Məhkəmə qərarları › İş №2(103)-7946/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7946/2020

27.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7946/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-ə və Cavabdeh2 qarşı “əvəzləşdirmə müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-2140/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-ə və Cavabdeh2 qarşı “əvəzləşdirmə müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə onun arasında olan xx xxx 2018-ci il tarixdə bağlanmış əvəzləşdirmə müqaviləsində nəzərdə tutulmuş yaşayış sahəsinin düzgün hesablanmaması nəzərə alınmaqla əvəzləşdirmə müqaviləsinin ləğv olunması və müqavilədə nəzərdə tutulmuş öhdəlikdə yaşayış yerinin yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə vəsatət təqdim edərəkə mülki iş üzrə Cavabdeh1” ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri olduğundan işin ərazi aidiyyatı üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 2140/2020 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işin aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi posessual hüquq norması mülkiyyət və əşya hüququndan irəli gələn mübahisələr üzrə məhkəmə aidiyyətini müəyyənləşdirir. Lakin İddiaçı cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı irəli sürdüyü tələblər onlar arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağlanmış “əvəzləşdirmə müqaviləsi’ nin icrasından əmələ gələn mübahisədir. Hesab edir ki, iş üzrə tərəflər arasındakı mövcud mübahisə müqavilə öhdəliklərindən irəli gələn mübahisə olduğuna görə, işə cavabdehin olduğu yer uzrə məhkəmədə baxılmalıdır. Cavabdeh “xxxxxxxxxx” ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Gəncə şossesi 19-dur. Ona görə də hazırki mülki işə ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2140/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi. Şikayətə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, şikayətə nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən, müqavilənin icra yeri Nərimanov rayonu göstərilmişdir. Belə olan halda iddia ərizəsi hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin deyil, müqavilənin icra yeri göstərildiyi yerin məhkəməsinə verilməlidir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri apellyatorun şəxsi mülahizələrinə əsaslanır və öz təstiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 2140/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar