Məhkəmə qərarları › İş №2(103)-7809/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7809/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7809/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Cavabdeh və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3032/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı xx.xx.2014-cü il tarixli AZ-İİİ seriyalı, 230941 nömrəli doğum haqqında şəhadətnamə (səh.8), xx.xx.2014-cü il tarixli AZ-İİİ seriyalı, 426765 nömrəli doğum haqqında şəhadətnamə (səh.7) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3032/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012- ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək,Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın qismən təmin edilərək Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1, 75.4, 76.1.2, 78.2; Azərbaycan Respublikadısını Mülki Prosessu Məcəlləsinin 134.1.5, 357.1, 360, 385.1, 385.1.1, 385.1.2, 385.1.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə məhkəmə sabit pul məbləğində alimenti o zaman müəyyən edir ki, aliment ödəməli olan şəxs heç bir yerdə işləmir və sabit gəliri olmur. Hazırki iş üzrə məhkəmə cavabdehi dinləmədən, onun haqqında məlumat almadan, onun işləməsi barədə fikrini soruşmadan qətnamə qəbul etməklə, maddi hüquq normalarına riayət etmədən qanunvericiliyin müvafiq normalarını pozmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş əmək haqqı barədə arayışdan müəyyən edilir ki, Cavabdeh (Ş/v AZE ******** Hacıqabul RPŞ tərəfindən xx.xx.2016 tarixdə verilmişdir) ondan ötəri ki o, həqiqətən xx.xx.2020-ci il tarixdən “xxxxxxxxxxxx”MMC-də satış üzrə nümayəndə işində işləyir və onun aylıq əmək haqqısı 250 manat təşkil edir (səh.44). Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya tərəfindən müəyyən edilmiş aliment məbləğini verməyə maddi imkanının olmadığını, lakin övladlarınını ehtiyaclarını imkan dairəsində qarşılıyacağını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, hazırki vəziyyətin nəzərə alınmasını, tərəfin 250 manat məbləğində əmək haqqı aldığını, buna görə də 340 manat məbləğində alimentin verilməsinə maddi imkanının olmadığını bildirmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkməsi tərfindən müəyyən edilmiş aliment məbləğinin tələb etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; AM-nin 75-78, 99, 112; MPM 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, maddi imkanın aşağı olması və başqa vəzifələr isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalıdırlar. Qeyd edilməlidir ki, hazırki münasibətlərdə uşağa qayğının digər mənbələri müəyyən edilmir və təqdim edilmiş əmək haqqının məbləği minimum dolanacaq xərclərini qarşılamır. Ona görə tərəflər qarşılıqlı razılıqla birgə hərəkət etməli və uşaqlarınını təminatlarını təmin etməlidir. Apellyasiya şikayəti üzrə digər məsələlər uşaqların himayəsini qanunla müəyyən edimiş dərəcədə həyata keçirən qurumlara müraciət edilməsini, habelə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını (sübutların müzakirəsini) istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3032/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar