Məhkəmə qərarları › İş №2(103)-7841/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7841/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7841/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(009)-1825/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və 1 saylı Notariat Ofisinə qarşı “kreditin 1/2 hissəsinin cavabdehə aid edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-1825/2021) iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə qoyulmuş iki cavabdehdən birinin fəaliyyət göstərdiyi ünvan məhz ünvan 1 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2 və 152.1.3-cü maddəsinin tələbi pozulmaqla verildiyinə istinad edərək ərizəni geri qaytarmış və qeyd etmişdir ki, iş üzrə cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2 aiddir. Bundan başqa eyni zamanda 1 saylı Notariat ofisinin hüquqi ünvanının Səbail rayonu ərazisində olduğunu təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilənlərlə yanaşı iddia ərizəsinin forma və məzmununa da riayət edilməmiş, cavabdehlərin ünvanları ümumiyyətlə göstərilməmiş, bundan əlavə 1 saylı Notariat Ofisi cavabdeh qismində qoyulsa da, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə, iddiaçının tələbi, onun öz tələbini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin maddəyə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırkı iddia tələbi cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı verilsə də, iddianın “xahiş edirəm” hissəsindən cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı yönəlmiş tələbin nədən ibarət olması aydın deyil. Eyni zamanda iddia ərizəsindən görünür ki, digər cavabdeh "xxxx" ASC-dir ki, onun ünvanı ünvan 2 aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, digər cavabdehin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Nəsimi rayonuna aid olmadığına görə və iddia ərizəsindən göründüyü kimi, Bakı şəhəri 1 saylı notariat Ofisi ərizədə cavabdeh qismində formal olaraq qeyd olunduğundan və ona qarşı hər hansı tələb irəli sürülmədiyindən iddia tələbinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxıla bilməz. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq şikayətin dəlillərini əsassız sayır və hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hazırkı işdə isə yuxarıda qeyd olunduğu kimi, cavabdeh kimi göstərilmiş 1 saylı Notariat Ofisinə qarşı hər hansı tələb irəli sürülməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar