Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7852/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-4126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət X1rşı ödənilməli pul məbləğinin indeksasiya edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-4126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-4126/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Mülki Prosessual Məcəllənin 152.1.1 və 152.1.6-cı maddələrində nəzərdə tutulan prosessual hüquqi əsaslara, yəni iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyi əsaslarına istinad etmişdir. Düzdür, məhkəmə bu əsaslarla iddia ərizəsini geri qatarmamışdan əvvəl, ümumiyyətlə bu tələbə iddia ərizəsi üzrə yenidən iddia icraatı qaydasında baxılmasının prosessual hüquqi baxımından mümkünlüyünə də qiymət verməli idi. Çünki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə artıq təmin edilmiş, ona ödənilməli pul məbləğinin indeksasiyasını tələb edir(MPM.m.232). Yəni, bu tələb üzrə işə baxmış məhkəmə tərəfin ərizəsi üzrə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin ərizəyə də məhkəmə iclasında baxılır. Lakin bu ərizə üzrə məhkəmə qətnaməsi deyil, qərardad çıxarılır. Ona görə də hazırki ərizədə yeni, müstəqil və ayrı iddianın predmeti olmadığından ona iddia icraatı qaydasında baxılıb qətnamə də çıxarıla bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi ümumən düzgün nəticəyə gəlsə də qəbul etdiyi qərardadında bu halları ərizəçiyə izah etməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin 2(004)-4126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalı, həmçinin İddiaçı izah edilməlidir ki, yenidən eyni məzmunlu ərizə üzrə məhkəməyə müraciət edərsə, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə alsın. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-4126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. İddiaçı izah edilsin ki, yenidən eyni məzmunlu ərizə üzrə məhkəməyə müraciət edərsə, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə alsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7852/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7852/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver