Məhkəmə qərarları › İş №2(103)-7787/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7787/2023

25.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7787/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5320/2023 saylı işi üzrə 16 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5320/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına uyğun verilmədiyindən geri qaytarılmışdır. Daha sonra məhkəmə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə göndərilmədiyini əsas gətirərək qərardaddan iddiaçı tərəfindən verilən şikayəti xx.xx.2023-cü il tarixli qərardadla geri qaytarmış və yenidən təkrar olaraq qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2, 135.3, 135.6, 135.8, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından müəyyən olunur ki, hazırda məhkəmənin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardadı iddiaçıya xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təhvil verilmiş, qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə, yəni xx.xx.2023-cü il tarixdə verilmiş, lakin şikayətə müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. İddiaçı Yasamal rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək yeni qərardad qəbul edilməsi barədə şikayət vermiş və şikayətdə qeyd edilmişdir ki, Yasamal rayon məhkəməsi Mülki Prosessual qanunvericiliyin aidiyyat üzrə müvafiq maddələrini əsas gətirərək iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərardad qəbul etmiş, qərardad ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuş, həmin tarix etibarilə asan imzası və elektron məhkəmə sisteminə girişi olmadığı üçün xx.xx.2023-cü il tarixli qərardaddan şikayət poçt vasitəsilə verilmiş və məhkəmə bu əsasla şikayəti xx.xx.2023-cü il tarixli qərardadla geri qaytarmışdır. Sonra tərəfindən asan imza alınmış və elektron məhkəmə sistemində şəxsi kabinet yaradılmışdır. Həmin kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixində təqdim olunmuş qərardaddan təkrar olaraq xx.xx.2023-cü il tarixində şikayət verilmişdir. Daha sonra Yasamal rayon Məhkəməsi şikayətin qanunvericiliklə müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsini əsas gətirərək geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli, 2(004)-5320/2023 saylı qərardad qəbul etmişdir. Məhkəmənin istinad etmiş olduğu Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən, Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddənin məzmunundan aydın olur ki, məhkəmə sənədləri o halda elektron kabinetə yerləşdirilir ki, həmin şəxs elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçmiş olsun. Belə olduğu təqdirdə məhkəmənin Mülki Prosessual Məcəllənin müvafiq maddəsinə istinad edərək qərar qəbul etməsi əsassızdır. Habelə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından sonra tərəfindən elektron məhkəmə informasiya sistemində şəxsi kabinet yaradılmış, bu səbəbdən şikayət elektron qaydada şəxsi kabinetin yaradılması üçün sərf olunan vaxt nəzərə alınmaqla bir neçə gün gecikmə ilə, xx.xx.2023-cü il tarixində verilmişdir. Hesab edir ki, baxılan bu halda da müddətin buraxılması üzrlü hesab edilməli idi. Həmçinin sözügedən qərardadda məhkəmə poçt vasitəsilə göndərilmiş xx.xx.2023-cü il tarixli şikayətə ümumiyyətlə, toxunmamış, yalnız elektron qaydada ikinci dəfə verilmiş xx.xx.2023-cü il tarixli qərardadı əsas gətirmişdir. Hesab edir ki, ilkin verilmə tarixi nəzərə alındıqda şikayət prosessual müddət daxilində verilmişdir. Belə ki, şikayətin ilkin olaraq xx.xx.2023-cü il tarixində verilməsi poçt göndərişinin qəbzi ilə də təsdiq olunur. Belə olduğu halda prosessual müddətin ötürülməsindən söhbət gedə bilməz. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5320/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (268.1,396.1-ci maddələr) tələblərinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 128-146, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Lakin bu halların müzakirə edilməsi üçün müddətlərlə bağlı müraciət olmalıdır. Belə ki, iddiaçı özü şikayətində elektron məhkəmə informasiya sistemində şəxsi kabinet yaradılması üçün sərf olunan vaxt nəzərə alınmaqla bir neçə gün gecikmə ilə şikayəti verdiyini və bu halda da müddətin buraxılmasının üzrlü hesab edilməli olduğunu qeyd etmişdir. Müddətin üzrlü hesab edilməsi üçün isə vəsatət verməmişdir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ prosessual qanunvericilyinin tələblərinə uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5320/2023 saylı işi üzrə 16 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar