Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7830/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə” ərizə təmin olunsun, Cavabdeh2 məxsus olan “Opel Astra” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. İddiaçı sığorta hadisəsi ilə bağlı pul tələb edir, avtomobil mübahisə predmeti deyil. Ona görə də avtomobilin üzərinə həbs o halda qoyula bilər ki, müəyyən olunsun ki, avtomobil özgəninkiləşdiriləcəyi təqdirdə cavabdehin maliyyə vəziyyəti pulun tutulması barədə qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edəcək. Lakin bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “xxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş, Cavabdeh2 məxsus olan “Opel Astra” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə ərizə rədd olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7830/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7830/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver