Məhkəmə qərarları › İş №2(103)-7908/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7908/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7908/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və X4 Şirkətinə və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-152/2020 saylı qətnaməsindən Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və X4 Şirkətinin nümayəndəsi kimi X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və X4 Şirkətinə və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)- 152/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin edilmişdir. Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və X4 Şirkətinin nümayəndəsi kimi X5 qətnamədən apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətini Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və X4 Şirkətinin nümayəndəsi kimi Anar Qasımlı imzalamış, lakin ona bu səlahiyyətin verilməsini əks etdirən qanunla müəyyən edilmiş müvafiq etibarnamə iş materiallarına əlavə edilməmişdir. İşdə A.Qasımlıya verildiyini göstərən vəkalətnamə (cild 1, səh. 66) olsa da, həmin sənəd kserosurət olmaqla, qanunla müəyyən edilmiş qaydada həqiqiliyi təsdiq edilməmiş, əsli isə apellyasiya şikayətinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Eyni zamanda, həmin etibarnamənin kserosurətindən görünür ki, o Türkiyə Respublikasında verilmiş, lakin Azərbaycan Respublikasında istifadə üçün qanunla müəyyən edilmiş qaydada leqallaşdırılmamışdır. Belə olan halda isə həmin sənəd nümayəndənin səlahiyyətinin müəyyən edilməsi istiqamətində mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, apellyasiya şikayətini imzalamış X2 vəkil olması faktı da vəziyyəti dəyişdirmir. Çünki, MPM-in 68.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, .... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərdən qaçırmış, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilməsi (imzalanması) məsələsini yoxlamamışdır. Halbuki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Məhkəmə aktlarından şikayət verildiyi halda, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş şikayət üzrə qeyd edilən halların yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və X4 Şirkətinə və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-152/2020 saylı qətnaməsindən Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və X4 Şirkətinin nümayəndəsi kimi X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar