Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7823/2023 28.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı ("xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “miras amlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, övladları X13 və X6 qanuni nümayəndəsi olmasının qəbul edilməsi; mərhum qaynanası X10 ilə mərhum qaynatası X7 arasındakı birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 4a, mənzil 12 və "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən 98 saylı mənzilə ½ hissədə X5, ½ hissədə X2 payının müəyyən edilməsi və xx.xx.2013-cü il tarixli müqavilə üzrə X5 tələb hüququnun tanınması, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, mənzilə ½ hissəsi üzərində X5, ½ hissəsi üzərində X2 payının müəyyən edilməsi, X4 miras qalmış əmlaklara övladları X8 və X6 adına vərəsəlik şəhadətnaməsinin verilməsinin 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-305/2022 saylı qərardadında yol verilmiş yalnışlığın düzəldilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-305/2022 saylı məhkəmə aktının adındakı “qətnamə” ifadəsinin “qərardad” kimi oxunması, “Elektron Məhkəmə” İnformasiya Sistemində yol verilmiş yanlışlığın aradan qaldırılması, yekun məhkəmə aktının nəticəsinin “iddia qismən təmin edildi” kimi deyil, “iş üzrə icraata xitam verildi” kimi müəyyən edilməsi qərara alınmışdır. Həmin qərardaddan verilmiş şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin şikayət geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2844/2023 saylı qərardadına əsasən şikayət qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad qismən, yəni “Elektron Məhkəmə” informasiya sistemində yol verilmiş yanlışlığın aradan qaldırılması, yekun məhkəmə aktının nəticəsinin “iddia qismən təmin edildi” kimi deyil, “iş üzrə icraata xitam verildi” kimi müəyyən edilməsi barədə” hissədə ləğv edilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu müddətdə, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin 2(004)- 305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayətini və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək ona münasibətdə prosessual müddət bərpa edilmiş, həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305\2022 saylı, xx.xx.2023cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsi geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5857/2023 saylı qərardadına əsasən İddiaçı şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-305/2022 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan yenidən şikayət vermiş və eyni zamanda, məhkəməyə qərardaddan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında gəldiyini nəticəni İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan həmin tələbə yenidən baxılmasının qeyri-mümkünlüyünə əsaslanmışdır. Halbuki, X10 ilə X7 ər-arvad olmuşlar. X11 onların övladı, X13 və X12 nəvələridir. X10 ilə X7 birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 4a, mənzil 12, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən 98 saylı mənzili və ünvan 2nda yerləşən 12 saylı mənzili əldə etmişlər. Mənzillərin biri X2 adına qeydə alınmış, digəri ilə bağlı müqavilə və maliyyə arayışı X5 adına verilmişdir. İlk əvvəl X11, daha sonra X10 ilə X7 vəfat etmişlər və vəfat etdikləri vaxtadək əmlaklarını bölməmişlər. Həmin əmlaklar birgə nikahları dövründə əldə edildiyi üçün Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32-ci maddələrinə əsasən onların birgə mülkiyyəti hesab edilir. Göründüyü kimi, mirasda məcburi pay anlayışı yalnız vəsiyyətnamə olduğu halda işləyir, vəsiyyətnamə olmadığı halda isə nəvələrə münasibətdə 1159.1.3-cü maddə tətbiq edilir. Hazırkı halda vərəsələrdən yalnız 1-nə vəsiyətnamə verilmiş, Zərifə Hüseynova tərəfindən isə vəsiyyətnamə verilməmişdir. Göründüyü kimi, əmlaklarını nənə və baba sağkən bölmədikləri üçün onların əvəzinə vərəsələri, yəni nəvələri həyata keçirir. Çünki ortada vəsiyyətnamə vardır. Cavabdeh Arzu Hüseynova etirazında əvvəlki məhkəmə işini bəhanə gətirərək, hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. Halbuki əvvəlki iddiada hazırda baxılan məsələlər müzakirə edilməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən işə uzun müddət, 1 ildən çox müddət baxılaraq, çoxsaylı iclaslar keçirilərək sonda qətnamə çıxan məqamda işin icraatına xitam verilmişdir. Əgər işin icraatına xitam veriləcəkdisə onda uzun müddət müzakirə aparmaq məqsədi nə olmuş və ya nə üçün xitam qərardadı daha əvvəldən qəbul edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilmiş, lakin həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6678/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı ("xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vərəsəlik paylarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4492/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1331/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin icraat çərçivəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 4a saylı evin, 12 saylı mənzilini miras qoyan Bəxtiyar Hüseynov hələ sağikən 11 yanvar 2019-cu il tarixli vəsiyyətnamə ilə qızı, yəni iş üzrə cavabdehə vəsiyyət etmiş, B.Hüseynovun 22 fevral 2019-cu il tarxidə ölməsi ilə həmin mənzilə miras açılmışdır. İddiaçının övladlarının atası Polad Hüseynov isə 18 iyun 2016cı ildə ölmüş, başqa sözlə mənzilə miras açılarkən sağ olmamışdır. Belə olan halda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarına uyğun olaraq işin müəyyən edilmiş hallarına əsasən iddiaçının övladlarının qeyd edilən mənzillə bağlı vərəsəlik hüquqları istisna edilmişdir. İddiaçının qayınanası Zərifə Hüseynovaya məxsus, "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Bəsti Bağırova küçəsi, ev 592 ünvanında yerləşən 98 saylı mənzili isə Zərifə Hüseynovanın mülkiyyətinə keçməmiş, hətta sonradan həmin mənzillə bağlı başqa bir şəxslə müqavilə bağlanmışdır. Bununla belə qeyd edilən mənzil iddiaçının qayınanasının öldüyü məqamda sonuncunun miras aktivinə daxil olmamışdır. Eyni zamanda, belə qənaətə gəlinmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 4a saylı evin, 12 saylı mənzilin iddiaçının qayınanası ilə qayınatasının birgə nikah dövründə əldə etdikləri əmlak olması ilə bağlı dəlillər əsassız hesab edilmişdir. Belə ki, məhkəmələr tərəfindən işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçının qayınanası 12 noyabr 2018-ci ildə vəfat etmiş, həmin mənzil qayınananın ölümündən sonra qayınata tərəfindən qızına vəsiyyət edilmişdir. Bununla belə, iddiaçının “miras payının müəyyən edilməsi” barədə hazırki tələbinə bundan əvvəl onun tərəfindən eyni cavabdehlərə qarşı (eyni üçüncü şəxsləri cəlb etməklə) irəli sürülmüş “vərəsəlik paylarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki iş çərçivəsində baxılaraq, hüquqi qiymət verilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırki iş üzrə bir sıra əlavə tələblərin irəli sürülməsi isə iddiaya mahiyyəti üzrə baxılması üçün hüquqi əsas yaratmış olmur. Belə ki, əvvəlki iddiada olduğu kimi, hazırki iddia üzrə də iddiaçı hüquqi nəticə etibarı ilə onun qaynatasından və qaynanasından miras qalmış əmlaka uşaqları, X8 və X6 payının müəyyən edilməsini və onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb edir. Bu da öz növbəsində hazırki iddia ilə bağlı iş üzrə icraata xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı ("xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7823/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7823/2023
28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver