Hər iki tərəflər münasibəti normaldır və qərəzçilik yoxdur. Qayınatasının Pirşağıda evi olmuş və Cavabdeh2 atası Yusif ilə qayınatası qonşu olmuşdur. Cavbdeh Cavabdeh1 da Pirşağıda evi var, özü tikmişdir. Cavabdeh2 Pirşağıda evi yoxdur. 31 ildir ki, evlidir, həmin vaxtdan qayınatasına məxsus olan bağ evinə gedib-gəlir və Cavabdeh1 da 25 ildir ki, tanıyır. Yusifin Pirşağıda olan ev iddiaçıya satılmışdır. Alimin Pirşağıdakı evində isə bacısı və onun həyat yoldaşı və uşaqları yaşayır. Axrıncı dəfə Alimi bağ evində yayda görmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı № ******* saylı 19.08.2009-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında X3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 842/t nömrəli bağ evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1973 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyatda alınmışdır. İşdə olan 05 avqust 2015-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 842/t nömrəli bağ evini Cavabdeh2 bağışlamışdır. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6540/2017 saylı 28.12.2017-ci il tarixli qətnaməsindən görünür ki, X4 20000 ABŞ dolları pul qətnamənin icra oldunduğu günə manat məzənnəsi ilə və 21000 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10)-3728/2018 saylı 24.09.2018-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 21000 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin olunmasını, Cavabdeh2 9471 manat pulun tuularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1472/2019 saylı 11.03.2019-cu il tarixli qərarından görünür ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli 2(10)-3728/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı 24.08.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Pirşağı qəsəbəsi bağ evi 842T ünvanında olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evi və torpaq sahəsi Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1973 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. İşdə olan 22 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Pirşağı qəsəbəsi bağ evi 842T ünvanında xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan 842T nömrəli bağ evini və torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 18 saylı evin 41 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 1396 saylı reyestr kitabında 209557 səhifəsində 30/209557 № ilə 22.06.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan 22 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 bağışlamışdır. İşə əlavə edilmiş X11 21.11.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, əri Cavabdeh2 məxsus olan ünvan 7 ünvanında yerləşən 41 saylı mənzilin və Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 842T nömrəli bağ evinin qardaşı Cavabdeh1 bağışlamasına etiraz etmir. - X8 18.11.2017ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 18 ünvanında yerləşən 41 saylı şəxsi mənzilin bağışlanmasına etiraz etmir. - X9 18.11.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, , Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 18 ünvanında yerləşən 41 saylı şəxsi mənzilin bağışlanmasına etiraz etmir. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, X14, X15, X17 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan 26 saylı Şəhər Poliklinikasının 13.12.2017-ci il tarixli 645 saylı məlumatından görünür ki, ünvan 9 ünvanında yaşayan 1948-ci il təvəllüdlü Cavabdeh2 “Hepertoniya xəstəliyi İİİ dərəcə, Baş beyin qan dövranının işemik tipli pozulması (təkrari insult) 2001-ci il və 2017-ci illərdə, Sol tərəfli Hemiparez” diaqnozu ilə poliklinikada dispanser qeydiyyatdadır İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Cavabdeh2 qarşı 27.10.2017-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək və Cavabdeh2 20000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan manatı ilə pul vəsaiti və 21000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(007)-6540/2017 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş və Cavabdeh2 20000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 21000 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(103)-3728/2018 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 21000 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh2 9471 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(102)- 1472/2019 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra vərəqəsində 21000 ABŞ dolları və 9471 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq ona ödənilməsi barəsində qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icra şöbəsində olduğu zaman icra məmuru tərəfindən Cavabdeh2 mülkiyyətində hər hansı əmlakların olubolmaması barədə sorğular göndərilmiş, lakin sorğuların nəticəsi olaraq Cavabdeh2 mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 onun tərəfindən 27.10.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsində pul tələbi barədə iddia qaldırdığını bilib, gələcəkdə ona olan borcun ödənilməsi məqsədilə onun mülkiyyətində olan əmlaklara yönəldilməsini nəzərə alıb 22.11.2017-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Kontorunda 02 (iki) müxtəlif daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlamışdır. 22.11.2017-ci il tarixli, 4Ə-68 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzil Cavabdeh1 bağışlanmışdır. 22.11.2017-ci il tarixli, 4Ə-69 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağ evi 842T ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evi Cavabdeh1 bağışlanmışdır. Qeyd olunan hər iki əmlak Cavabdeh2 tərəfindən həyat yoldaşı X11 qardaşı olan Cavabdeh1 bağışlanmışdır. İddiaçı hesab edir ki, hər iki müqavilənin eyni gündə bağlanma məqsədi ona olan borcun ödənilməməsi məqsədi daşıyır, hər iki müqavilə uydurma əqdlərdir və borc öhdəliyini icra etməkdən boyun qaçırmaq üçün bağlanmışdır. Bu səbəbdən də, hər iki bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Uydurma əqddə tərəflər hüquqi nəticə yaratmaq barədə deyil, əslində hər hansı hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəlmiş olurlar. Əqdin uydurma sayılması üçün bunu hər iki tərəfin bilərək və istəyərək, yəni qəsdən etmələri lazımdır. Əgər tərəflərdən birinin qəsdi sübuta yetirilməzsə uydurma əqddən söhbət gedə bilməz. Bu etibarsızlıq şərtlərini sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür və onlardan hər hansı birinin aşkar edilməməsi belə iddianın rədd edilməsi üçün əsasdır. Hazırkı iş üzrə mübahisələndirilən əqdlər 22 noyabr 2017-ci il tarixli bağışlama müqavilələridir. Müqavilələrə görə, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağ evi 842T ünvanında xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evini və torpaq sahəsini qardaşı Cavabdeh1 bağışlamışdır. Müqavilə bağlanarkən digər zəruri şərtlərlə yanaşı, həmin mənzildə qeydiyyatda olan şəxslərin, o cümlədən X11, X8 və X9 da razılığı alınmışdır. Bu xüsusat, işdə olan və həmin şəxslər tərəfindən ünvan 10 ünvanlanmış 2017-ci ilin noyabr ayında vermiş olduqları ərizələrdə öz əksini tapmışdır. Müqavilə üzrə öhdəlik icra edilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi, tərəflər sözügedən müqavilələri bağlayarkən bağışlama müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyətində olmuşlar. Eyni, zamanda, iddiaçı, həmin müqavilə tərəflərinin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini, müqavilələrin yalnız görünüş üçün bağlandığını və bunun hər iki tərəfin qəsdi ilə əhatə olunduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsi ilə X10 20000 ABŞ dolları pul qətnamənin icra oldunduğu günə manat məzənnəsi ilə və 21000 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 21000 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin olunmasını, Cavabdeh2 9471 manat pulun tuularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi 11.03.2019-cu il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli qətnaməsi razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli qətnaməsi isə 11 mart 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və hazırda da icra mərhələsindədir. Yəni iddiaçının Cavabdeh2 qarşı pul tələbinə dair qaldırdığı iddia 2017-ci il tarixdə verilsə də, X4 20000 ABŞ dolları pul qətnamənin icra oldunduğu günə manat məzənnəsi ilə və 9471 manat pulun ona ödənilməsi ilə bağlı qətnamə 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi 28.12.2017- ci il tarixdə qət edilsə də, mübahisə predmeti olan müqavilələr bundan əvvəl, yəni 22.11.2017-ci il tarixdə bağlanmışdır. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh2 qanuni qüvvəyə minmiş qətnamənin icrasından yayınmır, ödənişlər edir. Hətta məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X17 izahat verərək bildirmişdir ki, hazırda iddiaçıya olan borcdan birdəfəlik 25000 manat ödəyə bilər, lakin iddiaçı bununla razılaşmamışdır. Yəni iddiaçının iddia tələbində qeyd etdiyi halların mövcud olması üçün cavabdeh tərəfin borcu ödəməkdən yayınması halı təsdiq edilməlidir ki, qeyd olunan hal nə birinci instansiya məhkəməsində, nə də ki kollegiyanın iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7785/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7785/2021
07.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver