Məhkəmə qərarları › İş №2(103)-7811/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7811/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7811/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx N0N0-ci il tarixli N(010)-N19N/N0N0 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.N019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində və uşağın 3 yaşına çatanadək ona 100 manat məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.N018-ci il tarixində Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən nikah qeydi ilə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.N019-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur, hazırda cavabdehlə nikahları ləğv olunmayıb, lakin cavabdeh uşağın saxlanılmasında heç bir köməklik etmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx N0N0-ci il tarixli N(010)- N19N/N0N0 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.N0N0ci il tarixdən hesablanmaqla xx.xx.N019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Cavabdehin qazancının ¼ hissəsi məbləğində aliment tutulmasını xahiş etsə də, məhkəmə cavabdehin daimi iş yeri və gəliri olmadığından 170 manat aliment tutmuşdur. Məhkəmə tərəfindən cavabdehin iş yerinin müəyyənləşdirilməsi ilə bağlı kifayət qədər tədbir görülməmiş, yalnız Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin verdiyi cavab məktubuna istinad edilmişdir. Azyaşlı övladına təkbaşına baxdığı üçün hazırda işləmir və maddi cəhətdən heç bir köməyi yoxdur. Cavabdehlə rəsmi nikahda olsa da, cavabdeh uşağın qayğısına qalmır və onun heç bir xərcini qarşılamır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehdən uşağın saxlanılması üçün qazancının ¼ hissəsində aliment və özünə 100 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, N014cü ildən etibarən 11N saylı Hərbi Hissədə musiqiçi vəzifəsində işləyir və aylıq əmək haqqı 633 manat təşkil edir. Ona görə də uşağın saxlanılması üçün əmək haqqından hər ay 170 manat tutulması kifayətdir və dolayısı ilə qazancının 1/4 hissəsindən çoxdur. İddiaçının özü üçün isə əlavə olaraq 100 manat aliment ödəməyə maddi imkanı yoxdur. Mülki Prosessual Məcəllənin 37N.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 37N.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında xx.xx.N018-ci il tarixdə nikah bağlanmış, birgə nikahdan xx.xx.N019-cu il təvəllüdlü X5 doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmamışdır və onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağı anası - iddiaçının yanındadır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən sorğuya verilmiş xx.xx.N0N0-ci il tarixli cavabdan müəyyən edilir ki, Cavabdeh xx.xx.N011-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilmişdir və vətəndaş Cavabdeh N nömrəli hərbi hissədə əmək haqqı ödənilmir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə alaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin gəldiyi qənaəti doğrudur. İddiaçı apellyasiya şikayətində alimentin cavabdehin qazancının 1/4 hissəsində tutulmasını və xx.xx.N019-cu il təvəllüdlü X4 üç yaşınadək onun xeyrinə 100 manat aliment tutulmasını tələb edir. Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı əvvəl iddia ərizəsində cavabdehin qazancının ¼ hissəsi məbləğində alimentin tutulmasını xahiş etmiş, daha sonra isə xx.xx.N0N0-ci il tarixdə ərizə verərək, hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmiş və iddia həmin hissədə təmin edilərək hər ay 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. Apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Eləcə də məhkəmə həmin hissədə verilmiş tələb daxilində qətnamə çıxarmışdır ki, çıxarılan qətnamə də verilən tələbə adekvat olmuşdur, yəni, iddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını istəmiş, məhkəmə də həmin tələbi təmin etmişdir. Hazırda qətnamənin, çıxarıldığı vaxt qanuni və əsaslı olub-olmaması yoxlanılır. Belə olan halda isə qətnamə çıxarılarkən məhkəmə tərəfindən hər hansı pozuntuya verilməsi müəyyən olunmur. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.N.N-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından görünür ki, iddiaçı özünə alimentin tutulması üzrə tələbini, o cümlədən, özünün maddi yardıma ehtiyacı olduğunu, eyni zamanda cavabdehin zəruri vəsaitə malik olduğunu kifayət qədər əsaslandırmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən mötəbər sübut təqdim etməməsinə əsaslanaraq, bu hissədə iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya baxışında müəyyən olunmuşdur ki, cavabdeh 11N saylı Hərbi Hissədə musiqiçi vəzifəsində işləyir və aylıq əmək haqqı 633 manatdır. Cavabdehdən uşağının saxlanılması üçün 170 manat aliment tutulmuşdur ki, bu da onun aylıq qazancının ¼ hissəsindən çoxdur. Bu isə cavabdehin iddiaçıya da aliment ödəmək üçün zəruri vəsaitə malik olması qənaətinə gəlməyə əsas vermir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.N-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38N, 384, 39N, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin N(010)-N19N/N0N0 saylı iş üzrə xx xxxxxx N0N0-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar