Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7946/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadından Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda, iddianı təmin etmə tədbiri görülərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh2 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış Quba rayonu, Birinci Nügədi kəndində sahəsi 0,6297 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin və ipotekaya qoyulmasının Cavabdeh2 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 məxsus Quba rayonu, Birinci Nügədi kəndində sahəsi 0,6297 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və ipotekaya qoyulması cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qərardaddan ayrı-ayrılıqda şikayət verərək ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına cavabbeh Cavabdeh1 bildirdi ki, o, Musayevləri görməmiş, tanımır. Həmin yeri tamam başqa şəxsdən almışdır. Hazırki məsələnin niyə bu qədər uzanması ona aydın deyil. İndi Cavabdeh2 həmin yeri ipotekaya qoymaq istəyir, lakin Yasamal Rayon Məhkəməsinin qərardadına görə edə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, hazırki qərardad müvəqqəti xarkater daşıyır. Məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, məhkəmə prosesləri gedən dövrə torpaq sahəsi özgəninkiləşdirilib. Hazırki qərardad gələcəkdə yaranacaq bu kimi problemlərin qarşısını almaq məqsədi daşıyır. Onların xəbəri olmadan torpaq sahəsi Bəkirin veridyi etibarnamə əsasında Vüsala satılıb. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətlərdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı cavabdehlər arasında bağlanmış alqısatqı müqavilələrin etibarsız hesab edilməsini və torpaq sahəsinin onun sahibliyinə qaytarılmasını tələb edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa və həddinə uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilmədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 07.06.2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7946/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7946/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver