Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7985/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə daşınmaz əmlakın tikintisinə çəkilən xərclərdə payın müəyyən edilməsi və tərəflər arasında bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 372047,72 manat məbləğində xərclərin ½ hissəsinə onun, ½ hissəsinə İddiaçı payı müəyyən edilməklə, 372047,72 manat məbləğində xərcin ½ hissəsini təşkil edən 186023,86 pulun ondan tutularaq İddiaçı ödənilməklə, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə pay hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(008)-6017/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı qızının iddia tələbi təmin edilərək onun ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin Cavabdeh qadağan edilməsi qət olunmuş, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə daşınmaz əmlakın tikintisinə çəkilən xərclərdə payın müəyyən edilməsi və tərəflər arasında bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1690/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)- 4130/2020 saylı qərarı ilə Cavabdeh və Vəkil2 verdiyi kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1690/2020 nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh tərəfindən İddiaçı həmin evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılması barədə ilkin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Yeni apelyasiya baxışı zamanı Cavabdeh ərizə təqdim edərək apelyasiya şikayətindən imtina etdiyini və apelyasiya icraatına xitam verilməsini xahiş etdi. İddiaçı yazılı ərizə təqdim edərək,cavabdehin şikayətindən imtinası ilə bağlı apelyasiya icraatına xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin şikayəti əsasında başlanmış apelyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdehin şikayətinə əsasən başlanmış apelyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Cavabdeh apelyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə Cavabdeh apelyasiya şikayətinə əsasən başlanmış apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7985/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7985/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver